“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı mayın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb. Reportyor.info xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib.
Ə.Zeynallı özünün facebook profilində yazır: “Səhər saat 10.00-da Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət olundum. Müstəntiq çox mədəni formada Hüseyn Abdullayevin cinayət işində şahid kimi bəzi suallara cavab almaq istədiyini bildirdi. Mənə çox maraqlı gəldi. Gedək görək nə deyəcəklər, hansı suala cavab istəyəcəklər”.