14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əflatun Amaşov: KİV üzərindən ƏDV-ni götürməliyik – MÜSAHİBƏ

08 Yanvar 2019, 12:10
Uncategorized
A A
Əflatun Amaşov: KİV üzərindən ƏDV-ni götürməliyik – MÜSAHİBƏ

Oxu.Az-ın müxbirinin suallarını millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov cavablandırır:

– 2018-ci ilin payız sessiyası bu günlərdə başa çatdı, qarşıdan isə 2019-cu ilin yaz sessiyası gəlir. Ötən sessiyada bir sıra təkliflərlə çıxış etmişdiniz, bu dəfə hansı təklifləri irəli sürmək fikrindəsiniz?

– Ümumiyyətlə, mən də daxil olmaqla, parlamentdə çoxsaylı deputatlar müxtəlif vaxtlarda bir sıra qanun layihələri ilə bağlı təkliflər veriblər. Mənim də, adətən, verdiyim təkliflər daha çox media ilə bağlı təkliflər olub. Yəni bunlar da öz növbəsində istər kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazasının zənginləşdirilməsi, bu sahədə onlayn jurnalistikanın yeri, eyni zamanda, onlayn jurnalistikanın dövlət tərəfindən maliyyələşməsinin qanuni əsaslarının hazırlanması, istərsə kütləvi informasiya vasitələrinə tətbiq edilən Əlavə Dəyər Vergisinin (ƏDV) ləğvi yönündə qaldırılan məsələlər olub.

Çünki bildiyiniz kimi, əvvəllər kütləvi informasiya vasitələrinə (KİV-ə) ƏDV tətbiq edilmirdi. Ancaq son zamanlar müəyyən dəyişikliklər əsasında ölkəyə gətirilən çap məhsulları və eyni zamanda, qəzet kağızı da ƏDV-yə cəlb olunur. O zaman da hesab edirdim, indi də bu fikirdəyəm ki, KİV üzərindən ƏDV-ni götürməliyik.

Bu məsələni, o cümlədən, informasiya təhlükəsizliyi, Mətbuat Şurası ilə bağlı qanun layihələrinin hazırlanması və parlament müzakirələrinə təqdim edilməsi məsələsini yaz sessiyası ilə bağlı komitə iclaslarında, istərsə də sessiyanın açılışında, qanunvericilik işləri planının təsdiqində, plenar iclaslarda yenidən qaldırmaq, səsləndirmək fikrindəyəm.

Həmçinin, yaxın vaxtlarda bu yöndə hazırlanan qanun layihələrini parlamentə təqdim etmək fikrindəyik. Bunların hər birinə ciddi ehtiyac duyulur. O ki qaldı digər sahələrlə bağlı məsələlərə, məsələn, deputat seçildiyim Saatlı rayonunun sosial problemlərinin həlli ilə bağlı kifayət qədər təkliflər səslənib. Dəfələrlə bu istiqamətdə təkliflərlə çıxış etmişəm.

Düzdür, bunlar qanunvericilik təklifləri deyil, ancaq elə bilirəm ki, biz əgər kənd təsərrüfatını inkişaf etdirmək istəyiriksə, mütləq Saatlının və ətraf rayonların suvarma suyu ilə bağlı problemlərini həll etməliyik.

O bölgələrə Kür çayından kanalın çəkilməsi vacib məsələdir. Mən bununla bağlı keçmiş baş nazirlə bir neçə dəfə görüşmüşəm, müvafiq qurumlarda bu məsələni qaldırmışam, bunu hətta parlamentdə də səsləndirmişəm və hesab edirəm ki, bu məsələ öz həllinin tapmalıdır.

– Yeri gəlmişkən, parlamentin son iclaslarından birində “Soydaş haqqında” qanun layihəsinin qəbulu ilə bağlı təklif səsləndirmişdiniz. Buna nə ehtiyac var?

– Bəli, belə bir təkliflə çıxış etmişdim, yaz sessiyasında da növbəti dəfə edəcəyim təklif soydaş məsələsi ilə bağlı olacaq. Çünki mən Milli Məclisin (MM) Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi mütəmadi olaraq soydaşlarımızla görüşürəm.

Araşdırmalar da göstərir ki, hər gün minlərlə insan – Gürcüstanda yaşayan soydaşlarımız sərhədi keçir, Azərbaycana gəlir. On minlərlə soydaşımız sərhədi keçir, Azərbaycana gəlir və geri qayıdır. Çünki Gürcüstanda yaşayan hər bir azərbaycanlının Azərbaycanda qohum-əqrəbası var, onların bir çoxunun burada övladları yaşayır, xeyli hissəsinin də Azərbaycanda daşınmaz əmlakı mövcuddur. Və onların digər ölkələrin vətəndaşları kimi gəlib keçmələri bəzi məqamlarda operativ həll olunmur.

Xarici ölkələrdə bu problemi həll etmək üçün o qəbildən olan insanlara xüsusi kartlar verirlər. Elə bilirəm ki, bunu biz də soydaşlarımıza tətbiq etməliyik. Pilot layihə kimi biz bunu Gürcüstandan başlamalıyıq. Onu da deyim ki, bununla bağlı məsələləri öyrənirik və elə bilirəm ki, bunlar parlamentdə “Soydaş haqqında” qanunla bağlı layihənin müzakirəsinə müsbət təsirini göstərə bilər.

– Muğam sənəti ilə yanaşı, aşıq sənətinin inkişaf etdirilməsini nəzərdə tutan qanun layihəsinin qəbulunu təklif edirsiniz. Bu məsələlər məhz qanunvericiliklə tənzimlənməlidir?

– Qeyd edim ki, mən MM-in İnsan hüquqları komitəsi ilə yanaşı, Mədəniyyət komitəsinin də üzvüyəm. Hər iki komitədə kifayət qədər vacib, aktual məsələlər müzakirə olunur və müəyyən təkliflər səslənir. Eyni zamanda, həm İnsan hüquqları komitəsində, həm Mədəniyyət komitəsində səslənən təkliflərdən biri də aşıq sənəti ilə bağlıdır.

Bizim milli-mənəvi dəyərlərimizin iki qanadı var. Birinci qanadı türk düşüncə, türk həyat tərzidir. İkinci tərəf İslam dəyərləri ilə bağlı düşüncə tərzidir. Türk düşüncə tərzinə malik olmaqla, həmişə bizim leksikonda “Allah”, “Yaradan” ifadəsi işlənilir və hər gün analarımız övladlarını yola salarkən, dua edərək onlara Allahdan uğurlar arzulayırlar.

Bax, bu məqamlar var və muğam daha çox ikinci tərəfə aid – dinlə bağlı olan məsələdir. Muğam dini ayinlərə də əsaslanır. Amma bununla belə, bizim milli-mənəvi dəyərlərimizin əsas tərəflərindən biri türk düşüncə tərzidir və bu türk düşüncə tərzinə aşıq sənəti daha çox aiddir.

Bizim aşıqlarımız ta qədimlərdən, yüz illər bundan əvvəl mövcud olub, onlar hətta bizim qəhrəmanlarımıza çevriliblər. Çünki aşıqlıq həm də bir növ qəhrəmanlıq sayılırdı.

“Dədə Qorqud”dan başlamış nağıllarımızacan mövcud olan qəhrəmanlar, eyni zamanda, aşıqdırlar. Düzdür, aşıqlıq bizim tam qanımıza hopmuş bir məsələdir, ancaq çox təəssüflər olsun ki, son zamanlar bu sahə bir qədər unudulur. Hərçənd ki, müəyyən məktəblər var, ali məktəblərdə bu sənətlə bağlı tədris aparılır, Aşıqlar Birliyi var, Aşıqlar Birliyində də çox istedadlı insanlar toplaşıb. Lakin elə bilirəm ki, bu sahəyə ciddi olaraq dövlət qayğısı lazımdır.

Haqlı olaraq UNESCO-da artıq aşıq sənətinin, sazın məhz bizə – Azərbaycana aid olduğunu isbatlamışıq və bu baxımdan, elə bilirəm ki, aşıq sənətinin daha da inkişaf etməsi üçün xüsusi bir qanuna ehtiyac var. Aşıq sənətinin inkişafı ilə bağlı müstəqil qanunun olması vacibdir.

Əvvəlki yazı

Daha bir YAP-çı deputatın oğlu ilə bağlı qalmaqallı xəbər yayıldı –Atası isə “orda olmuşuq, ancaq oğlum dalaşmayıb” deyir

Sonrakı yazı

Pensiyalar 4-6 manat intervalında qalxacaq… –Qubad İbadoğlu detalları açıqladı

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.