Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Gündəm

Əli Həsənov: “Ermənistan hər gün atəşkəsi pozur, bu da hər an müharibəyə çevrilə bilər”

2018-02-27
in Gündəm
0
Əli Həsənov: “Ermənistan hər gün atəşkəsi pozur, bu da hər an müharibəyə çevrilə bilər”
0
Paylaşılıb
16
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib.

TRT WORLD-ün müxbirinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, azərbaycanlı əsir və girovların azad edilməsi məsələsində Ermənistanın Azərbaycanla və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq və işləmək niyyəti varmı sualının cavabında bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri var. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir. Münaqişənin sülh yolu ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Əsir və girovlarla bağlı məsələyə gəldikdə, deməliyəm ki, minlərlə azərbaycanlı hələ də Ermənistanda əsirlikdədir. Azərbaycan bütün əsirləri qaytarsa da, Ermənistan azərbaycanlı əsir və girovları qaytarmaq istəmir. Ermənistan bu məsələdə də beynəlxalq təşkilatların tələblərinə əməl etmir.

Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığı, onların ehtiyaclarının necə ödənildiyi barədə sualı cavablandıran Əli Həsənov deyib ki, dövlətimiz 30 ilə yaxındır bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur. Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycanın 8 milyon əhalisi var idi. Münaqişə nəticəsində əhalimizin hər 8 nəfərindən biri öz doğma yurdundan didərgin düşüb. Onlar çadır şəhərciklərində, yataqxanalarda, uşaq bağçalarında, dəmir yolu vaqonlarında yerləşmişdilər. Azərbaycan hökuməti bu qəbildən vətəndaşlarının sosial-məişət problemlərini həll etmək üçün mühüm qərarlar qəbul etdi və uğurla yerinə yetirdi. Çadır şəhərcikləri ləğv edildi, yeni qəsəbələr salındı, qaçqın və məcburi köçkünlər mənzillə təmin olundu. Bizim bu qəbildən vətəndaşlarımızın bir istəyi var – doğma yurdlarına qayıtmaq. Onlar inanırlar ki, tezliklə bu arzularına qovuşacaqlar. Əlbəttə, bu, belə də olacaq. Azərbaycan işğal olunmuş ərazilərindəki şəhərləri, kəndləri, infrastrukturu bərpa edəcək. Amma ən ağrılı məsələ insanların həyatlarını itirmələridir. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı şəhəri yerlə-yeksan edilib, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, Xocalının 613 sakini bir gecədə məhv edilib.

Bənzər Yazılar

Azərbaycanda koronavirusa yoluxamların sayı açıqlandı

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

Müxbirin cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin apreldə də hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz sualını cavablandıran Prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər. Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdu. Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.

Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin.

Müsahibədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə toxunan Əli Həsənov qeyd edib ki, bütün məsələlərdə qardaş ölkələrimiz daim bir mövqedən çıxış edir. Bilirsiniz ki, Türkiyənin də bölgədə çoxlu problemləri var. Türkiyə həm daxildə, həm də sərhədləri boyunca terrora qarşı mübarizə aparır. Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropada və dünyada ona qarşı bəzi ədalətsiz addımlar atılır. Azərbaycan da eyni hala məruz qalır. Buna görə də biz Türkiyə ilə bərabər bu problemlərin öhdəsindən birlikdə gəlməliyik. Nə Türkiyə, nə də Azərbaycan dünyada heç bir dövləti hədələmir, nə də dünyanın heç bir ölkəsinin torpaqlarında gözü yoxdur. Eyni zamanda, bu iki dövlət öz ərazi toxunulmazlığını, müstəqilliyini və təhlükəsizliyini heç kimə güzəştə getmək niyyətində deyil. Həm Türkiyə, həm də Azərbaycan regionda və dünyada sülhün bərqərar edilməsinə çalışır. Hər iki dövlət bu sahədə nailiyyətlər əldə edib. Təkrar edirəm, qardaş ölkələrimizin birliyi heç bir başqa ölkənin ərazi bütövlüyünü pozmağa, daxili işlərinə qarışmağa yönəlməyib. Bizim birliyimiz bölgədə və dünyada sülhə, inkişafa və insanlar arasında əmin-amanlığa xidmət edir.

Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyünü vurğulayan Əli Həsənov bildirib ki, bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoyub. Prezident İlham Əliyev bu siyasəti müasir dövrün çağırışlarına uyğun olaraq davam etdirir. Azərbaycan öz qonşuları ilə münasibətlərində ortaq maraqlar tapmağa çalışır. Biz öz siyasətimizi bu istiqamətdə davam etdiririk.

Artıq Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan bir sıra qlobal enerji və nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan logistik mərkəzə çevrilib. Bakı-Tbilisi-Ceyhan, neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP layihələri məhz Azərbaycanın təşəbbüsü və dostlarının dəstəyi ilə reallaşıb. Biz Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə ilə birgə tikmişik. Biz Şərq ilə Qərbi dəmir yolu ilə birləşdirməyə nail olmuşuq. Əgər yüklər Çindən Avropaya 35-40 günə çatdırılırdısa, bu, indi yalnız 14 gün çəkəcək. İndi Azərbaycan İran və Rusiya ilə eyni qaydada dəmir yolu çəkir. Azərbaycan bu yolların mərkəzində yerləşir. Biz Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik. Bütün bu nailiyyətlərə Azərbaycan son 20 ildə nail olub.

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müxbirin sualını cavablandıran Əli Həsənov bildirib ki, biz müstəqillik illərində 15 seçki keçirmişik – beş prezident, beş parlament və beş bələdiyyə seçkisi. Seçkilərlə bağlı ölkəmizin yaxşı təcrübəsi var. Azərbaycan növbəti prezident seçkilərini də şəffaf və demokratik keçirməyə nail olacaq. Seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilər dəvət olunub.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Hərbi prokurordan Milli Ordudakı casusluq olayı ilə bağlı AÇIQLAMA

Sonrakı yazı

Rafael Mehrəliyevin ailə biznesi haqda yeni məlumatlar yayıldı

Sonrakı yazı
Rafael Mehrəliyevin ailə biznesi haqda yeni məlumatlar yayıldı

Rafael Mehrəliyevin ailə biznesi haqda yeni məlumatlar yayıldı

“Bravo” müştəriləri belə ALDADIR: Eyni mala görə iki dəfə ödəniş – FOTOFAKT

“Bravo” müştəriləri belə ALDADIR: Eyni mala görə iki dəfə ödəniş – FOTOFAKT

“Şəki trastı”nın sərgüzəştləri

"Şəki trastı"nın sərgüzəştləri

Discussion about this post

Bizə Qoşulun

  • 21.2k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Dünyada son sutkada koronavirusa 675 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 675 mindən çox yoluxma qeydə alınıb

2021-04-12
Rusiya Türkiyə ilə müntəzəm uçuşları da dayandırdı

Rusiya Türkiyə ilə müntəzəm uçuşları da dayandırdı

2021-04-12
Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq

Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq

2021-04-12
“Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın” – Açıqlama

“Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın” – Açıqlama

2021-04-12
DYP Goranboyda reyd keçirib, sürücülər cərimələndi – Fotolar

DYP Goranboyda reyd keçirib, sürücülər cərimələndi – Fotolar

2021-04-12
Azərbaycan Ordusunda taktiki təlimlər başladı – Video

Azərbaycan Ordusunda taktiki təlimlər başladı – Video

2021-04-12
“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib – QƏTL ANI

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib – QƏTL ANI

2021-04-12
Sürücülərin nəzərinə:“Yol hərəkəti haqqında qanuna dəyişiklik edildi”

Sürücülərin nəzərinə:“Yol hərəkəti haqqında qanuna dəyişiklik edildi”

2021-04-12
“Moskvaya zəng edirdilər ki, Azərbaycana deyin, müharibə dayansın”

“Moskvaya zəng edirdilər ki, Azərbaycana deyin, müharibə dayansın”

2021-04-12
5 ahıl qadın ölüm aclığına başladı – Zeynəb Xanlarovanın bacısı oğlunun bu işdə nə rolu var?

5 ahıl qadın ölüm aclığına başladı – Zeynəb Xanlarovanın bacısı oğlunun bu işdə nə rolu var?

2021-04-12
Qənimətlər Parkının hansı əhəmiyyəti var? – Hərbi ekspert

Qənimətlər Parkının hansı əhəmiyyəti var? – Hərbi ekspert

2021-04-12
Bakı metropoliteni fəaliyyətə hazırdır – bəs nə vaxt açılacaq?

Bakı metrosunda işçilərin əməkhaqları azaldılır? – Açıqlama

2021-04-12
Baş nazirdən tapşırıq: çarpayılar artırılsın…

Azərbaycanda koronavirusa yoluxamların sayı açıqlandı

2021-04-12
Sabiq icra başçısının həbs müddəti uzadıldı

Sabiq icra başçısının həbs müddəti uzadıldı

2021-04-12
Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

2021-04-12
Afaq Bəşirqızının oğlu yüksək vəzifəyə təyin olundu

Afaq Bəşirqızının oğlu yüksək vəzifəyə təyin olundu

2021-04-12
Borca görə məhkəməyə verilən sahibkar milyonluq layihələri necə reallaşdırır? – “Nur-SS”lə bağlı müəmma

Borca görə məhkəməyə verilən sahibkar milyonluq layihələri necə reallaşdırır? – “Nur-SS”lə bağlı müəmma

2021-04-12
DİN-dən açıq havada maska taxmaqla bağlı açıqlama

DİN-dən açıq havada maska taxmaqla bağlı açıqlama

2021-04-12
İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi (YENİLƏNİB)

İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi (YENİLƏNİB)

2021-04-12
Lukaşenko sabah Azərbaycana gəlir

Lukaşenko sabah Azərbaycana gəlir

2021-04-12

Seçmə

  • Bütün
  • SEÇMƏ
Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq
SEÇMƏ

Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq

2021-04-12
“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” – DİN
SEÇMƏ

Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

2021-04-12
DYP sürücülərə müraciət etdi
SEÇMƏ

DYP sürücülərə müraciət etdi

2021-04-10
Daha bir məktəb koronavirusa görə bağlandı
SEÇMƏ

Məktəblər hansı şərtlərlə açıla bilər? (VİDEO)

2021-04-10
İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi
SEÇMƏ

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

2021-04-09
İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”
SEÇMƏ

İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”

2021-04-06
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Dünyada son sutkada koronavirusa 675 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 675 mindən çox yoluxma qeydə alınıb

2021-04-12
Rusiya Türkiyə ilə müntəzəm uçuşları da dayandırdı

Rusiya Türkiyə ilə müntəzəm uçuşları da dayandırdı

2021-04-12
  • Reportyor.İnfo

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Rəsmi
  • Sosial
  • Araşdırma
  • Kriminal
  • Təhsil
  • Əyalət
Nəticə yoxdur
Bütün nəticələrə bax

© 2020 Reportyor.info.