11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ərdoğan Trampla sövdələşə bilibmi? – Analiz

15 Noyabr 2019, 15:58
Dünya, Manşet
A A
Ərdoğan Trampla sövdələşə bilibmi? – Analiz

Ayla Cin Cakli

“Əl-Monitor”, 14.11.2019

 

Prezident Donald Tramp siyasi rəqiblərinin münasibətləri məhv etmək cəhdlərinə baxmayaraq, ABŞ və Türkiyə arasındakı mübahisələri səmimi şəkildə həll etməyə çalışır. Bunu prezident Rəcəb Tayyib Ərdoğan Ağ Evdə Amerika lideri ilə görüşü başa çatdıqdan bir gün sonra bildirib.

Hər iki prezident saat yarımlıq görüşdən sonra ölkələrinin çoxsaylı fikir ayrılıqlarını həll etdiklərini söyləməsələr də, Türkiyənin ABŞ-la əlaqələrinin zəiflədiyi bir zamanda Trampın Ərdoğanı hərarətli qarşılaması yenə də Türkiyə lideri üçün diplomatik zəfər olub. Görüş, həmçinin Konqresdə Trampa qarşı impiçment dinləmələrinin ilk gününə təsadüf edib.

Ərdoğan keçən ay Suriyanın şimal-şərqində ABŞ-ın müttəfiqi sayılan “Xalqın Müdafiə Birləşmələri” (YPG) ilə mübarizə aparmaq üçün hərbi əməliyyat keçirərək, Vaşinqton rəsmilərinin əksəriyyətini, o cümlədən Tramp administrasiyası üzvlərini qəzəbləndirib. Təcavüz Amerika qoşunlarını tələsik geri çəkməyə məcbur edib, Rusiya və prezident Bəşər Əsədin kürd və ABŞ qüvvələrinin İŞİD-dən geri aldığı ərazidə nəzarəti təmin etməsinə imkan verib.

ABŞ və Türkiyə, həmçinin Ərdoğanın NATO-nun birliyini pozacağından qorxduğu Rusiya istehsalı olan raketləri almaq qərarı, Nyu-Yorkda bir Türk dövlət bankına İranın sanksiyalardan yayınmasına kömək etməsi iddiası və ABŞ-ın Ərdoğanın 2016-cı il çevrilişinə cəhd edərk onu devirmək planında günahlandırdığı türk vaizin ekstradisiyasını rədd etməsi ilə münaqişəyə girib. Türkiyə Amerika diplomatik nümayəndəliklərində çalışan türk heyətini də həbs edib.

Ərdoğan Vaşinqtondan geri qayıdan təyyarədə onu müşayiət edən jurnalistlərə deyib: “Təbii ki, ABŞ-dakı siyasi mühiti müzakirə etdik. Deyə bilərəm ki, cənab Tramp səmimi şəkildə problemlərimizi qarşılıqlı hörmət və milli maraqlar zəminində həll etməyə çalışır. Tramp əleyhinə dairələrin münasibətlərimizi pozmaq üçün sıx səylər göstərdiyini söyləmək mənim üçün çox vacibdir”.

Görüşün belə qərəzli bir fonda baş tutması Trampın 2012-ci ildə Türkiyənin daşınmaz əmlak bazarına girməsindən bəri bir-birini tanıyan hər iki sağçı populist, iki lider arasındakı şəxsi siyasətin gücünə dəlalət edir. Tramp, həqiqətən, Ərdoğana heyran olduğunu və idarəetmə tərzini təqlid etməyə çalışdığını söyləyib.

“Hər iki ölkədəki ictimai rəy digərinə qarşı yönəldikdə, hökumət qurumlarına inamsızlıq və ABŞ Konqresinin Türkiyəyə qarşı qəzəbi artdıqca, ABŞ-Türkiyə əlaqələrini relslərdə saxlayan yeganə şey – iki lider arasındakı dostluqdur”. Bunu Türkiyənin xarici siyasəti haqqında “Ərdoğan İmperiyası” adlı yeni bir kitab yazan Soner Caqaptay bildirib.

“Bu münasibətlərə kredit verməliyik. İki lider güclü prezidentlər kimi yaxınlıq paylaşırlar, yaxşı yola gedirlər. Onların bir-birlərini təkrarlayan siyasi adamları var. Tramp xoşagəlməzlik və məişət problemlərindən təcrid olunaraq, dostu Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə, masa arxasında oturub kameralara gülümsəməkdən məmnun idi”.

Görüşdən sonra keçirilən mətbuat konfransında Tramp özünü “böyük prezident” Ərdoğanın “böyük fanatı” olaraq səciyyələndirib, vəzifədaşına təriflər yağdırıb. Daha sonra Ağ Evin bəyanatı verilib, Türkiyənin problemi həll etməli olduğu xəbərdarlığı edilib. “Digər cəbhələrdə irəliləyiş əldə etmək üçün Türkiyənin Rusiyadan “S-400 sistemini almasına görə müdafiə tərəfdaşlığımızı gücləndirməsi ilə əlaqəli məsələlərinin həlli vacibdir”.

Konqres komitəsinin köməkçisinə istinadən, Tramp çətin ki, Moskvadan 2.5 milyard dollarlıq silah sistemi aldığına görə Türkiyəni cəzalandırsın.

Ərdoğan jurnalistlərə deyib ki, ABŞ rəqib “Patriot” sistemini “uyğun şərtlərdə” təklif edərsə belə, Rusiya raketlərindən imtina etməyəcək.

“Müdafiə mənbələrimizin çeşidlənməsi milli təhlükəsizliyimiz və suveren hüquqlarımız üçün zəruridir. “S-400”-lərimizi müdafiə sistemlərimiz içərisində əhəmiyyətli bir şey olaraq görürük”, – deyərək, o, Türkiyə-Rusiya strateji əlaqələrini pozmayacağını söyləyib.

Çaqaptay bildirib ki, Ərdoğan “S-400”-lərin qutularda qalmasını təklif edə bilər, ancaq əvvəlcə Vladimir Putini razı salmalıdır. “Putin Türkiyənin bu sistemi satın alması ilə NATO daxilində nifaq toxumu səpmək, NATO-da parçalanma istəyir, buna görə də, Putin Ərdoğanın yaxasını buraxmaya bilər”.

Mətbuat konfransında Suriyadakı hərbi əməliyyatları tənqid edənləri, eləcə də ABŞ millət vəkillərinin 29 oktyabr milli hüzn günü “erməni soyqırımı” qanun layihəsi irəli sürməsinə toxunan Ərdoğan deyib: “Terror təşkilatlarına rəğbət bəsləyən bəzi dairələr bədbəxtdir və ictimai rəyi dezinformasiya ilə ləkələməyə və münasibətlərimizi pozmağa çalışırlar. Hətta tarixi mövzuları təhrif etməyə və əlaqələrimizi canlandırmaq üçün yeni problemlər yaratmağa çalışırlar. Prezidentə dedim ki, Nümayəndələr Palatasının qərarı bu dəqiq məqsədə xidmət edir və münasibətlərimizə kölgə salmaq səyidir”.

Ərdoğan təyyarədəki jurnalistlərə YPG-yə dair bir videoya baxdıqdan sonra Ağ Evdəki senatorların təsirləndiyini söyləyib. Lakin xəbərlərə görə, millət vəkilləri videonu “təbliğat aləti” və “qurama” adlandırıblar.

Ancaq ehtimal ki, Lindsi Qrahamı mütəəsssir etmək mümkün olub. Respublikaçı senator “soyqırımı” layihəsinin müakirəsini bloklayıb.

Qraham mətbuat konfransında Türkiyənin mətbuat azadlığının pis durumu haqqında zarafat etdiyini bildirib (Halbuki Türkiyə dünyanın jurnalist həbsxanasıdır və medianın 90% -i hökumətin bilavasitə nəzarəti altındadır və ya Ərdoğana yaxın şirkətlər tərəfindən idarə olunur.). Tramp Türkiyə tərəfdən “yalnız dost müxbirlər”i sual verməyə çağırdı zaman, Qraham bir amerikalı jurnalistə sual vermək izni verməyib.

Ərdoğanın açıq-aşkar dəstəkçisi olan Hilal Kaplan, “Sabah” qəzetinin köşə yazarı ABŞ prezidentinə sual verərkən, əsəbiləşən Tramp deyib: “Sən jurnalist olduğuna əminsən? Təsadüfən Türkiyə hökumətinə işləmirsən?”

Tərcümə: Strateq.az

Əvvəlki yazı

6 saylı Ərazi Vergilər Baş İdarəsində – Qalmaqal

Sonrakı yazı

“Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir” – DYP

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.