Azərbaycan prezidenti İlham Əliyev müşavirələrin birində sərt şəkildə icra başçılarına xəbərdarlıq eləmişdi. Dövlət başçısı bildirmişdi ki, onları vəzifələrə mən təyin edirəm və xalqla işləməyi tapşırıram.
Lakin bu illər ərzində ölkə başçısının çıxışını qulaqardı edənlər, qulağına sırğa etməyənlər zaman-zaman cəzalandırılıblar, yenə də cəza mexanizmi işləməkdədir.
Gəncədən başlayaraq Ağdam, Tovuz, Laçın, Cəbrayıl, Beyləqan, Gədəbəy, Binəqədi və digər bölgələrdə qanunsuzluğu ilə əhalini xirtdəyə qədər boğaza yığmış İH başçıları işlərindən azad olunublar.
İ.Əliyev hər konfransda, müşavirədə təkrar olaraq xatırladır ki, kimsə həmin regionların icra hakimlərinin yolunu davam edəcəksə, analoji taleyi yaşayacaq.
Reportyor.İnfo mediaya istinadla xəbər verir ki, bu dərslərdən ibrət götürməyənlər isə az deyil və Bərdənin əxlaqsız hərəkətləri ilə ad çıxarmış, adı müxtəlif xoşagəlməz işlərdə hallanmış, eyş-işrət məclisləri qurmaqda, bir xanım məktəb direktoruna mağaza tikdirməkdə ittiham edilmiş, özünü rayonun kralı elan etmiş, nə şəhid ailəsi, nə köçkün, nə işsiz sayan Vidadi İsayev bu siyahıya başçılıq edir.
Onun qanunsuz hərəkətləri hər gün yazılır, hər həftə onlarla müxtəlif saytda şikayətlər, özbaşınalıq faktları işıqlandırılır.
Amma vətəndaşları saymayan, tənqidləri vecinə almayan, prezidentin göstərişlərinə məhəl qoymayan Vidadi İsayev Bərdədə Quba- İsmayıllı hadisələrinin təkrarlanması üçün zəmin hazırlamaqdadır.
Bu baxımdan təhlükənin yaxınlaşdığını hiss edən, gərginliyin yüksəldiyini duyan Bərdənin ziyalıları həyəcan təbili çalmağa başlayıblar. Onlar “Məktəb” qəzetində bəyanatla çıxış ediblər.
Onlar Vidadi İsayevin misilsiz cinayətləri, məmur səlahiyyətlərindən sui-istifadə etməsi barədə inanılmaz faktlar açıqlayıblar. Qəzetə göndərilən məktubda hər şey detallı məlum olub.
Ziyalılar prezidentə müraciətdə rayondakı vəziyyətin dramatik həddə çatdığını qeyd ediblər, Bərdədə ara qarışa biləcəyi təhlükəsini bildiriblər, V.İsayevin həbsini tələb ediblər.
Belə ki, Bərdədə şəhidlər üçün düzəldilmiş şəhidlər guşəsini dağıdan Vidadi İsayev şəhidlərin şəkillərini gecə zibilxanada basdırıb.
Bundan başqa, bərdəli kadrlar işdən kənarlaşdırılıb, başçının öz adamları Bərdədə vəzifə ilə təmin edilib.
Vidadi İsayev bərdəliləri saymır; qəbul günündə qəbula gəlmir. Başqa günlərdə müraciət edəni qəbul etmir. Vidadi 2011-ci ilin martından bir dəfə də Bərdənin tanınmış dövlət xadiminin dəfnində iştirak etməyib, hüzr məclisində beş dəqiqə oturmayıb.
Vidadi çoxillik çinarlardan 50-dən çoxunu gecə kəsdirib, gecə Bərdədən çıxartdırıb. Şəhərdə çinar yoğunluğunda, çinar hündürlükdə bir cökə ağacı vardı, onu da gecə kəsdirib və gecə də aparıb.
Faktlardan biri də budur ki, Bərdədəki 20 Yanvar abidəsi bütün rayonlardakından möhtəşəm idi, amma Vidadi onu sökdürüb, mərmərini, içindəki şveyler, almaturları da satdırıb.
Həmçinin, Bərdədə mədəniyyət sarayı yerlə-yeksan olunub. Sarayın içində 97 göz otaq, idman salonu, tamaşaçılar üçün 1-ci mərtəbədə 1200 (min iki yüz) nəfərlik, ikinci mərtəbədə 500 (beş yüz) nəfərlik tamaşa salonu, hər salonun böyük səhnələri vardı.
Salonlarda, iki gözləmə salonunda çox qiymətli çılçıraqlar vardı. Səhnələrdə qiymətli stollar, stullar vardı. Vidadi bir sarayı sökdürəndə əvvəl 97 göz otaq olan qiymətli mebelləri gecələr daşıdıb.
Sarayda bilyard stolu vardır, qiyməti 70.000 (yetmiş min), çilçıraqlar vardı, birinin 80.000 (səksən min), 40.000 (qırx min) manat, bunların da hamısını daşıdıb.
Rayonda 9 nömrəli betonzavod fəaliyyət göstəirdvardı. Bu betonzavodda hər növbədə üç min fəhlə işləyirdi. Vidadi bu zavodu da sökdürüb.
Reportyor.info xəbər verir ki, Bərdənin icra başçısı rayonda stomatoloji kabinetlərin sahiblərinin başlarına oyun açıb, bu zümrəni də narazı salıb.
10 mart 2017-ci ildə əmr verib altmış doqquz diş həkiminin fəaliyyətini dayandırdı. Bir aydan sonra Vidadi hər həkimdən beş-on min manat aldı və işlərinə icazə verdi.
Vidadinin zülmü o həddə çatıb ki, müəllimləri, həkimləri, kitabxanaçıları süpürgəçi kimi küçələrdə işlədir və onları ayağa qaldırır. Bu gərginliyi yaratmaqla öz mənfəətini düşünən icra başçısı gedişatın sonunu hesablamır.
Düşünmür ki, prezidentin üstünə əhalini qaldırmaqla, Bərdə kimi strateji rayonu qarışdırmaqla ciddi xətaya yol verir.
Vaxtilə onun himayəçisi olmuş qohumu Elmar Vəliyev də kobudluğu, ağzı söyüşlü olması, vətəndaşları təhqir etməsi, qadınlara nalayiq sözlər deməsi ilə ad çıxarmışdı.
Onu gəncəlilər sevmirdi və bu narazılıqdan, gərginlikdən sui-istifadə edən qüvvələr oldu, Gəncədə qan tökdülər.
Bütün bunları nəzərə almalı olan Vidadi İsayev vətəndaşlarla işləməli, şikayətlərə baxmalı, mətbuatın yazdıqlarına diqqət yetirməli, mətbuat xidməti mediaya ilə sıx əməkdaşlıq edərək dərc olunan şikayətləri, faktları araşdırmalıdır.
Bu halda gərginlik səngiyə bilər. Əks halda göründüyü kimi, Bərdə ziyalıları prezidentə, prokurorluğa haray edərək tədbir görülməsini tələb edəcəklər.
Ziyalılar bildirirlər ki, İsayev Bərdədə çoxlu sayda sahibkarların mağaza yerlərini (kupçalı ola-ola) dədə malı kimi satıb.
O, abidələri sökdürür, tikinti yerlərinin izlərini itirməyə başlayır. Heydər Əliyev və Rüstəm Səfərəliyevin adı ilə bağlı bütün yerləri məhv edir.
Bərdə şəhərinin daxilində zavodlardan dəmir yola relslər uzanırdı. O, dəmir relsləri də Vidadi sökdürüb gecələr daşıtdırıb.
Vidadi iki böyük binanı həbs etdirib: biri stadionun yanında “Qarabağ restoran”ı adlı bina, biri də Mərkəzi xəstəxananın hasarının yanında adsız bina.
O, Bərdəyə gələn kimi Nizami küçəsinin adını götürtdü. Nizaminin heykəlini götürdüb hardasa gizlətdirdi, Nizami klubunu sökdürdü.
Nizami adına məktəbin (üç mərtəbəli) üstünü, tavanını, pəncərələrini, qapılarını götürtdürdü və onları da gecə Bərdədən çıxartdırdı.
Bir sözlə, Bərdədə zülm ərşə dirənir və yüzlərlə bərdəli adından bəyanat verən şəxslər bunu faktlarla sübut edirlər:
- Əliyev Cəbrayıl – seriya AZE № 04313279
- Əliyev Telman – seriya AZE № 04313279
- Abbasov Abbas – seriya AZE № 03597585
- Həsənov Rüstəm – seriya AZE № 04980627
- Baxşəliyev Şahlar – seriya AZE № 06886009
- Əliyev Yusif – seriya AZE № 04473783
- Cavanşirov Elşən – seriya AZE № 14283446
- Mamayev Zəfər – seriya AZE № 14256119
- Məmişov Fazil – seriya AZE № 08562283
- Sadıqov Əli – seriya AZE № 04848136
- Rzayev Əjdər – seriya AZE № 0643850
- Hacıyev Faiq – seriya AZE № 03593425
- Əhmədov Natiq – seriya AZE № 01519372
- Sadıqov Kənan – seriya AZB № 05230637
- Abdullayev Çingiz – seriya AZE № 05268312
- Quliyev Yaşar – seriya AZE № 05437543
- Piriyev Adil – seriya AZE № 05270524
- Yusifov Səfər – seriya AZE № 04983004
- Nuriyev Arzu – seriya AZE № 04980385
- Əkbərov Ramin – seriya AZE № 03106304
- Mirzəyev Vüsal – seriya AZE № 0686694
- Qafarova Leyla – seriya AZE № 048449586
- Quliyev Elgiz – seriya AZE № 60249809
- Qurbanov Elşad – seriya AZE № 03434037
- Qasımov Eltural – seriya AZE № 00765023
- Mehralıyeva Güllər – seriya AZE № 04849539
27. Həsənov Mobil – seriya AZE № 13206837
REPORTYOR.info