20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır”

27 May 2019, 11:54
Gündəm
A A
Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır”

Özünü cəmiyyətə yeni obrazda təqdim etməyə çalışan korrupsiyaya və xəyanətə görə suçlu bilinərək həbs olunan keçmiş səhiyyə naziri Əli İnsanov radikal müxalifətin ənənələrinə uyğun olaraq yalan və böhtan yolunu seçib. İki gün əvvəl mətbuata verdiyi müsahibə buna daha bir nümunə oldu. Onun yalan və böhtanlarının bir neçəsi barədə danişmaq istəyirəm.

Əvvəla yalanları barədə

Əli İnsanov Azərbaycanda tibbi sığortanın tətbiq olunmamasında kimlərisə günahlandırmaq istəyir. İlk növbədə onu qeyd edim ki, pilot şəklində tibbi sığorta iki ildən çoxdur ki, sınaqdan keçirilir, 2020-ci ildən isə bütün ölkə boyu tətbiq olunacaq. Ancaq demək istədiyim başqa həqiqət də var. 1999-cu ilin dekabrında “Tibbi xidmət haqqında” qanun qəbul olundu. Qanunun bir fəsli icbari tibbi sığortaya həsr olunub və 2000-ci ildən etibarən bu sahədə əməli işlər həyata keçirilməli idi. Lakin, 2000-ci ilin əvvəllərində səhiyyə naziri Əli İnsanov dövlət başçısına müraciət edərək tibbi sığortaya keçid üçün şəraitin olmaması bəhanəsi ilə onun 2005-ci ilə qədər təxirə salınmasını xahiş etmişdir. Müvafiq müraciət və sənədlər Nazirlər Kabinetində saxlanılır.

Əli İnsanovun ikinci yalanı onun zamanında guya səhiyyədə intensiv islahatların keçirilməsi ilə əlaqədardır. Prezident Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatda, kənd təsərrüfatında, xidmət sahələrində əsaslı dəyişikliklərin həyata keçiriliməsi tarixi faktdır. Lakin o da həqiqətdir ki, islahatlar strategiyasından kənarda qalan az sahələrdən biri səhiyyə idi. Yuxarıda tibbi sığorta ilə əlaqədar dediyim fakt da bunu sübut edir. Səhiyyədə islahat təşəbbüsünün boğulmasının əsas günahları da məhz səhiyyə naziri Əli İnsanov idi.

Əli İnsanovun üçüncü yalanı Yeni Azərbaycan Partiyasının idarə heyətindəki çıxışı ilə əlaqədardır. İddia etdiyinin tam əksi olaraq həmin iclasda Əli İnsanov kimi və ya nəyisə tənqid etmək barədə deyil, partiya rəhbəri tərəfindən ona diqqətin az olmasından gileylənmək istədi. Lakin, sədrin arqumentli cavabı ilə razılaşmalı oldu. Məsləhət görərdim Əli İnsanov idarə heyətinin iclasından bir gün sonra partiyanın icra katibliyinə gəlib, məndən partiya sədrinə çatdırmaq üçün nəyi xahiş etdiyini xatırlasın.

İndi isə böhtanlar haqqında

Ya məlumatlığının azlığı üzündən, ya da başqa səbəbdən o, iddia edir ki, Azərbaycana xarici tərəfdaşları etibar etmir. Böhtandır. ABŞ-dan tutmuş bütün Avropa dövlətlərinə qədər əməkdaşlıq etdiyimiz dövlətlərin rəhbərləri dəfələrlə ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini etiraf etmişlər. Azərbaycan bir çox sahələrdə qlobal və regional əhəmiyyət daşıyan layihələrdə ayrı-ayrı dövlətlərlə sıx əməkdaşlıq edir.

Keçmiş səhiyyə naziri iddia edir ki, Azərbaycanda islahatlar həyata keçirilmir. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan bütün dünyada ən çox və səmərəli islahat keçirən ölkə kimi tanınır. Dünyanın ən mötəbər beynəlxalq qurumları bu faktı öz hesabatlarına daxil edib. İqtisadiyyatda başlayan islahatlar indi digər sahələri də əhatə edib. Ən başlıcası isə islahatlar faydasını verməyə başlayıb. Bu yaxınlarda maaşların, pensiyaların, müavinət və güzəştlərin əhəmiyyətli dərəcədə artırılması həmin islahatların birbaşa nəticəsidir.

Əli İnsanov Azərbaycanın müasirləşən, gözəlləşən, yeniləşən simasına da böhtan atmaq kimi cəfəngiyyatdan özünü saxlaya bilmir. Bakı haqqında onun dedikləri sadəcə böhtan deyil, eyni zamanda həm də Əli İnsanovun milli qürur, milli təəssübkeşlik kimi hisslərdən məhrum olduğunu sübuta yetirir. Bakıya gələn əcnəbi qonaqlardan şəhərimiz, onun gözəlliyi və müasirliyi barədə eşıtdiyimiz xoş sözlər hər birimizin qəlbini qürur hissi ilə doldurur, Əli İnsanovu isə məyus edir. Hamının korrupsioner, rüşvətxor, kobud, kinli və qəddar insan kimi tanıdığı Əli İnsanovun indi özünü demokrat obrazda qələmə verməyə çalışırması isə heç kim tərəfindən rəqbətlə qarşılanmır. Onun Qərbə reveranşları da saxta və miskin görünür. Əvvəla ona görə ki, Azərbaycanın Qərb yönümlü siyasəti məlumdur, bu barədə fərqli baxış mövcud deyil. İkincisi isə, Qarabağ probleminin Qərbin köməyi ilə həll etməyi vəd edən keçmiş səhiyyə naziri sanki bilmir ki, həmin münaqişəni nizamlamaq üçün 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupunun üç üzvündən ikisi ABŞ və Fransadır. Heç kimin xidmətinin üstündən xətt çəkmədən onu deməyə bilmərəm ki, Minsk qrupunun 27 illik fəaliyyətinin nəticəsi hələ ki, yoxdur.

Əli İnsanov törətdiyi əməlllərə görə, cəzaçəkmə müəssisəsində yatdığın illərdə Azərbaycan, onun iqtisadiyyatı, infrastrukturu, siması, benəlxalq mövqeyi və nüfuzu o qədər dəyişib ki, Azərbaycan haqlı olaraq dünyada ən uğurlu gənc dövlətlərdən biri, bəlkə də birincisi hesab edilir. Azərbaycan regionun iqtisadi xəritəsini dəyişən dünya miqyaslı enerji və nəqliyyat layihələrinin müəllifi, Bakı isə beynəlxalq tədbirlərin paytaxtı kimi tanınır. İki gündən sonra bütün dünyanın gözü Bakıda olacaq. Avropanın ən nüfuzlu Futbol Çempionatının final oyununa tamaşa etmək üçün. Qəzəb, kin, nankorluq Əli İnsanovung gözünü elə tutub ki, olanları nə görə, nə də qiymətləndirə bilir. Hələ ölkədəki əminamanlığı, təhlükəsizliyi demirəm. Əli İnsanov, indi azadlıqdasan, imkanın var ki, ətrafimizda olan dövlətlərin vəziyyətinə, dağılan ölkələrə, puç olan talelərə, milyonlarla insan faciəsinə baxıb müqayisə aparasan. Azacıq ədalət hissin, düz danışmağı bacarmaq cürətin olsa, etiraf etməyə bilməzsən ki, Azərbaycan əminamanlıq, sabitlik adasıdır. Səncə bunlar kimin sayəsində əldə olunub? Əlbəttə İlham Əliyevin sayəsində, onun təmkini, qətiyyəti, uzaqgörənliyi, düzgün idarəçiliyi sayəsində. Xalq bunu bilir və qiymətləndirir. Sən isə, Əli İnsanov, İlham Əlyev barədə danışmaq haqqını çoxdan itirmisən.

Və nəhayət Yeni Azərbaycan Partiyasının fəallarına, Prezidentin ətrafında olan adamların sədaqətinə və dəyanətinə şübhə ilə yanaşan Əli İnsanova xatırlatmaq istəyirəm ki, 2005-ci ildə, sədaqətinə dönük çıxıb xəyanət edən sən özün oldun. İndi o günlərdə, ondan sonra da dəfələrlə sınaqdan çıxanları ləkələmək cəhdi əbəsdir. Ataların məşhur bir sözünü dəyişdirsək belə alınacaq: xəyanətkar elə bilir ki, hamı xəyanətkardır.

Əvvəlki yazı

“Maddi yardım hər bir ailəyə 35 min manatdan az olmayaraq ödəniləcək” – İcra Hakimiyyəti

Sonrakı yazı

Rayon başçısı ona sərt sual verən jurnalisti yerə çırpdı – VİDEO

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.