12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nəsimi icra başçısının Əli Həsənov yolu: “Mcdonalds” şefindən prezidentə – Dosye

28 İyun 2018, 00:37
Seçmə, Manşet
A A
Nəsimi icra başçısının Əli Həsənov yolu: “Mcdonalds” şefindən prezidentə – Dosye
 
Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərov üçün yolun sonu görünməkdədir. Bu barədə Reportyor.İnfo-ya gələn xəbərlərdə iddia olunur.
Mərkəzi hakimiyyətin kluarlarında İH rəhbərlərinin siyahısı tərtib olunarkən, adı keçən məmurlardan biri də A.Əsgərovun olduğu deyilir.
Onun “qara siyahı”da yer almasının birinci dərəcəli amili oğlu İlham Əsgərlinin törətdiyi ölümlə nəticələnmiş yol qəzasıdır.
Bu hadisə A.Əsgərovun üzərindən iki faktora görə xətt çəkib: ilk növbədə “Qaçqınkom”un keçmiş sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev kimi icra başçısının oğlunun da cinayətində zərər çəkən tərəfin tanınmış şəxs olması, digər məsələ qarşı tərəfin ardıcıl şikayətləridir.
Belə ki, Ə.Həsənovun nəvəsinin törətdiyi qəzada gizlədilməyə çalışan məqamlardan biri hadisə zamanı yaralanmış və dərhal Türkiyəyə çatdırılmış ər-arvadın sabiq prezident Abdulla Gülün baldızı ilə bacanağı olması idi.
Bu olayın Azərbaycanın siyasi rəhbərliyinə çatması Nailin də, komitə sədri olan babasının da “qələmini qırdı”. İkincisi, 2 nəfərin ölümünə səbəb olmasının ajiotajı idi.
Əgər olayda A.Gül amili olmasaydı, bəlkə də işi istintaqda bağlayacaqdılar. Odur ki, Ə.Həsənov nəvəsinin güdazına getdi.
Nəsimi RİH başçısı A.Əsgərovun da postunun laxlaması məhz oğlunun törətdiyi qəzada ölən şəxsin atasının statusudur.
Mərhum Sənan Mirzəyevin atası Maqsud Mirzəyevin ABŞ-ın dünyaya yayılmış brendi olan “Mcdonalds” restoranlar şəbəkəsinin yerli nümayəndəliyinə rəhbərlik etməsi işləri qəlizləşdirib.
Onun məhkəmədə haqlı tələbləri, icra başçısının oğlunu səhhətindəki problem adı ilə həbsdən və ölkədən çıxardığını deməsi, prezidentə davamlı olaraq şikayət edəcəyini söyləməsi A.Əsgərovun mövqeyini sarsıdıb.
Prezident Administrasiyası dəhlizlərində hazırlanan siyahıda Nəsimi şefinin də adının çəkildiyi iddia olunur və eynilə o da Ə.Həsənovun taleyini yaşamağa yaxındır.
Çünki M.Mirzəyev hansısa MMC rəhbəri yaxud otel sahibi deyil, Amerikada kifayət qədər əlaqələri, səfirlikləri təmasları olan iş adamıdır, ölkənin siyasi rəhbərliyinə çıxış imkanı var.
Reportyor.İnfo yazır ki, M.Mirzəyevin övladının ölümünə bais olmuş icra başçısının oğlunun cəzası qalması, ev dustaqlığına buraxılaraq ölkədən çıxması haqda prezidentə təqdim etdiyi müraciətlər A.Əsgərovun Ə.Həsənov kimi gedişini aktuallaşdırıb.
Prezident övladı qudurğanlıq edən, ölümə səbəb olan məmurlarla uzun müddət işləmir. Üstəlik, bu bioqrafiya ilə Bakının ən mərkəzi rayonlarından birinə rəhbərlik etməsi mümkün görünmür.
Prezident artıq adı neqativ hadisələrdə keçməyən, ictimaiyyətə çox da tanış olmayan sağlam kadrları İH-lərdə rəhbər vəzifələrə çəkir.
Bu baxımdan mövqelərinin zəiflədiyini anlayan A.Əsgərov oğlunun məlum cinayətindən sonra vətənpərvər donuna girərək hərbi hissələrə baş çəkir.
Heç bir icra başçısının etmədiyini edərək cəbhə bölgəsinə yollanır, əsgərlərlə görüşür. Heç Ağdam, Fizuli, Gədəbəy, Goranboy, Tərtər və s. Ermənistanla sərhəd bölgələrin icra hakimləri hərbi hissələrə onun qədər intensiv səfərlər etmirlər.
Bu taktikanın arxasında isə patriot obrazında özünü göstərmək, prezidentin yanında itirilmiş etimadı bərpa etməyə çalışmaq və kreslosunu qorumaq cəhdləri dayanır.
Bundan başqa, Nəsimi rayon icra başçısından təkcə narazı olan yeniyetmə övladını qəzada itirmiş “Mcdonalds” restoranlar şəbəkəsinin müdiri deyil.
Habelə, Nəsimi rayon sakinləri onun qanunsuz tikintilərə rəvac verməsi, yaşıllıqların məhvinə imkan yaratması, binaların həyətlərini, qarajlarını, uşaqların oynadığı boş yerləri satması barədə prezidentə tez-tez şikayətlər edirlər.  A.Əsgərov Nəsiminin yaşıllıqlarına “divan tutur”, meşəlikləri qırdırır, satmağa boş ərazi qoymur.
Bir neçə gün qabaq 20 Yanvar küçəsində FHN-ə məxsus su anbarının üstündə qanunsuz tikinti aparılması, o cümlədən ərazidə yaşıllıqların qırılması sakinləri ayağa qaldırmışdı.
Nəsimi camaatı hesab edir ki, prezident operativ olaraq bu rayona müdaxilə etməlidir. Necə ki, Yasamalda 1000-dən çox ağac kəsən şirkət cəzalandırılmışdı.
İkincisi, Nəsimi Bakının gözünün işığıdır və mərkəzi rayondur. Yəni, Suraxanı, Binəqədi, Xəzər kimi ətraf rayonlar deyil, paytaxtın tən ortasıdır.
Ona görə A.Əsgərovun şəhərin mərkəzindəki ağaclara “divan tutması”na imkan vermək olmaz.
Üstəlik, prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva respublikanın bir çox ərazilərində ağacəkmə kampaniyaları həyata keçirir.
Nəsimi icra hakimi isə yaşıllıqları tikinti firmalarına qurban verməklə dövlətin və prezidentin siyasətinə zidd getməkdədir.
REPORTYOR.info
GÜLAY
Əvvəlki yazı

Əmək pensiyaları artırılacaq – Şad xəbər

Sonrakı yazı

Rusiyanın 70 il əvvəlki planı DİRİLİR – Azərbaycanlı silah istehsalçısı DƏHŞƏTLİ LAYİHƏNİ AÇDI

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.