06-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əfruzələrdən Sevinclərədək: sistemin simvollarına – Zorakılığa SUSMA komitəsi…

15 Aprel 2019, 10:47
Gündəm
A A
Əfruzələrdən Sevinclərədək: sistemin simvollarına – Zorakılığa SUSMA komitəsi…

Ölkə indi demokratiya, azad seçki, sərbəst toplaşma azadlığı, müstəqil media kimi dəyərlər uğrunda yox, övladlarımızı qorumaq, bu qorxunc mühitdə necə mühafizə etmək üçün dəridən-qabıqdan çıxır, həyəcan təbili çalır, mübarizə aparır.
Rəhmətlik Rafiq Tağı yazırdı ki, azadlığımızı övladlarımıza qurban verdik. Yəni, çoxumuz uşaqlarımız bir tikə çörəyə, atasızlığa həsrət qalmasın, polis qapılarına, məhkəmələrə düşməsin deyə azadlıq uğrunda mücadiləyə qoşulmadıq.
Amma indi acı gerçəklik dizlərimizi yerə gətirib və “sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq” devimizi iki barmağı ilə gözlərimizi çıxarır. Nədən ki, artıq sistem təkcə siyasi azadlıqlar uğrunda mübarizə aparanları deyil, həkim məsuliyyətsizliyindən əməliyyat masasında can verənləri, təmir edilməmiş estakadada güclü küləkdən qoruna bilməyib ölən neftçiləri, hansısa odioz məmurların biznes maraqlarına görə politeran üzlüklə fasadı örtülmüş binada 15 nəfəri diri-diri yandırıb tələf edənləri, “Diqlas”da son malına qədər kül olan sahibkarları və Elina kimi gələcəyi parlaq məktəbliləri intihara sürükləyib artıq iti dişləri arasında sıxıb yeməkdədir.
Nə həkimin əlində ölən xəstəyə görə səhiyyə naziri Oqtay Şirəliyevin morqa çevirdiyi bu sahədə cəzalananlar olur, nə Xəzərdə cəsədi tapılmayan neftçilərə görə kimsə məsuliyyətə cəlb edilir, nə də Elinanı ölümə göndərənlər layiqli cəzalarını alırlar.
Hətta səthi cəzalandırmalar olsa belə, bu, problemin kökündən qazınıb araşdırılması, həlli ilə nəticələnmir. Bu ölkədə xalqın səsini oğurlayıb sinəsində bülletenləri gəzdirən məktəb direktoru Əfruzələrdən tutmuş Elinanı intihara aparan məktəb direktoru Sevinc Abbasovalara qədər sistem çat verib.
Bu iki direktor Azərbaycanda sistemin simvollarıdırlar. Onlar Gülər Əhmədovaların siyasi varisləridirlər. Onlar seçki qutularında səsləri, Elinaların isə gələcəyini oğurlayıblar. Və bu vintciyin biri də Ailə, Qadın və Uşaq Problemlərinə SUSMAQ üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.
O komitə sədri ki, nə  Qubada əmisi oğlunun arvadını qaçıran kişinin döyülərək öldürülməsinə, nə Lənkəranda nənənin 6 günlük körpəni quyuya atmasına, nə Culfada 5 yaşlı qız uşağının zorlanmasına, nə Şəmkirdə qadının uşaqları ilə birlikdə özünü qatarın altına atmasına tükünü tərpədib.
Çünki onun öz komitəsində vəzifə tutmuş Cəmilə Bağırovanın adı uşaq oğurluğunda keçirdi. Belə bir komitənin fəaliyyətinin iflic olması və Elinanın intiharına münasibəti təəccüb doğurmamalıydı.
Axı bu komitəyə dövlətdən verilən maliyyə və ayrılan qrantlar məhz ailələrdə olan problemləri araşdırmaq, görüşlər keçirmək, maarifləndirici tədbirlər təşkil etmək, uşaqların, qadınların çətinliklərini öyrənmək, zorakılığı məruz qalan qadın və uşaqlarla maraqlanmaq, erkən nikahların yaratdığı fəsadlardan xilas yollarını göstərməkdir. Lakin sadalanan problemlər AQUK-nin diqqətindən kənarda qalıb.
Bəs, komitənin ailələrdə psixoloji gərginlik, depressiya və ümidsizlik, erkən nikahdan doğulan uşaqlarda travmalar və s. kimi problemlərlə məşğul olan şöbələr, müvafiq bürolar nə iş görür?
Adında ailə, uşaq, qadın… sözlərinin bütün mənalarda mahiyyətini daşıyan bir komitənin – dövlət qurumunun rüşvət qalmaqalında adının çəkilməsi təəssüf hissi yaradır.
Bir anlığa düşünürsən: Azərbaycanda ailələr arasında boşanmalar, özü də erkən boşanmalar getdikcə artırsa, uşaqlar arasında narkomanlığa, digər cinayətlərə qurşanmalar çoxalırsa, təhsildən yayınmalar və başqa yad vərdişlər artırsa, fahişəliyə meyillilik artırsa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimə lazımdır???
Hicran Hüseynova Elinanın ölümü ilə bağlı “hadisədən dərhal sonra bu məsələni ciddi araşdırmaq üçün xüsusi göstərişlər verdi”. O, “bu məsələni siyasiləşdirməməyi” məsləhət gördü.
Komitə sədri bu intihar hadisəsinə münasibət bildirərkən onu da deyir ki, “intiharların baş verməməsi üçün işlər aparılır”. Hansı işlər? O işlər aparılırsa, niyə ölkədə uşaq intiharlarının sayı azalmır?
Çünki bu komitənin sədrinin adı öz işçisi tərəfindən 170 minlik rüşvət skandalında hallanıb. Başı əyri işlərə qarışmış məmur hansı şəffaf addımlar ata bilər ki? O baxımdan H.Hüseynova zorakılığa, işgəncəyə SUSMA komitəsinin sədridir…
AnaXeber.info
Turan

Əvvəlki yazı

YEZNƏSİ FAZİL MƏMMƏDOVUN BANKINI “SİLİB-SÜPÜRÜB”! – “AtaBank”la bağlı şok iddialar

Sonrakı yazı

Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız” – nazirin fiaskosu…

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.