Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyada Putinlə görüşüb.
Strateq.az xəbər verir ki, səfər çərçivəsində Ərdoğanla Putin MAKS-2019 beynəlxalq hava nəqliyyatı və fəza sərgisinin açılış mərasiminə qatılıblar.
Mərasimdə çıxış edən Ərdoğan İstanbulda açılan yeni hava limanından danışıb və Rusiyadan rekord qıran sayda turistlər gözlədiklərini deyib. Putin isə Ərdoğanı ölkəsində görməkdən çox xoş olduğunu bəyan edib.
Türkiyə mətbuatı xəbər verir ki, sərgidən sonra tərəflər təkbətək və geniş tərkibli görüşlər keçiriblər.
Həmin görüşlərdə Ərdoğanla Putin iki ölkə arasındakı əlaqələr, Suriya başda olmaqla bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.