Zaqatala sakinlərində narkotik aşkarlandı

11 İyun 2019 - 13:42
71 oxunma

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən “Reportyor.info”ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Zaqatala rayonu Aşağı Tala kənd sakini 33 yaşlı İlkin Məmmədov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 11 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun narkotik vasitəni aldığı mənbə də aşkar olunub. Belə ki, İ.Məmmədovun qurudulmuş marixuananı elə həmkəndlisi 32 yaşlı Soltan Həsənovdan aldığı müəyyən edilib.

Şübhəli şəxs qismində saxlanılan S.Həsənovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 455 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"