13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əli Həsənov: “Bakı-Moskva münasibətləri yüksəlişdədir”

10 Oktyabr 2019, 15:31
Manşet
A A
Əli Həsənov: “Bakı-Moskva münasibətləri yüksəlişdədir”

“Ölkələrimiz və xalqlarımız öz aralarında mehriban qonşuluq və dostluq ənənələrini qoruyub saxlayıb. Ümumiyyətlə, Azərbaycan və Rusiya xalqları arasında münasibətlərin dərin kökləri var”.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda “Rus kitabları evi”nin 10 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Rusiya mədəniyyət sahəsində də əlaqələrini möhkəmləndirməyə səy göstərir.

Ə.Həsənov Bakı ilə Moskva arasındakı strateji tərəfdaşlığın təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün onun Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

“Bu gün ölkələrimiz arasındakı münasibətlər yüksəlişdədir”, – deyə Ə.Həsənov qeyd edib.

O əlavə edib ki, ölkələrin və xalqların qarşılıqlı maraqlarına cavab verən hərtərəfli əməkdaşlığın inkişafı və möhkəmlənməsi tam gücü ilə davam edir.

“Müstəqillik qazandıqdan sonra rus dili millətlərarası dil mövqeyini itirməyib və hələ də tələbatlıdır. 300-dən çox ümumtəhsil məktəbində təhsilin rus dilində aparılması buna parlaq nümunədir. Son illərdə rusdilli siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət və bəzi özəl ali təhsil müəssisələrində təhsil eyni vaxtda iki dildə – Azərbaycan və rus dillərində aparılır”, – deyə Ə.Həsənov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin böyük hissəsi rus dilində danışır, gənc nəsil onu öyrənməyə həqiqi maraq göstərir.

Ə.Həsənov bildirib ki, Bakıda A.Puşkin, M.Lermontov, L.Tolstoyun adlarını daşıyan küçələr var, muzeylərdə isə rus şairlərinin Azərbaycan torpağına səfərləri ilə bağlı xatirələr etibarlı şəkildə qorunur.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi bu gün Azərbaycanda rus dilində teatrların fəaliyyət göstərdiyini, Bakı Slavyan Universiteti kimi müxtəlif universitetlərin olduğunu, rus dilində dövri nəşrlərin, o cümlədən rus dilində jurnalların, dərsliklərin, bədii ədəbiyyatın, KİV-in fəaliyyət göstərdiyini və telekanallarda rusdilli proqramların yayımlandığını vurğulayıb.

“Regionda öz ana dilini, mədəniyyətini və milli adət-ənənələrini qoruyan etnik ruslar bu gün ən çox Azərbaycanda yaşayır. Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həyatında geniş təmsil olunur və dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər”, – deyə şöbə müdiri qeyd edib/Report.

Əvvəlki yazı

“Sədərək” bazarı sökülür – VİDEO

Sonrakı yazı

Saatlı başçısı obyektlərini satır?

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.