13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ziya Məmmədovun qardaşı: “İnşallah, seçkiyə qoşularıq”

10 Dekabr 2019, 10:50
Gündəm, Seçmə
A A
Ziya Məmmədovun qardaşı: “İnşallah, seçkiyə qoşularıq”

Bu günlərdə akademik Ramiz Mehdiyevin əmri ilə Azərbaycan Texniki Universitetinin prorektoru, keçmiş deputat, sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru təyin edildi. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

 – Elton müəllim, yeni vəzifəyə təyinatınızı gözləyirdinizmi və prorektor fəaliyyətinizlə vidalaşmısınızmı?

– Bir adam iki dövlət qulluğunda işləyə bilməz. Bu təyinatı gözləmirdim. Allahın köməyi ilə işə başlamışıq.

– “Yüksək Texnologiyalar Parkı” MMC-nin rəhbəri kimi bu istiqamətdə hansı işlər görülməlidir?

– Bu qurumun yaradılmasında məqsəd ölkəmizin iqtisadiyyatının davamlı, dayanıqlı olmasına töhfə verməkdir. Elmin kommersiyalaşmasına, kommersiyalaşmış elmi yeniliklərə, yüksək texnologiyalara həm rezidentlər, həm qeyri-rezidentlər cəlb etməklə iqtisadiyyata dəstək verilməlidir. Xüsusən də qeyri-neft sektoruna dəstəkdən söhbət gedir. Məncə, məqsəd bundan ibarətdir.

– Prezident tərəfindən vəzifələrə daha çox gənclər təyin edilir. Sizcə, onlar özlərini doğrulda biləcəkmi?

– Vallah, bunu zaman göstərəcək. Mən dəfələrlə bildirmişəm ki, prezidentin təyinatı və işdən azad etməsi müzakirə edilməz. Çünki onun müstəsna səlahiyyətidir. Ən azı arzu edərdim ki, hər bir etimad göstərilən insan yaşından asılı olmayaraq vəzifəyə, qulluğa hazır olmalıdır.

– Siz heç vaxt vəzifəsiz qalmamısız, indi də MMC rəhbəri təyin olundunuz. Ziya Məmmədovun da vəzifəyə gedişi gözlənilirmi?

– Mən deputat olarkən də elmi və pedaqoji fəaliyyətlə, tədqiqatla məşğul olmuşam. İndi də kafedra professoruyam, mühazirələr deyirəm. Ancaq yenə bildirirəm ki, hər bir təyinatı və işdən çıxmanı prezident bilir, onun səlahiyyətindədir, konstitusion hüququna müdaxilə edə bilmərəm. Ölkəmizin bütün sahələrində təcrübəli, dövlətinə və rəhbərinə sədaqətlə xidmət edən insanlardan istifadə olunub və olunmalıdır. Cəmiyyət üçün bütün yararlı insanlar töhfəsini verməlidir, dövlət quruculuğunda rəhbərin yanında olmalıdır.

– Ziya Məmmədovdan söz düşmüşkən, bu yaxınlarda Bibiheybət yaxınlığında yol uçqunu oldu. Mətbuat yazdı ki, keçmiş nazirin dövründə salınmış yoldur…

– Gəlin belə danışaq, mənə aid məsələləri soruşun. Yolun tikintisidir, istismarıdır, düzgün istifadə edilib-edilməməsidir, bütün bunlar mənim sahəmə aid deyil. Sadəcə, onu deyə bilərəm ki, istismar olunan hər şey nə zamansa düzgün servis göstərilməsə, deqradasiyaya və ya deformasiyaya tuş gələ bilər. Düşünürəm ki, bu da faciə, fövqəlhal deyil. Çünki yer səthidir, yerin quruluşunda nələrsə baş verə bilər. Yenə deyirəm ki, mənim sahəm deyil, sadəcə, istismar olunan hər şeydə nəsə olması mümkündür.

– Elton müəllim, 9 fevralda növbədənkənar parlament seçkiləri olacaq, gənclərə üstünlük veriləcəyi deyilir. YAP belə izah etdi ki, erkən seçkinin səbəbi Milli Məclisin ölkədəki ümumi islahatların kursuna adekvat olmamasıdır. Siz nə düşünürsünüz?

– Mən deyə bilmərəm ki, o monitorinqi kim aparıb. Lakin hesab edirəm ki, hər birimiz sizinlə birgə zamana uyğun fəaliyyət göstəririk. Parlament qanunvericilik bazasının formalaşmasında, sahə qanunlarının qəbulunda, müasirləşməsində, təkmilləşməsində, əlavə dəyişikliklər edilməsində konseptual yanaşıb. Bu gün qanunvericilik bazamız zəngin və çoxşaxəlidir. Çünki elə sahə qanunları var ki, MDB-yə üzv dövlətlərdə onlardan model qanun kimi istifadə edilir. Bu da qanunvericilik bazasının uğurlu formalaşmasının və Milli Məclisin məhsuldar əməyinin nəticəsidir.

– Siz də deputatlığa namizəd olmağı düşünürsünüz?

– Seçkidə iştirakı zaman göstərər. Vətəndaş hüququm var və düşünürəm ki, ehtiyac olsa, inşallah, seçkiyə qoşularıq.

Bu gün təcrübəli insanlardan müəyyən sahələrdə, islahatlarda, struktur dəyişikliklərində, optimallaşmada istifadə olunmasından ziyan gəlməz. Gərək hünərli olasan və prezidentin müəyyən etdiyi daxili, xarici siyasət kursuna uyğun fəaliyyət göstərəsən. Yeni parlamentdə bu keyfiyyətlərə üstünlük veriləcək. Yəni insanlar prezidentin ətrafında sıx birləşməli, idarəemə sistemi düzgün qurulmalıdır. Yeni parlamentin qarşısında duran məsələ budur. Mütləq deyil ki, deputatların hamısı gənclər olmalıdır. Faiz etibarı ilə gənclər çoxluq ola bilər. Amma onları formalaşdıran təcrübəli siyasətçilər olmalıdır.

– Ancaq razılaşarsınız ki, buraxılan Milli Məclisdə bəzi deputatlar ictimaiyyəti qıcıqlandıran çıxışlar edirdilər…

– Hər deputatın dünyabaxışı var. Mən kiməsə irad tuta, qınaya bilmərəm. Bəlkə də müəyyən cümlələr müəyyən insanlara sərf edildiyi kimi yönəldilib. Sonra məlum olub ki, belə deməyib, başqa cür deyib. Ona görə səbirlə, təmkinlə araşdırmaq lazımdır. Bu gün bizə yaşından asılı olmayaraq sağlam insanlar lazımdır. Cəmiyyət savadlı olmalıdır, bütün tərəflər bir-birini qəbul etməlidir, aqressiya olmamalıdır. Prezidentin siyasəti də bundan ibarətdir.

– Son olaraq soruşum, prezident yeni komanda formalaşdırır, köhnələrlə vidalaşdı. Buna münasibətiniz necədir?

– Yeni təyin olunanlara uğurlar, zamanında işləyənlərə cansağlığı arzulayıram. Prezident də yeni təyin etdiyi məmurları qəbul edərkən onlara məsləhətlərini verir. İşləmək istəyən, fayda verən etimadı doğruldacaq. Əks halda, vəzifədən gedəcəklər.

Əvvəlki yazı

Çindən ABŞ şirkətlərinə ağır zərbə

Sonrakı yazı

Kələğayı fotosu qalmaqal yaratdı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.