21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ƏLİ HƏSƏNOV “BMW”yə GÖRƏ HƏBS OLUNA BİLƏR – “Onun hərəkəti vəzifədən sui-istifadədir”

31 Yanvar 2019, 12:43
Seçmə
A A
ƏLİ HƏSƏNOV “BMW”yə GÖRƏ HƏBS OLUNA BİLƏR – “Onun hərəkəti vəzifədən sui-istifadədir”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda baş nazirin müavini olan Əli Həsənovun “Qaçqınkom”a məxsus maşını özününküləşdirməsi geniş müzakirələrə səbəb olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı açıqlama da yayıb. Açıqlamadan belə aydın olur ki, sabiq sədr Əli Həsənov vəzifədən gedərkən xidməti maşını da özü ilə aparıb. Buna görə də Rövşən Rzayev xidməti maşın almaq məcburiyyəti ilə üzləşib.

Müzakirələrdə Əli Həsənovun məsuliyyət məsələsi də əsas məqamlardan biri kimi keçir. Əli Həsənov bu hərəkətinə görə cəzalandırıla bilərmi?

Hüquqşünas Əkrəm Həsənov musavat.com-a deyib ki, Əli Həsənovun hərəkəti vəzifədən sui-istifadədir: “Cinayət Məcəlləsində 308-ci maddə var. Həmin maddə vəzifə səlahiyyətlərindən sui-istifadə adlanır. Yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya 3-cü şəxslər üçün qanunsuz üstünlük əldə etmə məqsədi ilə belə hərəkətlərə yol verilib. Məsələn, həmin maşından ailə üzvlərinin daşınması üçün istifadə edilməsi qulluq mənafeyinə qəsdən zidd hərəkətlərə yol vermədir. Və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməmə fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla törədilərsə, 3 min manatdan 4 min manata kimi cərimələnə bilər. Və ya 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum oluna bilər. 2 ilədək müddətə islah işləri ilə, 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Yəni belə aydın olur ki, Əli Həsənov vəzifədən getdiyi 5-6 ay ərzində maşından istifadə edib və onu məsuliyyət məsələsi də bu hala uyğun müəyyən edilməlidir. Əgər müəyyən olunsa ki, onun bu özbaşınalığı ağır nəticələrə səbəb olub, bu halda sabiq sədri hətta 7 ilədək cəza gözləyir”.

Hüquqşünas güman edir ki,  Əli Həsənovun əməlində ağır nəticələr yoxdur:“İstənilən halda Əli Həsənov cavabdehlik daşıyır, dövlətin əmlakını öz məqsədləri üçün istifadə edib. 308-ci maddə Cinayət Məcəlləsinin 33-cü fəslindədir. Həmin fəslin adı korrupsiya cinayətləridir. Qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdir. Bu əməllərə görə digər maddələr üzrə də ittiham oluna bilər. 308.1 maddəsi ilə də ittiham verilə bilər. Həmin maddə dövlət büdcəsinin, məqsədli dövlət büdcə fondlarının və ya büdcədən kənar büdcə fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmədir. Həmin maddə üzrə ittiham olunarsa, maksimum 3 ilədək azadlıqdan məhrum oluna bilər. 309-cu maddə ilə də ittiham oluna bilər. Vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məsuliyyət müəyyən edən maddə ilə ittiham olunsa, 3 ilədək azadlıqdan məhrum oluna bilər”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Əkrəm Həsənov deyir ki, əksər dövlət məmurları xidməti avtomobildən öz məqsədləri, mənafeləri üçün istifadə edirlər: “Təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısı xüsusi qərar verdi. Həmin qərara görə xidməti maşınların veriləcəyi vəzifə sahiblərinin siyahısı tərtib olunmalıdır. Hazırda elə məmurlar var ki, uşağına, həyat yoldaşına, qulluqçusuna belə ayrıca bir maşın işləyir. Həmin maşınların bir çoxu da dövlət büdcəsi hesabına alınıb, təmir olunur, gündəlik yanacaq xərcləri də həmin hesabdan qarşılanır. Əslində bu çox böyük korrupsiya cinayətidir və bunun qarşısı alınmalıdır. Kim istəyir ki, qulluqçusu maşında gəzsin, zəhmət çəkib maşını şəxsi hesabından alsın, maşının təmir, yanacaq və digər xərclərini cibindən versin. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi belə məmurları müəyyən edib onların dövlət büdcəsinə illərlə vurduqları ziyanı hesablamalı və ödətdirməli, özlərinin isə cəzaya çatdırılmasına nail olmalıdır. Əks təqdirdə, büdcənin çıxarları gəlirlərini  belə qanunsuzluqlara görə hər il üstələyəcək”.

Yada salaq ki, prezidentin struktur dəyişiklikləri ilə bağlı son fərmanı ilə Nazirlər Kabinetinə 3 ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını prezidentlə razılaşdırmaqla müəyyən etmək tapşırılır. Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə prezidentə məlumat veriləcək.

Maraqlıdır ki, qərarda Nazirlər Kabinetinin özünün olduğu xidməti avtomobillərə dair məlumat əksini tapmayıb. Bu baxımdan, baş nazirin müavini Əli Həsənova qurumdan xidməti avtomobil verilib-verilmədiyini müəyyənləşdirmək mümkün deyil.

Əvvəlki yazı

Axtarışda olan keçmiş icra başçısının cinayət işi ayrıca araşdırılacaq –Bir nəfər azadlığa buraxıldı

Sonrakı yazı

Millət vəkili Q. Paşayeva Türkiyədən gəlmiş ziyalılarla görüşüb

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.