11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əflatun Amaşov Çingiz Abdullayev haqda: “Hər iki tərəf həddi aşıb”

27 Oktyabr 2022, 13:15
Gündəm
A A
Əflatun Amaşov Çingiz Abdullayev haqda: “Hər iki tərəf həddi aşıb”

“Məsələ belədir ki, həmişə müsahibə götürəndə qarşı tərəfin əhval-ruhiyyəsi nəzərə alınır. Məsələn, bir dəfə sirkdə müəyyən texniki problem olmuşdu, nəticədə azyaşlı uşaq rəhmətə getmişdi. Jurnalistlərdən biri uşağın anasına yaxınlaşıb, mikrofonu onun dodaqlarına dirəyib, sual vermişdi ki, “siz bu barədə nə fikirləşirsiniz?” Ana həmin an bu barədə nə fikirləşə bilər? Əlbəttə, hər bir müqayisə qüsurludur. Qurultay gedir, ajiotaj var, seçim olacaq və s. Belə bir məqamda görək Çingiz müəllimin əhval-ruhiyyəsi yerindədirmi? İçində məsuliyyət var. Narahatlığı da olur ki, necə nəticələnək. Belə halda Çingiz Abdullayevin “5 min filan şeyə xərcləmişik, 50 min nəyə xərcləmişik” deməyə vaxtı da, imkanı da yoxdur. Jurnalist sual verirsə, sualın tonundan da çox şey asılıdır. Bir var, ittihamedici sual ola, bir də var, müraciət edəsən ki, “xərclənən büdcəni mənə verəsiniz”. Büdcə də Çingiz müəllimin cibində deyil ki, desin “al”. Yəni jurnalistin o sualı verməsi üçün vaxt, məkan düzgün seçilməmişdi”.

Bu sözləri Pravda.az-a Mətbuat Şurasının sabiq sədri, təşkilatın İdarə Heyətinin üzvü Əflatun Amaşov Azərbaycan Yazıçılar Birliyinin qurultayında Xalq yazıçısı Çingiz Abdullayevlə jurnalist arasında yaranan qalmaqal barəsində danışarkən deyib. “Lakin məsuliyyətli, cavabdeh bir insan məkandan, vaxtdan asılı olmayaraq, gərək etik çərçivədən kənara çıxmasın, kifayət qədər sərbəst, açıq-aydın şəkildə o sualı cavablandırsın. Əlbəttə, iradını da bildirə bilər. Çingiz müəllim deyə bilərdi ki, gəlib sənədlərlə tanış ola bilərsiniz. Görünür ki, hər iki tərəf müəyyən həddi aşıb. Fransızların bir sözü var, 19 yaşlı jurnalist də uzun on illiklər boyu təcrübə qazanmış siyasətçinin kürəyini çox asanlıqla yerə vura bilər. Əgər əlinə mikrofon almısansa, kimdənsə müsahibə götürürsənsə, artıq sən jurnalistsən. İndiyəcən görmüsünüz ki, “jurnalist 17 yaşında, yaxud 25 yaşında” desinlər? Artıq siz hansısa saytı, qəzeti təmsil edirsiniz”, – o deyib.

Ə.Amaşov Çingiz Abdullayevin jurnalistlə mübahisəsi zamanı Azərbaycan sözlərini düzgün tələffüz etmədiyinə görə tənqid olunmasına isə belə münasibət bildirib: “Çingiz müəllim rus dilində oxuyub, rusdillidir. O, çox güman, ingilis dilini də, başqa dilləri də bilir. Çingiz müəllimi Azərbaycan dilini niyə düzgün bilmədiyinə görə ittiham etmək… Bu, artıq ondan asılı deyil. Dili duymaq, həmin dildə düşünmək olmasa, o dili sərbəst danışmaq, yəqin ki, çətin olar. Bu, yəqin, onun günahı deyil. Rusdilli olub. Eyni zamanda dil götürmək qabiliyyəti insanlarda müxtəlif cürdür. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının tam əksəriyyəti rusdilli idi. Lakin onların ürəkləri tamam başqa idi, Azərbaycanla, Vətən üçün döyünürdü. Dilə görə kimisə ittiham etməyi düzgün saymıram”.

 

Əvvəlki yazı

AzTV-də meyxanaçılara ağır ittiham: “İran ideologiyası onların vasitəsilə yayılır”

Sonrakı yazı

Paşinyan cızığından çıxdı: Qarabağa 20 milyard dram ayrılır

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.