25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ƏRDOĞAN TÜRKİYƏNİ ENERJİ-NƏQLİYYAT QOVŞAĞINA ÇEVİRİR –Ankara inadla 2023 hədəfinə doğru irəliləyir

21 Noyabr 2018, 12:38
Manşet
A A
ƏRDOĞAN TÜRKİYƏNİ ENERJİ-NƏQLİYYAT QOVŞAĞINA ÇEVİRİR –Ankara inadla 2023 hədəfinə doğru irəliləyir

Bülent Erandaç

“Takvim”, Türkiyə, 20 noyabr 2018-ci il

 

Türkiyə Prezidenti Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin “Türk axını” layihəsinin dəniz hissəsinin başa çatması ilə əlaqədar İstanbulda görüşməsini qürurla seyr etdim. Prezident Tayyib Ərdoğan, Atatürkün Türkiyəni dəmir yolları şəbəkələrilə təchizetmə siyasətini davam etdirir. O, bir tərəfdən sürətli dəmir yolları inşa edərək, digər tərəfdən də ölkəmizi enerji boru xətlərilə təchiz edərək, onun “Böyük Türkiyə” yolundakı yürüşünü sürətləndirir.

 

Türkiyə ilə Rusiya təbii qaz sahəsində strateji tərəfdaşdır

 

Rusiyadan təbii qaz alınması baxımından Türkiyə ikinci sıraya yüksələcək, ildə 50 milyard m3 rus təbii qazı ölkəmiz üzərindən tranzit yolu ilə keçəcək. Şübhəsiz, bu da regionda Türkiyənin geopolitik mövqeyini gücləndirəcək və gücünü artıracaq. Türkiyə, TANAP (Türkmənistan-Azərbaycan-Türkiyə), “Mavi axın” (Rusiya-Türkiyə), BTC (Azərbaycan-Gürcüstan-Türkiyə), İraq-Ceyhan boru kəmərləri və türk kəşfiyyat gəmilərinin Aralıq dənizinin şərqində kəşf edəcəyi ehtiyatlarla XXI əsrə öz damğasını vuracaq. Və enerji ehtiyatları olmayan Avropa artıq gözünü Türkiyənin “kranları”ndan çəkə bilməyəcək.

 

Barbarosdan Ərdoğanadək dənizçiliyimiz

 

Aralıq dənizini türk gölünə, Qara dənizi Osmanlının qapalı dənizinə çevirən, Osmanlı dənizçilərinin Baş kapitanı olan Barbaros Xeyrəddin Paşa “Aralıq dənizinə hakim olan dünyaya hakim olar” deyərkən, o dövrün Asiya və Avropadan ibarət olan ikiqitəli dünyası üçün qlobal dəniz strategiyasını bəyan etmişdi. Bu strateji tələbi Osmanlı imperiyası yerinə yetirdi.

Admiral Alfred Mahan (1841-1914) ümumiyyətlə, dünyada gedən mübarizənin dənizlər üzərində nəzarəti ələ keçirmək üçün aparıldığını xüsusi qeyd edərək, nəticədə “Dünya hakimiyyətinin açarı dəniz yollarına nəzarətdədir” nəzəri fikrini ortaya atdı. Bu nəzəri fikri mənimsəyən ABŞ açıq dəniz donanması yaradaraq, xüsusilə II Dünya Müharibəsindən sonra dəniz hakimiyyətini ingilislərin əlindən almışdır.

Bu gün dənizlərdə geopolitik inqilablar baş verir. “Yeni İpək Yolu” layihəsinin həyata keçirildiyi təqdirdə, dəniz yollarının ölkələrin taleyini dəyişdirəcəyini çox yaxşı anlayan Ərdoğan, 14 may 2017-ci il tarixdə Pekində keçirilən “Bir qurşaq, bir yol” forumunda etdiyi çıxışında ““Yeni İpək Yolu” da adlandırılan bu təşəbbüsün Asiya, Avropa və Afrikanı, hətta Cənubi Amerikanı bir-birinə bağlama hədəfilə, gələcəyə damğa vuracağına inanıram”demişdi. “Yeni İpək Yolu” layihəsinin mərkəzi ölkələrindən biri Türkiyədir.

 

Ərdoğanın “Yeni İpək Dəniz Yolu” strategiyası

 

XXI əsrin bu nəhəng layihəsinin gözlənilən inkişaf istiqamətlərini çox yaxşı görən və anlayan Ərdoğan, Türkiyənin böyük investisiya layihələrinin “Yeni İpək Yolu” layihəsinə inteqrasiya olunmuş şəkildə həyata keçirilməsini təmin etdi. Türkiyənin indiyədək reallaşdırdığı “Marmaray”, Yavuz Sultan Səlim körpüsü, Bakı-Tiflis-Kars və Ədirnə-Kars dəmir yolu layihələri müasir “İpək Yolu”nun orta dəhlizini təşkil edir. Türkiyə bu layihəni çox yaxşı dəyərləndirməkdə qərarlıdır. Türkiyə, Qərblə Şərq arasında, başqa sözlə, Orta Şərq, Orta Asiya və Balkanlar arasında “körpü” halına gələcəkdir. Bu nöqteyi-nəzərdən, Türkiyənin Qətər, Cibuti və Sudanda qurduğu hərbi bazalar həm onun dənizlərdəki nüfuzunu, həm də bu nüfuzun gələcəkdə “Yeni İpək Yolu” layihəsində tutacağı mövqeyə gözlənilən müsbət təsirini göstərməkdədir. Bu, həmçinin regiondakı oyunçulara Türkiyənin öz hərbi potensialından istifadə etməyə hazır olduğunu göstərir.

Türkiyə bir tərəfdən hərbi donanmasını gücləndirir, digər tərəfdən də Aralıq dənizinin şərqindəki müstəsna iqtisadi zonasında (200 dəniz mili) kəşfiyyat işlərinə başlayıb. Əlbəttə, Ankaranın Aralıq dənizinin şərqində kəşfiyyat işlərinə başlamağa girişməsi Yunanıstan, AB və ABŞ-ı narahat edir.

Prezident Ərdoğanın liderliyilə Türkiyə, həm Aralıq dənizinin şərqində və Qırmızı dənizdə bayraq göstərir, həm də Rusiya ilə təbii qaz sahəsində nəfəskəsən anlaşmaların əldə edilməsinə öncüllük edir.

Suriyada öz hərbi bazalarını möhkəmləndirən Rusiya da, Qara dənizdən Aralıq dənizinədək, Türkiyə ilə münasibətlərinin inkişafını ağıllı şəkildə davam etdirir.

Beləliklə, “Böyük Türkiyə” quruculuğu yolundakı yürüşümüzü kimsə durdura bilməz. Hədəfimiz 2023-cü il – “Böyük Türkiyə” dir.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Baş Qərargah rəisi:”Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi əlaqləri strateji səviyyəyə çatıb”

Sonrakı yazı

Ramiz Mehdiyev Rusiyada səfərdədir –MDB məkanında təhlükəsizliyin təminatı müzakirə olunur

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.