14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əflatun Amaşov:“Azərbaycanla Gürcüstan xalqlarının yaxınlığını gözü götürməyən qüvvələr var”

08 May 2019, 19:26
Seçmə
A A
Əflatun Amaşov:“Azərbaycanla Gürcüstan xalqlarının yaxınlığını gözü götürməyən qüvvələr var”

Bakıda Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvlərinin görüşü keçirilib.

Parlamentdən verilən məlumata görə, Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov  Azərbaycan və Gürcüstan xalqlarının tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin hər iki dövlətin hazırkı strateji müttəfiqliyi müstəvisində daha da inkişaf etdiyini vurğulayıb. Bu müasir təməl Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze tərəfindən qoyulub.

Deputat bildirib ki, ölkələr regionda enerji və təhlükəsizlik məsələlərində mühüm təminatçı kimi çıxış edirlər və mövcud status perspektiv əməkdaşlığın qlobal şəraitin şərtlərinə uyğunlaşması üçün geniş imkanlar yaradır: “Elə bir problem və çətinlik yoxdur ki, biz onu müzakirə yolu ilə həll edə bilməyək. Bu, son dərəcə vacib məqamdır. Yaşadığımız regionda dünya əhəmiyyətli layihələr gerçəkləşdirilməkdədir. Həmin layihələr bilavasitə Azərbaycan və Gürcüstan xalqlarının gələcəyinin təminatıdır. Bunun üçün baza yaratmışıq. Hazırda Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatında mühüm mövqelərdən birinə sahibdirlər. Onların sayı 650-ə qədərdir. Biz fəxr edirik ki, SOCAR Gürcüstanda ən çox vergi ödəyən şirkətdir. Gürcü sahibkarlarının da Azərbaycan iqtisadiyyatında payı var, təxminən 300-ə yaxın şirkətlə təmsil olunurlar. Qeyd etdiyimiz rəqəmlər qarşılıqlı etimad və inam mühitinin mövcudluğundan xəbər verir. Lakin münasibətlərimizdəki dinamikanı, xalqlarımızın yaxınlığını gözü götürməyən qüvvələr də kifayət qədərdir. Onlar ara-sıra aktivləşirlər. Hesab edirəm ki, parlamentarilər məsələyə həssas yanaşmalıdırlar. Bir daha bildirim, danışıb həll edə bilməyəcəyimiz hər hansı problem və çətinlik yoxdur”. 

Ə.Amaşov Azərbaycan və Gürcüstan arasındakı qarşılıqlı əlaqələrin inkişafında hər iki ölkə parlamentlərinin missiyasını önə çəkib. Deputat çıxışında həmçinin diqqəti zaman-zaman Azərbaycanın və Gürcüstanın ictimai rəyinə təsir göstərmiş məsələlərə yönəldib. Mövcud xüsusda bir müddət öncə erməni terrorçusu Mixail Avaqyana Gürcüstanın Axalkalaki bölgəsində abidə ucaldılmasına, eləcə də Gürcüstan ərazisindən Rusiya mallarının Ermənistana tranzitinə dair və bir sıra digər məqamlara toxunub. Bu sayaq məsələlərin parlament üzvləri arasında müzakirəsinin yarana biləcək hər hansı problemin qarşısının zamanında alınması baxımından əhəmiyyətini vurğulayıb.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquri Azərbaycana səfərin Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun təşəbbüsü ilə gerçəkləşdiyini bildirib və bu sayaq səfərlərin qarşılıqlı əməkdaşlığın güclənməsindəki əhəmiyyətindən söz açıb. Z.Dzidziquri əlavə edib ki, Azərbaycan və Gürcüstan hökuməti arasındakı təmaslar zaman-zaman ortaya çıxan anlaşılmazlıqların aradan qaldırılması üçün mühüm təminatdır.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvü, deputat Qənirə Paşayeva Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, oxşar acı yaşantıların da birləşdirdiyini diqqətə çatdırıb. Bu baxımdan, o, hər iki ölkənin ərazi bütövlüyünə qəsddən, işğal faktından söz açıb. Q.Paşayeva Azərbaycan və Gürcüstan arasındakı dostluq və mehriban qonuşuluq münasibətlərini pozmağa çalışan qüvvələrin mövcudluğunu dilə gətirib və əlavə edib ki, onların törətdikləri təxribat əməllərinə dərhal adekvat reaksiya verilməlidir. Bu, hər iki ölkənin ictimai rəyinin düzgün yönləndirilməsi nöqteyi-nəzərdən vacibdir.

Q.Paşayeva həmçinin Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlardakı təmsilçiliyinə də toxunub. O, iqtidar və ya müxalifəti təmsil etməsindən asılı olmayaraq, azərbaycanlı deputatların hər zaman Gürcüstanla bağlı məsələlərdə Gürcüstanın maraqlarından çıxış etdiyini vurğulayıb. Eyni yanaşmanın hər iki ölkənin parlamentariləri üçün aktuallığını önə çəkib.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Z.Dzidziquri son zamanlar Azərbaycanın və Gürcüstanın ictimai rəyində geniş müzakirəyə səbəb olmuş Keşikçi Dağı Məbəd-Kompleksi (David Qareci monastrı) ilə bağlı məsələyə toxunub. O bildirib ki, həmin məbədin gürcülər üçün yalnız dini mahiyyəti əsas deyil. Keşikçi Dağı gürcü xalqının keçmiş SSRİ-yə qarşı mübarizəsinin də rəmzi kimi qarşılanır. Belə ki, vaxtilə ərazidə SSRİ ordusunun hərbi hissəsi yerləşirdi. Orada hərbi təlimlər keçirilirdi və məbəd də ziyan görə bilərdi. Ona görə də gürcü xalqının nümayəndələri buna etirazlarını bildirdilər və onların təkidi ilə hərbi təlimlər dayandırıldı. Z.Dzidziquri eyni zamanda bildirib ki, hazırda Gürcüstan və Azərbaycan hökumətləri mövzunu müzakirə edirlər. Hər iki tərəfdən müvafiq komissiya iş aparacaq və şübhəsiz danışıqlar nəticəsində optimal həll variantı tapılacaq.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvü, deputat Rasim Musabəyov əməkdaşlığın dərinləşməsində qarşılıqlı səfərlərin və şəxsi təmasların rolunu önə çəkib. O bildirib ki, məhz bunun nəticəsində yaranmış və yaranmaqda olan hər hansı problemin ictimai rəydə yanlış istiqamətləndirilməyə məruz qalmadan həllinə nail olmaq mümkündür. R.Musabəyov habelə dünyada dəyişən reallıqlar, yeni qlobal şərtlər müstəvisində Azərbaycanın və Gürcüstanın işbirliyinin region üçün əhəmiyyətli tərəflərini sadalayıb.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstanla Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Birgə əməkdaşlığın müxtəlif aspektlərinə diqqət çəkən səfir bildirib ki, bu, meydana çıxan problemlərin aradan qaldırılmasında, anlaşılmazlıqların yoluna qoyulmasında mühüm baza rolunu oynamaqdadır. Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin iqtisadi tərəfləri üzərində dayanan səfir mövcud xüsusdakı xarakterik cəhətləri vurğulayıb. O eyni zamanda məlumat verib ki, iyunun 14-dən Bakı-Batumi aviareysi fəaliyyətə başlayacaq.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvü, deputat Flora Qasımova bildirib ki, dost və qonşu dövlətlər olan Azərbaycan və Gürcüstanın bütün sahələrdəki işbirliyi örnək mahiyyət daşımaqdadır və bunu qəbul etməyən qüvvələrə qarşı mübarizədə monolit mövqe nümayişi mütləqdir. Bu, xalqlarımızın bir-birindən gözləntilərinin doğrulması üçün həssas məqamdır və ciddi şəkildə nəzərə alınmalıdır. /Report

Əvvəlki yazı

AZƏRBAYCANDA HİCAB QADAĞASI VƏ MÖMİNƏLƏRİN ÜZLƏŞDİKLƏRİ PROBLEMLƏR –Amerika nəşri ölkəmizdə qadınların dini hüquqlarından yazır – Araşdırma

Sonrakı yazı

ABŞ Fars körfəzinə bombardmançı təyyarələr göndərdi- İranın bu bəyanatından sonra

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.