04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ƏNVƏR SEYİDOV DƏLƏDUZA BƏRAƏT VERMƏYƏ HAZIRLAŞIR…” – Məşhur hakimdən Prezidentə şikayət

05 Oktyabr 2018, 09:31
Seçmə
A A
“ƏNVƏR SEYİDOV DƏLƏDUZA BƏRAƏT VERMƏYƏ HAZIRLAŞIR…” – Məşhur hakimdən Prezidentə şikayət

Ölkənin məhkəmə-hüquq sistemindəki ədalətsizliyin qurbanlarından birinə çevrildiyini iddia edən Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 28-ci məhəllə, ev 31, mənzil 9-da qeydiyyatda olan Rüstəmov Hafiz Muxtar oglu Bakı Ağır Cinayətlər Məhkəməsinin məşhur hakimi Ənvər Seyidovdan şikayətçidir.

H.Rüstəmov ona qarşı dələduzluq törədərək, 103 min ABŞ dolları məbləğində pulunu mənimsəməkdə günahlandırdığı Etiqad Şəfiyevin hakim Ə.Seyidov tərəfindən himayə olunduğunu iddia edir. Redaksiyamızla yanaşı, ölkə başçısına, ədliyyə nazirinə və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə məktub ünvanlayan şikayətçi bildirir ki, ona qarşı dələduzluq əməli törətmiş Şəfiyev Etiqad Lətif oglunun barəsində cinayət işi açılıb, Binəqədi Rayon Polis İdarəsində ittiham aktı tərtib olunaraq, materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılmaq üçün göndərilib: “İndi isə işə baxan hakim Ənvər Seyidovun, Şəfiyev Etiqad Lətif oglunun əməllərinin sırf dələduzluq olmasının ətraflı şəkildə sübut edilməsinə rəğmən, ona bəraət verməyə hazırlaşdığını açıq şəkildə hiss edirəm…”

H.Rüstəmov iddia edir ki, hakim ona qarşı dələduzluq edən şəxsə bəraət vermək üçün əlindən gələni edir: “Ə.Seyidov iclaslarda mənim söylədiyim, həmçinin ittiham aktında ətraflı şərh edilmiş sübutların dələduzluq kimi tövsif edilməsi barədə qətiyyən düşünmür, heç bir əsas olmadan Şəfiyev Etiqad Lətif ogluna himayədarlıq edir… Bu gedişlə, hakim Ənvər Seyidov ona bəraət verəcək. Bununla da mən, borc alıb ona verdiyim pulların sahiblərinin basqıları altında məhv olacağam…”

Şikayətçi, ona qarşı dələduzluq edildiyinin tam sübut olunduğu fikrindədir: “Aldanaraq verdiyim pulla Çin və Türkiyədən geyim mallarının alınaraq, Moskva bazarlarında satışının birlikdə təşkil olunacağı Etiqad tərəfindən mənə vəd edilmişdi. Əslində isə onun həmin vəd olunmuş malları konkret hansı tarixlərdə Çin və Türkiyədə kimlərdənsə alaraq Moskvadakı “Sadovoy” və “Lyublin” bazarlarına göndərməsi, Moskvaya hansı gömrük məntəqəsindən nə vaxt keçməsi, orada həmin malların kimlər tərəfindən və hansı qaimə ilə qəbul edilməsi barədə heç bir sübut yoxdur. Mən də hakimə deyirəm ki, Etiqad mənə malın Moskvada kimdə olduğunu desin, gedim həmin malın faktiki sənədlərini və özünü görüm, onu geri alım və bununla da, şikayətimi geri götürüm… Halbuki, hec bir mal nə alınmayıb, nə də göndərilməyib. Faktiki olaraq, məndən ticarət adı ilə alınan pullar Şəfiyev Etiqad Lətif oglu tətəfindən mənimsənilib…”

H.Rüstəmovun iddiasına görə, dələduzluq faktı ortada olduğu halda, Ə.Seyidov məsələni ticarət uğursuzluğu kimi qələmə verərək, E.Şəfiyevə bəraət verməyə çalışır. O, həmçinin şikayətində bildirir ki, Ə.Seyidovun hələ Cəlilabadda hakim işləyərkən E.Şəfiyevin yeznəsi Feyziyev Şahverən Yəhya oğlu ilə sıx əlaqələri olub və hazırda da onlar dostluq edirlər. H.Rüstəmovun fikrincə, bu münasibətlərin Ə.Seyidovun işə qeyri-obyektiv baxmasında əhəmiyyətli rolu var. Şikayətçi, hətta qeyd edir ki, Cəlilabad rayonunda yüksək vəzifələr tutmuş Ş.Feyziyevin özü də ona qarşı dələduzluq əməli törədib.

H.Rüstəmov bildirir ki, E.Şəfiyevin əməllərindən ziyan görən digər zərərçəkmiş Tahir Məmmədxanovla birgə Ə.Seyidovun rəhbərlik etdiyi məhkəmə heyətinə etiraz etsələr də, buna məhəl qoyulmayıb.

Nəhayət, 03 oktyabr 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə Ə.Seyidovun sədrliyilə məhkəmə tərkibinə etirazla bağlı rəsmi müraciət etdiyini deyən H.Rüstəmov, ölkə başçısından xahiş edir ki, onun etirazının obyektiv qiymətləndirilməsinə köməklik edilsin və sonradan təyin olunacaq heyətin ədalətin fövqündə dayanacağına təminat verilsin.

“AzPolitika.info” yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırdır.

CƏLAL

Əvvəlki yazı

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı 40% artıb

Sonrakı yazı

İşdən qovulan “baş lift”çiyə həbs təhlükəsi – Almaniyaya qaçıb iddiası

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.