12-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əli Həsənov dindiriləcək: Pullar hara gedib?

03 Sentyabr 2020, 10:41
Seçmə
A A
Əli Həsənov dindiriləcək: Pullar hara gedib?

 

KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb.
Yayılan informasiya ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Açıqlamada konkret olaraq Əli Həsənovun adı çəkilməyib. Qeyd edilib ki, hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.
Əli Həsənov isə yayılan xəbərə belə münasibət bildirib: “Mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, on-on beş günə Azərbaycana qayıdacağam”.
Bildirək ki, bu mövzu cəmiyyətdə, xüsusilə də media camiəsində geniş müzakirə olunur və diqqətdə saxlanılır.
Mövzu ilə bağlı suallar yaranır ki, Əli Həsənov hansı halda cinayət məsuliyyətinə cəlb oluna bilər? Əli Həsənova hansı halda ölkədən çıxış qadağası qoyula bilər?
Bu barədə Musavat.com-a danışan tanınmış vəkil Fariz Namazlı əvvəlcə Baş Prokurorluğun rəsmi açıqlamasına münasibət bildirib:
“Baş Prokurorluğun məlumatında göstərilir ki, intensiv və zəruri istintaq hərəkətləri aparılır.
Bu istintaq hərəkətləri həm KİVDF əməkdaşlarının şahid qismində dindirilməsi, zəruri olarsa ekspertizaların təyin olunması, rəylərin alınması və ya əlavə şəxslərin dindirilməsi ola bilər. Burada əvvəlcədən kiminsə məsuliyyət daşıdığını demək çətindir. Belə bir fikir demək üçün istintaq sənədləri ilə tanış olmaq lazımdır”.
Fariz Namazlı Əli Həsənovun hansı halda istintaqa cəlb oluna biləcəyi haqda bunları deyib: “Ola bilsin ki, KİVDF əməkdaşları ifadələrində əsas məsuliyyəti kimin daşıması, əsas qərarı kimin verməsi ilə bağlı məlumat versinlər. Bu ifadələr, digər zəruri sənədlər, ekspertiza rəyləri əsas təqsirləndirilən şəxslərin kimlər olduğunu müəyyən edəcək”.
Fariz Namazlı Əli Həsənovun başlayan cinayət işi üzrə şahid qismində dindirilib-dindirilməməsinin mümkünlüyü haqda da danışıb:
“İfadələr və toplanmış sübutlar əsasında hansısa bir şəxsin şübhəli şəxs və ya təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi mümkündür. Həmin şəxsi şahid yox, birbaşa təqsirləndirilən şəxs qismində də istintaqa cəlb etmək mümkündür.
Cinayət işi fakta görə başlayır. Yəni prokurorluğa KİVDF-də yeyintilər, vəzifə səlahiyyətlərini aşma kimi məlumat daxil ola bilər və bunun əsasında cinayət işi başlaya bilər. Ola bilsin ki, Əli Həsənov şahid qismində dindirilib”.
Vəkil bildirib ki, Əli Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunsaydı, onun ölkədən çıxışına qadağa qoyulmalı idi: “Şahid qismində dindirilən şəxslərin ölkədən çıxışına qadağa qoyulmur. Yalnız şübhəli və təqsirləndirilən şəxslərin ölkədən çıxışına qadağa var.
Əgər Əli Həsənov Türkiyədə olduğu müddətdə onun təqsirləndirilən şəxs qismində cəlb olunması məsələsi ortaya çıxarsa, onun barəsində axtarış elan olunacaq”.
Qeyd edək ki, fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Daxil olmuş materiala əsasən, fondun “Xərclər smetası”nın icrasına, KİV-in fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-ə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.
Eyni zamanda jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda araşdırmalar aparılır.
Əvvəlki yazı

Aktrisa bədəni ilə heyran etdi – Foto

Sonrakı yazı

Prezident və xanımı açılışda

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.