Amerikan rəhbərliyi bütün cəhdlərimizə baxmayaraq, hüquqsuz qərarını həyata keçirdi. Bu təşəbbüsü qəbul etməmişik, etmirik.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Bu qərarın hər hansı bir qiyməti yoxdur. Özləri sifariş edir, özləri oynayırlar. Belə bir qərarın məsuliyyəti ABŞ-ın üzərindədir. Bu qərarla Fələstin xalqının vətənini işğal edən İsrail isə mükafatlandırılıb. Başa düşmədiyim bir şey var. Tramp respublikaçıdır, əvvəlki Buş da respublikaçıdır. O mənə belə demişdi: “İkidövlətli həll prosesinə nə deyirsiniz?” “Bəli” dedim. Pauelə (Kolin pauel – Corc Buş dönəmində ABŞ Dövlət katibi – red.) yanımda göstəriş verdi. O respublikaçı belə deyir, bu biri belə deyir. Deməli, bunlar arasında da ziddiyyət var”, – Ərdoğan söyləyib.
Qeyd edək ki, ötən gün İtanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvə toplantısı keçirilib.