“Mən də digərləri kimi yenidən deputatlığa namizədliyimi irəli sürmək fikrindəyəm”.
Bunu Modern.az-a açıqlamasında deputat Əflatun Amaşov bildirib. O son vaxtlar görülən işlərin sona çatdırılmasının da zəruriliyini qeyd edib:
“Artıq bir-iki aydır ki, əhəmiyyətli işlər görürülür. Həmin işləri sona çatdırmaq lazımdır. Deputat seçildiyim dairənin insanları ilə mütəmadi olaraq təmasda oluram, əlaqə saxlayıram. Baxıram ki, məndən hələ də gözləntilər var”.
Xatırladaq ki, Əflatun Amaşov 2015-ci ildə 62 saylı Saatlı seçki dairəsindən deputat seçilib. O 2003-cü ildən isə Azərbaycan Mətbuat Şurasının sədridir.