06-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əliyevin Putinə zənginin pərdəarxası…

13 Avqust 2020, 15:10
Siyasət, Manşet
A A
Əliyevin Putinə zənginin pərdəarxası…
“Bu telefon danışığında Azərbaycan Prezidenti Rusiyanın himayə etdiyi Ermənistanın təxribatlarını bir-bir Vladimir Putinin diqqətinə çatdırıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə olan telefon zəngindən danışarkən deyib. Politoloq Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını diqqətlə izləyən ölkələrin başında Rusiyanın gəldiyini bildirib:
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfər edəcəyi xəbəri günlər öncəsindən yayılmışdı. Müdafiə naziri Zakir Həsənovun Ceyhun Bayramovla birgə Ankaraya gedib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyü xəbəri isə həmin gün yayıldı. Ceyhun Bayramovun Türkiyəyə səfəri və görüşləri geniş işıqlandırıldı, Zakir Həsənovun isə Ankarada hansı mövzuları müzakirə etməsi haqqında məlumat yayılmadı. Azərbaycan nümayəndə heyətinin Ankaraya səfərindən bir gün sonra Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər, o cümlədən qardaş ölkənin müxtəlif qoşun növləri komandanları Azərbaycana gəldilər. Üstəgəl Azərbaycanla Türkiyənin avqustun 10-da tamamlanması planlaşdırılan hərbi təlimləri bir neçə gün də uzadıldı. Bütün bunlar təsadüfdürmü? Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın indikindən daha üst səviyyəyə qaldırlması istiqamətində danışıqların getdiyini vurğulamaq mümkündür. Bu əməkdaşlığın üst səviyyəsi iki addımın atılmasından ibarət ola bilər:
Birincisi, Türkiyə Azərbaycanda hərbi bazaların formalaşdırılmasına başlayır;
İkincisi, Naxçıvanın təhlükəsizliyinin qarantı olan Qars müqaviləsinin bütövlüklə Azərbaycana şamil edilməsinə yönəlik saziş hazırlanır”.
Elxan Şahinoğlu bildirib ki, prosesi müxtəlif səbəblərdən diqqətlə izləyən ölkə və birliklərin olduğunu açıqlayıb:
“Ermənistan, Rusiya, İran, NATO, Avropa İttifaqı və ABŞ. Sonuncu üçünün Cənubi Qafqazdakı maraqları Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ilə tərs düşmür. Əlbəttə, Avropa İttifaqı və ABŞ Türkiyənin Aralıq dənizi sahili ölkələrindən tutmuş Xəzər sahilinə qədər təhlükəsizlik zolağını uzatmasını alqışlamır. Məsələn, Avropa İttifaqının iki dövləti olan Fransa və Yunanıstan Türkiyənin Aralıq dənizi hövzəsində artan rolundan narahatdırlar. Ancaq Türkiyənin Azərbaycanda hərbi varlığı bütövlükdə Avropa İttifaqının maraqlarına tərs deyil, əksinə bu köhnə qitənin qazla təminatına başlayan Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi deməkdir. ABŞ-la Türkiyə arasındakı fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton üçün də Azərbaycanın təhlükəsizliyinin təminat altına alınması az əhəmiyyətli deyil. İran Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından məmnun deyil, ancaq Tehranın buna qarşı açıq siyasət ortaya qoyması gözlənilmir, əks halda Azərbaycan və Türkiyə ilə münasibətlərdə gərəksiz gərginlik yaşaya bilər”.
Politoloq qeyd edib ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını diqqətlə izləyən ölkələrin başında Rusiya gəlir:
“Kremlin keçmiş illərdə olduğu Türkiyə-Azərbaycan hərbi təlimlərinə qarşı bəyanatı olmadı. Ancaq Rusiya mediasında yayınlanan yazılardan hiss olunur ki, Moskva prosesi diqqətlə izləyir. Bu mənada Prezident İlham Əliyevin avqustun 12-də Vladimir Putinə zəng etməsi təsadüfi deyil. Bu telefon danışığında Azərbaycan Prezidenti Rusiyanın himayə etdiyi Ermənistanın təxribatlarını bir-bir Putinin diqqətinə çatdırıb.
Birincisi, İlham Əliyev deyib ki, iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat və təcavüz aktı nəticəsində Azərbaycanın hərbi qulluqçuları və bir nəfər mülki şəxs həlak olub. İlham Əliyev ayrıca, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
İkincisi, İlham Əliyev Ermənistanın təxribatının məqsədini Putinin diqqətinə çatdırıb: “Ermənistanın hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olub”. Yəni prezident demək istəyib ki, Ermənistan Rusiyanın müdaxiləsini istəyib.
Üçüncüsü, dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb: “Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olub və bu məsələ aydınlaşdırılmalıdır”.
Elxan Şahinoğlunun fikrincə, İlham Əliyevin Vladimir Putinə telefon zənginin əsas səbəbi məhz üçüncü bəndlə bağlıdır:
“Azərbaycan Prezidenti faktiki rusiyalı həmkarına Rusiyanın Ermənistana hərbi dəstəyindən narazılığını açıq şəkildə bildirib. İlk dəfədir ki, Azərbaycan Prezidenti rusiyalı həmkarıyla telefon danışığı zamanı bu cür iradlar səsləndirib. Azərbaycan Prezidentinin rusiyalı həmkarına telefon zənginin Türkiyənin Müdafiə nazirinin Bakıda olması gününə təsadü etməsi həm də Kremlə mesajdır ki, “Rusiyanın Ermənistana hərbi dəstək siyasəti rəsmi Bakıya Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmaqdan başqa yol qoymayıb”.
Əvvəlki yazı

İcra başçısı “1 manatlıq” şirkətə milyon verdi

Sonrakı yazı

Avqustun 14-dən havalar soyuyur

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.