Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə ittiham aktı elan edilib.
İttihama görə, R. Dadaşov azyaşlı uşaqlarının gözü qarşısında arvadı A. Dadaşovanı yüngül həyat tərzi keçirdiyinə görə dəmir parçası ilə qətlə yetirib.
Təqsirləndirilən R.Dadaşov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, törətdiyi əməldən peşman olmadığını deyib: “Hadisə uşaqların gözü qarşısında baş verməyib. Uşaqların heç nədən xəbəri olmayıb. Danmıram, arvadımı öldürmüşəm. Kişiyəm, namusumu təmizləmişəm. Polisə də özüm məlumat vermişəm. Polis məni aparanda uşaqları da qardaşıma verdim ki, o saxlasın”.
Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində hadisə barədə televiziyadan eşitdiyini deyib: “Qonşular hansısa kanalda baxmışdı. Mənə dedilər, hazırlıq elədim. Yoldaşım xəstəydi, ona demədim. Sonradan xəbər tutdu. Bu adamın dediklərinin hamısı yalandır. Rövşən ömrü boyu işləməyib. Bir əlim onların üstündə idi. Bizi həmişə təhdid edirdi ki, sizi öldürəcəyəm”.
Şahid qismində dindirilən Amil Dadaşov ifadəsində hadisə ilə bağlı qardaşının ona məlumat verdiyini deyib: “Qardaşımın da, mənim də telefonumda qızın ərəblərlə olan əxlaqsız şəkilləri, videoları var. Barlarda, diskotekalarda videoları var. Qardaşım yaxşı eləyib onu öldürüb. Onların nəslinin hamısı xarabdır. Ataları da biqeyrətdir. Zalda bir az da qalsa, mən də onu öldürəcəm”.