20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əhməd Əhmədzadə üçün “əcəl zəngi” – “Baron” bu dəfə vəzifəsini qoruya biləcəkmi?

05 Fevral 2021, 17:21
Cəmiyyət
A A
Əhməd Əhmədzadə üçün “əcəl zəngi” – “Baron” bu dəfə vəzifəsini qoruya biləcəkmi?

Meliorasiya və Su Təsrrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə karyerasının son akkordlarını vurur.

Hit.az xəbər verir ki, hələ bürokratiyanın yaşlı məmurlardan təmizlənməsi prosesində Əhməd Əhmədzadənin də istefaya göndəriləcəyi gözlənilirdi. Amma 76 yaşlı ASC sədri özünü qoruya bildi.

Növbəti mərhələ uzun müddət vəzifədə olan məmurların yeni kadrlarla əvəzlənməsindən ibarət oldu ki, Əhməd Əhmədzadə həm də bu kateqoriyaya uyğun gəldiyindən bu dəfə də onun karyerasına son qoyulacağı düşünülürdü.
Lakin yenə də gözləntilərin əksi baş verdi. 1993-cü ildə vəzifədə olan Əhməd Əhmədzadə yenə də yerində qaldı.

İslahatların üçüncü dalğası isə əsasən həbslərlə müşayiət olundu. Bu dalğada adı daha çox korrupsiyada hallanan məmurlara və qurumlara “əl gəzdirildi”. Cənab Əhmədzadənin rəhbərlik etdiyi qurum da korrupsiya yuvası hesab edilir. ASC sədrinin özü isə nəinki Azərbaycanın, hətta regionun ən varlı şəxslərdən biridir. Onun “Baron” ləqəbilə tanınmasının səbəbi də budur.

Mətbuatda Əhməd Əhmədzadənin varidatı barədə çoxsaylı materiallar tirajlanıb. Mərkəzi Bankın sədri Elman Rüstəmovla quda olan Əhmədzadənin biznes imperiyasının biri ucu hətta Böyük Brtitaniyaya gedib çıxır. Bir neçə il əvvəl bu barədə mediada yazılıb. Həmin yazılarda qeyd olunurdu ki, 2015-ci il devalvasiyasından sonra kredit bataqlığında çabalayan Azərbaycan əhalisindən fərqli olaraq, bu qərara imza atan Milli Bank rəhbəri Elman Rüstəmovun ailə üzvlərinin sərvətləri birdən-birə bir neçə dəfə artıb. Daha dəqiqi, o və qudası Əhməd Əhmədzadə övladları vasitəsi ilə xaricdəki biznes imperiyasının sərhədlərini genişləndiriblər. Bu imperiyanın sərhədləri isə Londondan başlayıb Çexiyada bitir. Hətta iş o yerə çatıb ki, qudalar Çexiya Müdafiə Nazirliyinin balansındakı əmlakı da alıblar.

Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə uzun müddətdir ki, Londonda yaşayırlar. İddia olunur ki, onlar Avropadakı böyük sərvətə Azərbaycandakı korrupsiya hesabına sahibləniblər. Məlumata görə, onların Britaniyada sahib olduqları “Gyunel Limited” şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE). 2010-cu ilin 26 oktyabr tarixinə qədər “Yosma LTD” adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib. 2010-cu ildən bəri “Gyunel Limited” adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub. Yayılan sənədlərə görə, 2013-cü ilin sonlarında Ə. Əhmədzadənin oğlu və E. Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər. 2014-cü ilin may ayının 11-də Cuma Əhmədzadə Çexiyanın Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi qüvvələrinə məxsus binanın alınması barədə müqavilə bağlayıb. Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Luboşem Hajdukem imzalayır. Müqaviləyə görə, Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yararsız binanı C. Əhmədzadəyə satır. C. Əhmədzadənin Lipno ilə bağlı layihəsi nə az, nə çox – düz 150 milyon çex kronu, yəni təxminən 7 milyon dollar təşkil edir.

Əhməd Əhmədzadənin istefaya göndəriləcəyi həm də ona görə daha çox müzakirə mövzusu idi ki, “Baron” ləqəbilə tanınan bu məmurun adı bir çox irimiqyaslı korrupsiya əməliyyatlarında hallandırılırdı. Mediada bu barədə vaxtaşırı materiallar dərc edilir, Əhməd Əhmədzadənin büdcə pullarını qaranlıq məqsədlərə xərcələdiyi iddia edilir, onun oliqarxa çevrildiyi, dəyəri milyonlarla ölçülən sərvətə malik olduğu bildirilirdi.

Onun rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC ən iri qurumlardan hesab edilir. Ümumilikdə, 120 idarədən ibarət olan ASC Suvarma Sistemləri İdarələri – 48 idarə, Kollektorların İstismar İdarələri – 8 idarə, Su Anbarların, hidroqovşaqların və Magistral Kanalların İstismar İdarələri – 13 idarə, Meliorasiya İdarələri – 4 idarə, Mexaniki Suvarma İdarələri – 10 idarə, Subartezan Quyularının İstismar İdarələri – 9 idarə, Melioservis İdarələr – 23 idarə, Azmelsutəsərrüfat – ASC, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Melorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu özündə birləşdirir. Eyni zamanda bu ACS-də 25 minə yaxın adam işləyir. İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard manatı keçir.

Lakin Əhməd Əhmədzadənin fəaliyyəti ölkənin birinci şəxsini qane etmir. Hər halda Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair keçirdi

Əvvəlki yazı

İri ticarət mərkəzləri və “mall”lar bu tarixdə açıla bilər – Deputat

Sonrakı yazı

Azərbaycanda son sutkada koronavirusun statistikası

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30
Paşinyanla Pezeşkianın görüşü başladı – Video

Paşinyanla Pezeşkianın görüşü başladı – Video

19 Avqust 2025, 11:27
“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.