Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub – VİDEO (YENİLƏNİB)

10 Avqust 2019 - 16:01
61 oxunma

Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, təkanlar yerli vaxtla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb.

***

Zaqatalada 4,9 ballıq zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu yeraltı təkanlar Tbilisi daxil olmaqla, bütün Gürcüstan ərazisində hiss olunub. Zəlzələnin dağıntılara səbəb olması barədə hələ məlumat yoxdur.

***

Qaxda zəlzələ olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə bugün səhər saat 11-35-də Qax rayonu ərazisində zəlzələ olub.

Yerli sakinlərin sözlərinə görə yeraltı təkanlar bir dəfə hiss olunub.

Zəlzələ Qax şəhərində və ətraf kəndlərdə hiss olunub.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"