Əfqanıstanın paytaxtı Kabildə bombalı hücum baş verib.
Reportyor.info xəbər verir ki, hadisə nəticəsində 3 təhlükəsizlik əməkdaşı həyatını itirib. 12 nəfər isə yaralanıb.
Kabil Polis İdarəsinin sözçüsü Ferdevs Faramarz məsələ ilə bağlı açıqlamasında bildirib ki, hücum hərbi avtomobilə qarşı təşkil edilib. Hücumun məsuliyyətini hələ heç kim boynuna götürməyib.
Son zamanlar ölkədə artmağa başlayan silahlı hücumların hədəfləri jurnalistlər, aktivistlər, din alimləri, dövlət məmurları və təhlükəsizlik qüvvələridir.
Discussion about this post