31-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əli İnsanovla kimlər əməkdaşlıq edəcək? – Açıqlamalar

07 May 2019, 14:08
Cəmiyyət
A A
Əli İnsanovla kimlər əməkdaşlıq edəcək? – Açıqlamalar

Sabiq səhiyyə naziri Əli İnsanov ötən həftə “Amerikanın Səsi”nə müsahibəsində yeni siyasi təşkilat yaradacağını elan etdi. Əli İnsanov təşkilatının partiya, birlik və hərəkat formatında təşkilat olub-olmayacağı haqda konkret fikir bildirməsə də, təşkilatın siyasi qurum olacağını bir neçə dəfə təkrarladı. Siyasi təşkilatını yaxın vaxtlarda elan edəcəyini açıqlayan sabiq nazir müxalifətdəki bir sıra qurumların adını da çəkərək müxalifət təşkilatları ilə əməkdaşlıq etməyi düşündüyünü də açıqladı.

Bəs müxalifət partiyaları Əli İnsanovun təşkilatına qoşulacaqmı və ya bu təşkilatla əməkdaşlıq edəcəkmi?

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, Əli İnsanov hələ sadəcə sözdə yeni təşkilat yaradacağının elanını verib. Ortada konkret yaradılmış bir siyasi təşkilat hələ yoxdur: “Ona görə də yaradılmamış, məqsədini, məramını rəsmi elan etməmiş bir təşkilatla əməkdaşlıq edib-etməməklə bağlı danışmağı ciddi hesab etmirəm. Rəsmən yaradılar, baxarıq görək necə təşkilatdır, nədir, nə istəyir, nədən ötrü yaradılıb.

Bunlara aydınlıq gələndən sonra sizin sualınıza cavab verə bilərik. Hazırda isə heç adam özü dəqiq nə yaradacağını sanki bilmir. Sadəcə deyir ki, təşkilat yaradacağıq. Mən axı bu gün üçün bilmirəm ki, nə yaradılacaq. Yaradarlar, bundan sonra mövqeyimizi ifadə edərik”.

ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, Əli İnsanov təşkilatını yaratsın, məramnaməsini ortalığa qoysun, o təşkilat əməli mübarizə aparsın, ondan sonra həmin təşkilatla əməkdaşlığın olub-olmayacağı barədə danışmaq mümkündür: “”Təşkilat yaradacağam” bəyanatı vermək hələ təşkilatın yarandığı demək deyil. Bəlkə Əli İnsanov elə bir təşkilat yaradacaq ki, biz ona nəinki qoşulmayacağıq, hətta onun əleyhinə olacağıq? İkincisi, nəyə görə bizim qədər uzun illərin müxalifətçilik təcrübəsi olan qüvvə gedib ona qoşulmalıyıq?! Hələ təşkilat yaratmamışdan ortalığa iddia qoyur. Əməkdaşlıq edib-etməmək kimi məsələlər isə siyasi işin gedişatından asılı olacaq. Yaşayırıq görərik”.

VİP sədri Əli Əliyev də oxşar mövqe bildirdi: “Əvvəla, uğurlar arzulayıram. İkincisi, Əli İnsanov təşkilatını yaratsın, prinsiplərini elan etsin, ondan sonra baxıb dəyərləndirərik. Bu gün üçün əlavə heç nə söyləyə bilmərəm”.

AĞ Partiya sədri Tural Abbaslı bildirdi ki, Əli İnsanovun müsahibəsini oxuyub: “İnsanov orada bəzi məsələlərə öz yanaşmasını izah etməyə çalışdı və bəzi bəyanatlarla çıxış etdi. Eyni zamanda elə həmin müsahibədə də özünün təşkilatını quracağını elan etdi. Sadəcə olaraq, ”təşkilat” dedikdə nəyi nəzərdə tutduğunu tam açmadı. Yəni bu sözün arxasında konkret olaraq partiyamı, siyasi birlikmi, hərəkatmı və başqa bir formatmı durduğunu qeyd etmədi. İstənilən halda təşkilat quraraq siyasi mübarizəyə qoşulmaq hər bir Azərbaycan vətəndaşı kimi Əli İnsanovun da hüququdur. O ki qaldı bizim Əli İnsanova qoşulmağımıza, belə bir məsələ bizim gündəliyimizdə yoxdur və belə bir halın müzakirəsi belə edilməyib”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə qeyd etdi ki, Əli İnsanovdan və ya onun hər hansı təmsilçisindən KXCP-yə yeni təşkilat barədə, əməkdaşlıq üçün heç bir müraciət yoxdur. Ona görə də bu mövzuda fikir bildirməyi doğru saymır.

“Yeni Müsavat”

Əvvəlki yazı

Tovuzda 72 yaşlı kişi intihar edib

Sonrakı yazı

Prezident xəstəxananın açılışında

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.