30-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əli Həsənov “trol”lara nə qədər vəsait xərcləyib? – Böyük pullar yuyulub

03 Sentyabr 2021, 13:27
Seçmə, Araşdırma
A A
Əli Həsənov “trol”lara nə qədər vəsait xərcləyib? – Böyük pullar yuyulub

Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş rəhbəri Əli Həsənovun dövlətin media layihələrindən müxtəlif maxinasiyalarla külli miqdarda vəsaiti mənimsədiyi barədə yeni faktlar üzə çıxır. Hazırda məhkəmə müstəvisində olan “KİVDF işi”-ndə bu barədə şahid ifadələri, onların təqdim etdikləri sübutlar ortaya qoyulub.

Məlum olur ki, 2009-2020-ci illər ərzində dövlət büdcəsindən mətbuatın inkişafı istiqamətində ayrılmış on milyonlarla manat Ə.Həsənovun nəzarətində olan “pulyuma vasitələrilə” şəxsi biznesə ötürülüb. Bu cinayətdə keçmiş şöbə müdirinin oğlu Şamxal Həsənovun da iştirak etdiyi bildirilir. Dövlət vəsaitlərinin bir qismi onun rəhbərlik etdiyi biznes strukturları vasitəsilə ələ keçirilib. Gözlənilir ki, məhkəmə prosesində ata-oğul Həsənovlar barəsində açqlanacaq ittihamlar və səsləndirilən şahid ifadələri onların həbsxanaya yolunu açacaq.

Reportyor.info Azpolitika.info-ya istinadən verdiyi məlumata görə, mətbuatda yayılan istintaq materiallarından aydın olur ki, Əli Həsənov təkcə media layihələrindən faydalanmayıb, ətrafında saxladığı “trol ordusu” üçün də külli miqdarda pullar alıb.

Məlumatlı mənbə bildirir ki, keçmiş şöbə müdiri “müxalifət fəallarına qarşı mübarizə” layihəsinə ildə təxminən 50 milyon manat cəlb edib. Bu vəsaitin bir qismi jurnalistlərə, bloqerlərə, QHT rəhbərlərinə paylanıb, əhəmiyyətli hissəsi isə silinərək mənimsənilib.

Ləğv olunmuş KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin istintaqa verdiyi ifadələr də bu maxinasiyaların bir qisminə işıq salıb.

V.Səfərli bildirib ki, Fond üçün Əli Həsənovun ailə mülkiyyətində olan binada yer icarəyə götürdükdən sonra şöbə müdirinin göstərişi ilə 2019-cu ildə bağlanmış icarə müqaviləsinə dəyişiklik edilib:

“Binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi.

Əli Həsənov məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeni icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər”.

Vüqar Səfərlinin ifadəsindən məlum olur ki, Ə.Həsənov “trol ordusu” üçün öz şəxsi əmlakını dövlət hesabına icarəyə verib. Bəllidir ki, KİVDF üçün alınan icarə haqqı mövcud bazar qiymətlərindən azı iki dəfə yüksək olub.

Şübhəsiz ki, Həsənov öz binasından trollar üçün daha böyük sahəni icrayə verməklə daha böyük həcmdə vəsaiti çırpışdırıb. Beləliklə, müxtəlif qaynaqlardan əldə olunan milyonlarla vəsaitin bir hissəsi şişirdilmiş icarə müqavilələri vasitəsilə “yuyulub”.

“Trol ordusu”nun fəaliyyətinə gəlincə, onlar hökumətin deyil, daha çox Əli Həsənovun, Ramiz Mehdiyevin şəxsi maraqlarının keşiyində dayanıb. Sabiqlər haqqında bircə tənqidi ifadə işlətmək kifayət idi ki, müxtəlif saytlarda tənqid müəllifləri haqqında yüzlərlə təhqiramiz yazılar, “təhlillər” dərc olunsun, sosial şəbəkələrdə qarayaxma kampaniyaları aparılsın.

Amma ölkə rəhbərliyinə qarşı daxildə və xaricdə müxtəlif dairələrin sifarişi ilə start götürən silsilə böhtan kampaniyası zamanı Ə.Həsənovun “trol ordusu” susurdu.

Beləliklə, məlum olur ki, keçmiş şöbə müdiri dövlətin vəsaitini talamaqla yanaşı, hökumətdən əldə etdiyi pullar hesabına özünün və Ramiz Mehdiyevin maraqlarını qoruyan “trol ordusu” da saxlayıb.

Əvvəlki yazı

Övladı ilə birgə müəmmalı surətdə ölən Aytən Niftəliyevanın qayınatasını hüquq-mühafizə orqanları ilə nə bağlayır?

Sonrakı yazı

“Nə qədər ki, bu köhnə komanda yerindədir heç bir məsələ layiqincə həllini tapmayacaq”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.