11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Əgər kişisinizsə, çıxın ortaya danışaq” — Deputatdan bayrağımızın dəyişdirilməsi barədə şayələrə CAVAB

04 Mart 2019, 19:26
Gündəm
A A
“Əgər kişisinizsə, çıxın ortaya danışaq” — Deputatdan bayrağımızın dəyişdirilməsi barədə şayələrə CAVAB
“Əgər kişisənsə mənim yazdığım və ya dediyim o fikrin mənbəyini göstər. Mən bu fikri harada demişəm. Amma mənbəni göstərə bilmirsənsə, deməli nakişisən. Gedib oturublar xaricdə, onlara komanda gələn kimi başlayırlar qarayaxma, təhqir, söyüş, gözdənsalma kampaniyasına… Bu mənə qarşı Fransaya sığınan Məhəmməd Mirzəli tərəfindən heç bir fakta söykənmədən edilən həyata keçirilən qarayaxma, gözdənsalma kampaniyasıdır”.

Sfera.az bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Elman Nəsirov barəsində Azərbaycan bayrağına dəyişiklik edilməsi barədə sosial şəbəkədə yayılan xəbəri şərh edərkən deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə Sərdar Cəlaloğlu ilə debatda ad çəkmədən dedim ki, Fransada əyləşən birisi Azərbaycanda xaos yaratmağa çalışır:

“Ona göz ağardılanda qayıdıb dedi ki, mən yaxşı mənada xaos deyirəm. Mən də ona cavabımda dedim ki, xaosun yaxşısı-pisimi olur?!. Ondan sonra ona sifariş gəlib ki, sən otur Elman Nəsirov barəsində belə bir uydurma fikir yaz. Onlar da mənim yerimə həqiqətə uyğun olmayan fikirlər yazıb paylaşırlar. Bu insanları ləkələmək üçün yeni bir texnologiyadır”.

Elman Nəsirov bildirib ki, bununla məni sıradan çıxarmağa çalışırlar: “Çünki mən YAP Beynəlxalq əlaqələr komissiyasının katibiyəm, politoloqam, deputatam, prezident İlham Əliyevin yürütdüyü siyasəti təşviq edən bir insanam. Biz onun siyasətini təbliğ edəndə ilk növbədə cənab prezidenti hədəf seçirlər. Onun yürütdüyü siyasətə kölgə salırlar, hətta bir çox hallarda təhqirə keçirlər ki, bu da qətiyyən yolverilməzdir. Bu əməllərinə görə, bu insanlar cinayət məsuliyyəti daşıyırlar. Onlar bu cinayətkar əməllərinə görə həbs edən zaman onları siyasi məhbus kimi qələmə verirlər”.

Deputat qeyd edib ki, radikal müxalif qüvvələr ölkədə təhqiri, söyüşü, böhtanı siyasətə gətiriblər və bundan da geninə-boluna istifadə edirlər. “Hesab edirəm ki, cəmiyyət onların mənim barəmdə dediklərinə inanmır. Məni tanıyanlar mənim belə insan olmadığımı yaxşı bilirlər. Bu fikirlər onların səviyyəsinin bir göstəricisidir. Təəssüflə qeyd edirəm ki, bu gün müxalifət düşərəgəsində normal adam tapıb polemika aparmaq ciddi bir problemə çevrilib. Filosof Diagenin bir sözü var. Günün günorta çağında əlində fənərlə gəzərmiş. Ondan soruşanda ki, bu işıqda fənərlə nə axtarırsan? Cavabında deyib ki, insan axtarıram. Sözün əsl mənasında bu gün müxalifət düşərgəsində insan axtarırıq elmi dildə polemikaya girək”, – deyə o, vurğulayıb.

S.Cəlaloğlu ilə dialoquna toxunan E.Nəsirov deyib ki, bu insanın 5 dəqiqə dinləmək mədəniyyəti və qabiliyyəti yoxdur:

“Ancaq bağırır, qaragüruhçuluq edir. Belə insanlarla necə dialoqa getmək olar. Nitqləri  yetərincə söyüşlə doludur. Siz təsəvvür edin ki, S. Cəlaloğlu mənə dedi ki, məgər mən xiyaram?! Bu səviyyədə insanlar var. Bu insanlar bir şeyi – söyüşü, təhqiri bacarırlar. Bu yolla insanları alçaltsınlar”.
Deputat  bu, ləkələmə kampaniyasını həyata keçirənlərə qarşı hüquqi müstəvidə addım atacağını da dilər gətirib:

“Bu barədə düşünürəm. Bu məsələlərə son qoyulmalıdır. Bunlarla normal danışıqdan anlamırlar və keçiblər təhqirə, iftiraya, ləkələməyə… Bu məsələ hüquqi müstəvidə həll olunarsa yüz faiz mən qalib gələcəyəm. Çünki məhkəmədə onlar mənim bu fikri hansı media orqanına dediyimi sübut edə bilməyəcəklər. Deyəndə ki, əgər kişisinizsə, gəlin kişi kimi söhbət edək və mən bu fikri harada demişəm. Onu deyə bilməyəcəklər. Çünki mən belə ifadələrin müəllifi deyiləm. Amma məsələnin digər bir məqamı var. Bu da ondan ibarətdir ki, onlar məhkəməni uduzan kimi özlərini siyasi məhbus kimi qələmə verəcəklər. Problem bundadır. Odur ki, bu problem ümumiyyətlə həllini tapmalıdır. Bu gün sosial şəbəkələrdə sözün həqiqi mənasında bir xaos hökm sürməkdədir və  saxta profillər arxasında fəaliyyət göstərənlər səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımırlar. Bu istiqamətdə hüquqi addımların atılmasının zamanı gəlib çatıb. Əks halda cəmiyyətin üzdə olan insanları beləcə ləkələyirlər. Ən pisi odur ki, bəzi  insanlar bu deyilənlərə inanmaq istəyirlər. Doğrudanmı belə şeylər deyilib?! Bu Almaniyada  faşistlərdən birinin fikridir. Yalan o qədər  qüvvətli olmalıdır ki, xeyli insan ona inana bilsin. Onlar da bax faşistlərin seçdiyi yolu seçiblər”- E.Nəsirov qeyd edib.

Əvvəlki yazı

Azərbaycan teatrlarının inkişafına 1,8 milyon manat ayrılıb – SƏRƏNCAM

Sonrakı yazı

“Gəlin yaltaqlanmaqdan imtina edərək Qarabağ məsələsində yumruq kimi birləşək və…”

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.