06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zamirə hər saata 1126 manat xərcləyib – İqtisadçı

12 Oktyabr 2018, 12:37
Gündəm, Seçmə
A A
Zamirə hər saata 1126 manat xərcləyib – İqtisadçı

Rutgers Universitetinin professoru, iqtisadçı – alim Qubad İbadoğlu Facebook sosial şəbəkəsində bir yazı ilə çıxış edib.İbadoğlu son günlər müzakirələrə səbəb olan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsait ilə bağlı təhlil aparıb. İqtisadçı alimin feysbuk hesabında yazdığı həmin yazını təqdim edirik:

“Qlamurlaşmış Azərbaycan məmurları və ya Zamirə Hacıyevanın gündəlik xərcləmələri son 10 ilin hər saatında 1126 manat olub.
Məmur xanımının orta hesabla 1 saatda xərclədiyini Azərbaycan müəllimi 4 ayda, həkimi isə 6 ayda qazanır.
Qlamur dəbdəbə, cah-cəlal, cazibə mənasında işlədilir. Belə yaşayışla adətən şou-biznesin məşhurları tərənnüm olunur və lovğalanırlar. Bu təbəqəyə Ərəb şahzadələrindən sonra Azərbaycan məmurlarının ailə üzvləri də əlavə olunub.Amma bütün dünya ondan danışır, dünən iştirakçısı olduğum söhbətdə ildə 150-200 min dollar qazanan professorların təəccüblü baxışları ilə qarşılaşmasaydım, yəqin ki, Zamirə Hacıyevanın Azərbaycanı dünya mətbuatında diqqətə gətirən xərcləmələri barədə yazmazdım. Yeri gəlmişkən belə yazıların bəzilərinin (CNN, BBC, The Telegraph, The Sun) linklərini şərh bölməsində paylaşıram, maraqlananlar oxuya bilərlər.

Zamirə Hacıyeva son 10 ildə hər saatda orta hesabla 500 funt sterlinqi, insafla Azərbaycan manatına çevirsək 1126 manatı sahibi olduğu 35 müxtəlif bank kartından xərcləyib. Odur ki, sizə sözüm pulu hara və necə xərclənməsi ilə bağlı deyil, bu pulların mənbəyi və asanlıqla mənimsənilməsi ilə bağlıdır.

Xatırlayırsınızsa bir vaxtlar İqtisadiyyat Nazirliyinin Anti-inhisar şöbəsinə rəhbərlik edən bir məmur, səhər yeməyini Moskvada, naharını Dubayda, şam yeməyini də başqa bir ölkədə edirdi. Bütün bunlar Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünün, külli miqdarda dövlət vəsaitlərinin oğurlanmasının, xalqın pullarının mənimsənilməsinin göstəricidir.

Bu bir daha sübut edir ki, Azərbaycan xalqının varidatı kiçik bir qrup tərəfindən talanır, xaricə aparılır, dəbdəbə, cah-cəlallı həyat sürən məmurların şəxsi kapitalına çevrilir. Onlar da xalqdan oğurladıqları pulları dədə malı kimi necə istəyirlər elə də xərcləyirlər və belə hallar xalqın sərvətlərinə və hakimiyyətinə sahib çıxana, siz doğrunun, düzgün olanın yanında dayana qədər davam edəcək”.

 

Əvvəlki yazı

Con Bolton Bakıya gələcəyi vaxtı açıqladı

Sonrakı yazı

Səudiyyə şahzadələri də itkin düşüb

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.