Dədə-babadan cəmiyyətimizə müdrikanə çox məsəllər təlqin edilib.Xüsusən də ziyalılar barədə deyilənlər daha çox diqqət çəkir.Məsələn:deyirlər ki, ziyalı insanlar bulaq suyu kimi safdır,müdrikdir.Bəllidir ki, ölkəmizdə həmişə pak və əqidəli insanlar yetişib.Özlərinin əsl ziyalı örnəkləri ilə cəmiyyətin sevimlisinə çevrilən dəyərli insanlar bəzən bir qurup anlamazlar nadanlar nankorlar namərdlər və s.tərəfindən sifarişli hücumlara məruz qalırlar.Məsələn belələrindən biri olan Səlim Müslümovun da xarakteri göstəriciləri bu ictimai zəminlərə tam uyğun gəlir.İstər vəzifədə olduğu illərdə ,istərsə də vaxtını elmə sərf etdiyi anlarda o, həmişə insanlıq nümunələri nümayiş etdirib.Onun əməli işlərində müasirlik günün realığı kimi diqqət çəkib.
Bir sözlə, Səlim müəllim cəmiyyət-dövlət məsələlərində daim ciddi önəm verib.Lakin çox təssüflər olsun ki ,bəziləri marağında olduqları hansısa çirkin bir məqsədə görə cəmiyyətin yaxşı və pis insanlarını ayırd etmək istəmirlər, yəni qurunun oduna yaşda yandırırlar.Məsələn Səlim Müslümov vəzifədən çıxan kimi haqqında deyilən böhtanlar onun haqsız yerə qınanmasından başqa bir şey deyil.Yazırlar ki, guya onun İsmayıllıda quşçuluq ferması,Göyçayda daş-çınqıl zavodu və s, var.
Mən belə məqsədyönlü, qərəzli,bəzən də sifarişli məlumatlar yayan,mətbu orqanlar da yazılar dərc edən və etdirənlərə deyirəm ki ,belə məsələlərdə vicdanınızla məsləhətləşin.Məsləhətləşin ki, nə vaxtsa vicdanınızın qarşısında gözü kölgəli,cəmiyyət arasında üzüqara olmayasınız.Son olaraq həmkarlarıma üzümü tutub deyirəm ki, gəlin ədalətli olaq.Çünki ədalətli sözün sahibləri heç kimdən üzür istəməz.Ədalətli olaq ki, vicdan əzabına düçar olmayaq.
Raqif Nazimoğlu şair .Prezident təqaütçüsü.