04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ƏRDOĞAN ŞAMA RUS TƏYYARƏSİNDƏ GƏLMİŞ SUDAN PREZİDENTİNİ NİYƏ HƏDƏFƏ ALIB? –Xartumun hərbi qüvvələri Suriyada iranlıları əvəz edə bilər

26 Dekabr 2018, 12:05
Manşet
A A
ƏRDOĞAN ŞAMA RUS TƏYYARƏSİNDƏ GƏLMİŞ SUDAN PREZİDENTİNİ NİYƏ HƏDƏFƏ ALIB? –Xartumun hərbi qüvvələri Suriyada iranlıları əvəz edə bilər

Mariya Dubovikova

“Əl-Ərəbiyyə”

 

Dekabrın 16-da Sudan prezidenti Ömər əl-Bəşir Suriyaya sürpriz bir səfər reallaşdırıb və Bəşər Əsədlə görüşüb. 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanğıcından bəri hər hansı bir ərəb lideri müharibə gedən ölkəyə səfər etməyib, bu ilkdir.

Ömər əl-Bəşir və Bəşər Əsəd Suriyadakı son hadisələri, bölgənin və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ancaq səfərin əsl səbəbi beynəlxalq birlik üçün aydın deyil, bəziləri bunun ərəb liderləri və səlahiyyətlilərini gələcək əməkdaşlıq və dialoq üçün Şama cəlb etməyə başlanğıc, Bəşər Əsəd üçün əlverişli bir əlamət hesab edirlər.

 

Rusiyanın sponsorluğu

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) soyqırımı və insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etdiyi Bəşir beynəlxalq sanksiyalardan çıxış yolu tapıb və Rusiyanın ona verdiyi maddi-texniki dəstəklə bu səfəri gerçəkləşdirib.

Qeyd edək ki, ICC-nin qərarı Afrika Birliyi, Ərəb Birliyi, Çin və Rusiya tərəfindən tanınmır. Bəşir 1989-cu ildən bəri ölkəni idarə edir. Onun hakimiyyəti dövründə Sudan siyasi qeyri-sabitlik və yoxsulluq ucbatından bir çox etirazlarla üzləşib. Sudandaki son etirazlar da Bəşirin Şam səfərinə bağlı deyil, tamamilə iqtisadi səbəblərlə baş verib.

Beləliklə, Sudan prezidentinin Suriya lideri ilə görüşü münaqişənin həllinə işarə edən, Suriya ilə bağlı bir inkişafdır. Sudan lideri Şama Rusiya təyyarəsində gəlib – Rusiya bu səfərin sponsorudur.

Niyə bu səfər məhz indi baş tutub

Niyə Rusiya bu səfərə sponsorluq edib?

Suriya, Rusiya və Sudanın özü üçün bu nə deməkdir?

Sudan iqtisadi əlaqələr baxımından Suriyanın yaxın tərəfdaşı deyil. O, zəif və qeyri-sabitdir, baxmayaraq ki, hərbi imkanları həm Suriya, həm də Rusiya üçün maraqlı ola bilər.

Rəsmi Xartumun hərbi qüvvələri Yəməndə yerləşdirilib. Yəmən böhranı bu və ya digər şəkildə həll yoluna yaxınlaşdıqca, Sudan qüvvələrinin Suriyaya köçürülməsi şansı var.

Suriya böhranı hələ də hər hansı bir qərardan uzaqdır. Əsas maneələrdən biri Suriya ərazisində İran qüvvələrinin böyük iştirakıdır. Suriyadakı İran dəstəkli birliklərin varlığı İsrail və Körfəz ölkələrinə böyük narahatlıq verir. Onlar Suriyadan iranlıların tam çəkilməsini tələb edirlər.

Səudiyyə Ərəbistanı və İran arasında davamlı qarşıdurma kontekstində məzhəbi bölünmə daha da genişlənir. Tehran Səudiyyə ilə mübarizə üçün bir çox yollar axtarır və Levantda mövqeyini gücləndirmək istəyir.

İsrailin də İran və İrana dəstəkli milislərə qarşı çıxması üçün öz əsasları var və bu, onun təhlükəsizliyinə ciddi təhdid yaradır.

Bu ssenaridə Tehran beynəlxalq hərbi təzyiqə məruz qalaraq ən azı öz qoşunlarını Suriyadan çıxarmasının vacibliyini anlamağa başlayıb. Amma Rusiya bilir ki, İranın çıxışı Suriya ordusunu və hərbi obyektlərinin mühafizəsini zəiflədəcək.

 

Sudan Suriya müharibəsinə qoşulur

Sudanlı hərbi qüvvələrin Suriyada yerləşdirilməsi həll yolu ola bilər. Bu qoşunların Suriyadakı şiə militanları əvəz etməsi İsrailin, KİV-lərin və beynəlxalq birliyin razılığını qazanacaq.

Rusiya 2017-ci ildə Sudanla əlaqələrin gücləndirilməsi təşəbbüsü göstərir. Bəşir 2018-ci ilin əvvəlində Rusiya prezidenti Vladimir Putinlə neft hasilatında ikitərəfli əməkdaşlığı artırmağı məqsəd qoyan danışıqlar üçün Moskvada olub. “Rosneft”, “Qazprom” və hərbi dəstək Sudana üz tutub.

Sudan Rusiyanın qızıl və qiymətli daşlar hasilatı üçün birgə müəssisələrin yaradılması təcrübəsi ilə maraqlanır. Rusiya nəqliyyat, humanitar əməkdaşlıq və infrastrukturun inkişafı sahəsində əlaqələrin inkişaf etdirilməsini təklif edir.

Onlar həm də hərbi və texnoloji əməkdaşlığı müzakirə ediblər. Beynəlxalq təcrid içindəolan Sudan ordusunu ən müasir silahlarla təmin etmək üçün Rusiya Sudana dostluq əli uzadıb.

Beləliklə, Suriyada sudanlıların iştirakı Suriya-Sudan əlaqələrini inkişaf etdirməklə yanaşı, Rusiya-Sudan əlaqələrini də artıracaq.

Sudan qüvvələrinin yerləşdirilməsi bölgədəki mövcud gərginliyin əhəmiyyətini qabardır və Yaxın Şərqdə bir çox münaqişələrin sülhlə həllinə yol açır. Amma Sudan, Rusiya və Suriya bu həlli qəbul edərsə, Sudan ordusu Suriyadakı İran qüvvələrini əvəz edəcəkmi?

Bu, ABŞ qoşunlarının çıxması və Suriyanın şimal-şərq bölgələrində türk əsgərlərinin girməsindən asılıdır. Türkiyə prezidenti Ərdoğanın əl-Bəşirin Şam səfərinə tənqidi yanaşmasının səbəbi də budur.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

“Zaminbank”ın sabiq filial müdirinə cinayət işi açıldı –Nədə ittiham olunur?

Sonrakı yazı

Növbəti rəzalət – ADPU-nin müəllimi Qarabağ qazisinin torpağını zorla əlindən alır… – VİDEO/FOTOLAR

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.