19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zahid Oruc: “Prezidentə əfv siyahısı təqdim ediləcək”

09 Sentyabr 2020, 12:14
Gündəm
A A
Zahid Oruc: “Prezidentə əfv siyahısı təqdim ediləcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 sentyabr tarixli sərəncamı ilə təsdiqlənən Əfv Komissiyasının yeni tərkibinə daxil edilən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc göstərilən etimada görə dövlət rəhbərinə təşəkkür edib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc APA-ya bildirib ki, ölkəmizdə formalaşan bu institut cəmiyyətdə böyük etimada malikdir.

“Azərbaycanda daxili hərbi-silahlı qüvvələrin tərksilah edilməsindən sonra Heydər Əliyev 1996-cı ildə sabitliyin və təhlükəsizliyin geridönməz xarakterini nəzərə alıb cəmiyyətlə humanizm, barış və dialoqun əsasında dayanan, müxtəlif hakimiyyət təmsilçilərindən təşkil olunmaqla demokratik və bərabər hüquqla fəaliyyət göstərən, hüquqi sistemi təkmiləşdirməyə xidmət edən, ən başlıcası, dövlətin ədalətinə güvənc yaradan bir qurumu təsis etdi. Prezident İlham Əliyev də son dərəcə mürəkkəb regional və beynəlxalq şəraitdə şəraitdə millətinə rəhbərlik edərkən bir tərəfdən strateji iqtisadi-siyasi qərarlarla sabitliyi və əmin-amanlığı təmin etdi, digər yandan həmrəyliyi, birliyi möhkəmləndirən konkret tədbirlər həyata keçirdi. 4 amnistiya aktı, 33 əfv qərarı sübut etdi ki, prezident ölkəmizdə cinayət və cəza siyasətinə münasibətdə qanunçuluğu ön yerə qoymaqla yanaşı, ictimai münasibətlərin qarşılıqlı inama, etimada söykənməsinə çalışır, hər bir vətəndaşa xüsusi diqqət göstərir. Son illər məhkəmə sistemində aparılan islahatlar və prosesin qarşıdakı aylarda davam etdirilməsinə inam, eləcə də hüquq sistemində dekriminallaşdırma və cinayət qanunvericiliyində köklü dəyişikliklərin aparılması bir tərəfdən cəmiyyətdə gedən yeniləşmənin nəticəsidirsə, digər tərəfdən müasir Qərb dövlətlərində olduğu kimi azadlıqdan məhrumetmə qərarlarının müxtəlif alternativ sanksiyalarla əvəz edilməsindən irəli gəlir”, – deyə, o bildirib.

O deyib ki, Birinci vitse-prezident Mehriban Əliyeva əfv və amnistiya hərəkatının əsas təşəbbüskarlarından, bir sıra hallarda onu qanunvericilik qaydasında gerçəkləşdirən müəlliflərindən biri kimi çıxış edir: “Təsadüfi deyil ki, on minlərlə insanın ümid dolu məktubları, bağışlanma müraciətləri məhz Mehriban xanıma ünvanlanır.

Xatırladaq ki, 2019-cu ildə beynəlxalq təşkilatların, eləcə də daxildə müxtəlif siyasi və ictimai qurumların yüksək qiymətləndirdiyi məlum humanist aktın qəbul olunması ölkəmizdə gedən islahatlar və yeniləşmə kursunun tərkib hissəsi kimi qiymətləndirilmişdi, eləcə də bu sahədə dövlət, partiyalar, ictimai institutlar və cəmiyyət arasında konsensusun tapılmasının mümkünlüyü özünü göstərmişdi”.

Millət vəkili deyib ki, indi Komissiyanın yeni tərkibinin formalaşması onu deməyə əsas verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin tapşırığı ilə mart və may aylarında müvafiq olaraq hazırlıq görülmüş əfv qərarına dair işlərin araşdırılmaları Katiblikdə müvafiq prosedurlar əsasında başa çatacaq və Komissiyanın müzakirəsinə çıxarılacaq: “Qeyd etməliyik ki, pandemiya dövründə dövlətin humanist qərarları ölkə başçısının göstərişi ilə birbaşa penitensiar sistem və məhkəmə orqanlarının əli ilə həyata keçirildi və ümumilikdə 400-dən artıq şəxsə şamil olundu. İndi Komissiya razılaşdırılmış işlərə dair müvafiq siyahıları müəyyən vaxt çərçivəsində dövlət başçımıza və hörmətli Mehriban xanıma təqdim edəcəkdir. Əlbəttə, hər zaman olduğu kimi cənab prezidentin veriləcək qərarların əhatə dairəsi və prinsiplərinə dair göstərişi hər bir Komissiya üzvü üçün xüsusi önəm daşıyır. Ona görə də Əfv sərəncamı üçün bütün hazırlıqlar görülməkdədir”.

Məlumat üçün bildirək ki, ölkə rəhbərinin humanist addımları nəticəsində son 16 ildə 8 minədək məhbus əfv edilib.

Əvvəlki yazı

Əfqanıstanda 1-ci vitse-prezidentə sui-qəsd: 10 ölü…

Sonrakı yazı

Bağçalar bu tarixdən açılır – Qərargah

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.