Prezident Ərdoğan “Fənərbaxça” azarkeşlərinin dünən “Akhisar”la oyunda dayanmadan Əkrəm İmamoğluna dəstək xarakteri daşıyan “Hər şey çox gözəl olacaq” şüarını səsləndirmələrinə etiraz edib.
Strateq.az-ın məlumatına görə, bu gün İstanbulda iftar mərasiminə qatılan Ərdoğan deyib ki, həmin stadionları onlar, yəni AKP iqtidarı tikib: “Ya bu stadionları biz tikdik. Bunlar yanlış yoldadır. Amma biz düzəldəcəyik. Hamısını qeydə alırıq”.
Xatırladaq ki, bundan əvvəl “Qalatasaray”ın İdarə Heyətinin üzvü Hayri Kozak Əkrəm İmamoğluna dəstək verdiklərini açıq şəkildə bəyan edib.
Discussion about this post