Ukrayna prezidenti Zelenski sammitdə çıxış edərək Ukraynaya dəstək istəyib. Zirvə toplantısında Zelenski ilə Ukraynalı deputat və Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Kirimoğlu da iştirak edib. Zelenski Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman, Küveyt və İraq liderləri ilə də ikitərəfli görüşlər keçirib.Ukrayna prezidenti Zelenski şəxsən sammitdə çıxış edib və Ukraynaya dəstək istəyib. Zirvə toplantısında Zelenski ilə Ukraynalı deputat və Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Kirimoğlu da iştirak edib. Zelenski Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman, Küveyt və İraq liderləri ilə də ikitərəfli görüşlər keçirib.
Zelenski çıxışında bu açıqlamaları verib;
“Mənimlə Ukraynanın yerli xalqlarından biri olan Krım tatar xalqının lideri, Ukraynanın müsəlman mədəniyyətinin vətəni və mərkəzi olan Krımdan olan hörmətli Mustafa Əbdülcəmil var. Əsrlər boyu Krım tatarları dünya müsəlman icmasının ayrılmaz və güclü hissəsi olub və qalmalıdır. Halbuki Krım Rusiya işğalından ilk əziyyət çəkən bölgə olub və indiyədək işğal olunmuş Krımda zülmə məruz qalanların əksəriyyəti müsəlmanlardır”.
Putin: BÖLGƏDƏKİ CİDDİ PROBLEMLƏRİN SÜLH YOLLA HƏLLİNİ DƏSTƏK EDƏCƏK
Rusiya prezidenti Putin Ərəb Liqası Zirvə toplantısına mesaj göndərib və deyib;
“Biz ciddi regional problemlərin, o cümlədən Sudan, Yəmən, Liviya və Suriyadakı böhranların dövlət suverenliyinə və beynəlxalq hüquq prinsiplərinə qeyd-şərtsiz hörmət əsasında sülh yolu ilə həlli üçün birgə səyləri fəal şəkildə dəstəkləmək niyyətindəyik. Ərəb Liqasının Zirvə Toplantısına ev sahibliyi edən Səudiyyə Ərəbistanının irəli sürdüyü BMT və Ərəb Sülh Təşəbbüsünün müvafiq qətnamələrində nəzərdə tutulan yanaşmalar əsasında Fələstin-İsrail münaqişəsinin həllinə çoxşaxəli yardım göstərməyə davam edəcəyik”.
Əsəd BƏƏ VƏ TUNİS RƏHBƏRLƏRİ İLƏ DA GÖRÜŞÜB
Suriya prezidenti Bəşər Əsəd 12 illik fasilədən sonra iştirak etdiyi Ərəb Liqası Sammitində Səudiyyə Ərəbistanının baş naziri vəliəhd şahzadə Məhəmməd bin Salman ilə ikitərəfli görüş keçirib. Əsəd Tunis və BEA ilə ikitərəfli danışıqlarda da iştirak edib. Suriya Rəyasət Heyəti görüşlə bağlı bu açıqlamanı verib;
“Prezident Əsəd Səudiyyə Ərəbistanının ərəb yaxınlaşmasına nail olmaq və ərəb ölkələri arasında xalqlarının rifahı naminə birgə fəaliyyətə şərait yaradan siyasi atmosfer yaratmaq səviyyəsində səylərini yüksək qiymətləndirib”.