24-07-2025
Reportyor.İnfo
Advertisement
Nəticə yoxdur
Bütün nəticələrə bax
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əcnəbilərlə quda olan məmurlarımız – Elmar Məmmədyarov bu sırada ilk deyil

21 Avqust 2019, 13:45
Manşet
A A
Əcnəbilərlə quda olan məmurlarımız – Elmar Məmmədyarov bu sırada ilk deyil
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Amerikada yaşayan oğlu Riyad Məmmədyarovunəcnəbi xanımla ailə qurmması yerli mətbuatın diqqət mərkəzinə düşən hadisə olub.
Riyad Məmmədyarov tələbə yoldaşı olmuş Aleks Zapalla adlı amerikalı xanımla ailə həyatı qurub. Məlumatlarda Nyu-York şəhərində keçirilən toy mərasimin sadəliyi ilə diqqət çəkdiyi vurğulanır.
Azərbaycanın xarici işlər nazirinin ailəsində yaşanan bu xoşməramlı hadisə azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların da gündəmə gəlməsinə səbəb olub.
Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah  bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.
2019-cu ilin 2 ayı ərzində isə ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 274 nikah bağlanıb. Əcnəbilərlə nikaha girən şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.
Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha giriblər.
Yeri gəlmişkən, xarici işlər naziri Elmar Məmmədyarov əcnəbilərlə qohum olan ilk məmur deyil.
Modern.az-ın bu istiqamətdə apardığı kiçik bir araşdırmanın nəticəsi belə deməyə əsas verir.
Məsələn, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da qeyri-azərbaycanlı ilə quda olub. Və bu hadisə onun nazir işlədiyi müddətdə (7 fevral 2006-cı ildən 22 oktyabr 2013-cü il kimi) baş verib. Belə ki, F.Ələkbərov əmək və sosial müdafiə naziri işlədiyi 2009-cu ilin iyununda Rusiya Gömrük Komitəsinin sədr müavi ilə qohum olub. Azərbaycanlı nazir qızını rus məmurun oğluna ərə verib. Belə məlumatlar var ki, toy mərasimi Yunanıstandanın paytaxtı Afinanın ən bahalı otellərindən birində keçirilib. Gənclərin İsveçrədə birgə təhsil alarkən tanış olduğu qeyd edilir.
Hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini postunda çalışan Musa Pənahov da əcnəbilərlə qohum olan məmurlar sırasına daxildir. Qeyd edək ki, Musa Pənahov 2004-cü 2017-ci ilə kimi nəqliyyat nazirinin müavini vəzifəsini tutub.
Musa Pənahov Moldova kommunistlərinin lideri, bu ölkənin sabiq prezidenti Vladimir Voroninlə (2001-2009-cu illərdə Moldova prezident olub) qudadır. Vladimir Voronin nəvəsi Yekaterinanı (oğlu Oleq Voroninin qızı) azərbaycanlı məmur Musa Pənahovun oğlu Fuad Pənahova ərə verib.

Bu hadisə də Musa Pənahov nazir müavini işlədiyi dövrdə – 2011-ci ilin iyununda baş verib. Həmin toy Bakıda, “Buta Palace” sarayında keçirilib. Azərbaycanlı məmur oğluna ərə gələn Yekaterina xanım Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladıdır. Cütlüyün Fransanın elitar kurort zonası olan Lacivərd sahillərində tanış olduqları barədə məlumat verilib.
2016-cı ilin avqustunda Yekaterina Voronina ilə Fuad Pənahovun Leyla adlı qızları dünyaya gəlib.
Əvvəlki yazı

Rəşad Atakişiyevin həyat yoldaşı: “Onun yolunu övladları davam etdirəcək”

Sonrakı yazı

Partiya sədri şəhid pilotun ailəsinə başsağlığı verib

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.