Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Əmrah Fəqanoğlu vəzifəsindən ayrılıb.
Bu barədə Axar.az-a Ə.Fəqanoğlu özü bildirib. Onun sözlərinə görə, vəzifəsindən öz istəyi ilə ayrılıb:
“Nazirin əmri ilə nazirliyin rəsmi orqanı olan “Sosial həyat” jurnalının baş redaktorunun müavini təyin olunmuşam. Bu, mənə rəhbərliyin böyük etimadıdır”.
Qeyd edək ki, Ə.Fəqanoğlu uzun müddət Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olub. Ondan öncə isə Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışıb.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, “Media açarı” mükafatı laureatı və 2 kitab müəllifidir.