11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ədliyyə Nazirliyində əməliyyat müşavirəsi:nazir tapşırıqlar verdi

01 Avqust 2019, 22:32
Cəmiyyət
A A
Ədliyyə Nazirliyində əməliyyat müşavirəsi:nazir tapşırıqlar verdi

Ədliyyə Nazirliyində işin təkmilləşdirilməsinə yönəlmiş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Reportyor.info-ya verilən məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirəsində dövlətimizin başçısının ədliyyə və məhkəmə fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi barədə tapşırıqlarının və nazirlik qarşısında qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsi, o cümlədən cari ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı bütün struktur qurumlarda aparılmış müzakirələrin nəticələri barədə məlumat verilib.

Ədliyyə orqanlarında əmək və icra intizamının gücləndirilməsi, iş üsul və vasitələrinin təkmilləşdirilməsi, struktur qurumları arasında işin əlaqələndirilməsinin yaxşılaşdırılması, strateji planlaşdırmanın düzgün həyata keçirilməsi, tədbirlər planlarının keyfiyyətli icrası məsələlərinə toxunulub. Həmçinin icra intizamının yaxşılaşdırılması, xüsusən yuxarı dövlət orqanlarının tapşırıqlarının vaxtında və keyfiyyətli icrası, mövcud çatışmazlıqlar və onları doğuran səbəblər təhlil olunmaqla aradan qaldırılması barədə konkret tapşırıqlar verilib.

Eyni zamanda, müşavirədə ədliyyə sahəsində islahatların yeni mərhələsinin əsasını qoymuş dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının mütəşəkkil və dürüst icrası üzrə davam olunan tədbirlər, o cümlədən cəza siyasətinin humanistləşdirilməsi, mülki prosessual qanunvericiliyinin təkmilləşdirilməsi, mübahisələrin məhkəmədənkənar həlli və s. məsələlərlə bağlı yerinə yetirilmiş işlər barədə məlumat verilib. Regional kommersiya və inzibati məhkəmələrinin yaradılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmə fəaliyyətinin təminatının yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyə edilmiş dəyişikliklərin bu sahədə işin səmərəliliyinin artırılmasında əhəmiyyəti qeyd olunub.

Yeni təşkil edilən məhkəmələrin fəaliyyətinin təmini üçün zəruri təşkilati tədbirlərin görülməsi, Məhkəmə-Hüquq Şurası ilə birgə təhlillər əsasında qısa müddətdə təkliflərin verilməsi tapşırılıb. Məhkəmələrdə işin təşkili və icra intizamının yaxşılaşdırılması, vətəndaşların haqlı narazılığını doğuran pozuntuların aradan qaldırılması, bu məqsədlə monitorinqlərin intensivləşdirilməsi və digər tədbirlərin görülməsinin vacibliyi nəzərə çatdırılıb.

Müşavirədə, həmçinin Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi barədə göstərişlərinə uyğun olaraq, bu sahədə görülmüş kompleks tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi qeyd olunub, məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların tətbiqinə son dövrdə üstünlük verilməsi və bu müsbət tendensiyanın cari ildə davam etməsi vurğulanıb. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, habelə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrası, yerli istehsal olunan elektron qolbaqların 1500-dək məhkuma tətbiq edilməsi bildirilib, Probasiya Xidmətinin fəaliyyətinin səmərəsinin artırılması, yerlərdə probasiya nəzarətinin gücləndirilməsi məqsədilə təşkilati işlər müzakirə olunub.

Tədbirdə, həmçinin ədliyyə fəaliyyətinin digər prioritet istiqamətləri üzrə işin təkmilləşdirilməsi məsələləri müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Əvvəlki yazı

Kəmaləddin Heydərov bu villadan yaxtası ilə dənizə çıxır – FOTOLAR

Sonrakı yazı

6 ayda 999 azərbaycanlı Almaniyadan sığınacaq istəyib –768 nəfərə rədd cavabı verilib

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.