Prezident İlham Əliyev Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunması barədə sərəncam imzalayıb.
“Reportyor.info”-nun məlumatına görə, bundan əvvəl Prezident Mədət Quliyevin DTX rəisi vəzifəsindən azad olunaraq, Müdafiə Sənayesi naziri təyin olunması barədə sərəncam verib.
Prezidentin Əli Nağıyevlə bağlı sərəncamında deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2019-cu il”.