Polşa və polşalılar ilk dəfə totalitar rejimlərin sövdələşməsini öz üzərlərində hiss etdilər.
Axar.az xəbər verir ki, bu sözləri Polşada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, bu razılaşma İkinci Dünya müharibəsinə gətirib çıxardı və nasistlərin Holokost qətliamına rəvac verdi:
“Bu gün demokratik dövlətlər istənilən aqressiyaya qarşı güclərini birləşdirməli və bəşəriyyəti növbəti iztirablardan xilas etməlidir”.
Zelenski, həmçinin, Rusiyaya sanksiya təzyiqi və Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyindən dolayı Polşaya təşəkkürünü bildirib.