“Uğur” Gənclərin Maarifləndirilməsi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Ali təhsil müəssisələrində antikorrupsiya mövzusunda tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi” layihəsinin icrasını davam etdirir.
Reportyor.info xəbər verir ki, layihə çərçivəsində bu gün tələbə-gənclər üçün ilk mühazirə keçirilib.
Təşkilatın sədri Əlövsət Allahverdiyev öncə layihənin əhəmiyyətindən danışıb. O, bildirib ki, ölkəsinin iqtisadi, siyasi, hüquqi və mədəni inkişafını arzu edən hər bir vətəndaş korrupsiyaya şərait yaradan hallara qarşı bir fərd olaraq mübarizə aparmalıdır: “Azərbaycan demokratik, hüquqi, unitar və dünyəvi dövlətdir, belə bir dövlətdə vətəndaşlar ölkəni iqtisadi bəlaya düçar edən korrupsiyaya qarşı mübarizədə fəal olmalı və dövlətin bu sahədə həyata keçirdiyi tədbirləin birbaşa iştirakçısına çevrilməlidir”.
Ə.Allahverdiyev daha sonra dünya ölkələrinin təcrübələrindən misallar gətirib.
Layihənin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov korrupsiyalaşmış ölkələr haqqında danışıb, eyni zamanda korrupsiya hallarının baş vermə tarixinə, ona qarşı mübarizə metodlarına diqqət yetirib. Bildirdib ki, Azərbaycanda korrupsiyaya qarşı dövlət səviyyəsində çox ciddi mübarizə aparılır, vətəndaş məmur münasibətləri minumum səviyyəyə endirilir, bu məsələdə yeni nəslin düzgün tərbiyə olunması, maariflənməsi vacibdir.
REPORTYOR.info