ZAHİD ORUC BAŞ PROKURORLUĞA İRAD TUTDU – Spiker isə ona…

12 İyul 2019 - 14:28
459 oxunma

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırıb.

“Report” xəbər verir ki, Zahid Oruc 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayıb.

O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina, Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub. Z.Oruv bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdırlar: “Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar xidməti açıqlama verdilər. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca irad tutub. O.Əsədov deyib ki, gündəlik ətrafında çıxış etmək lazımdır: “Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda. Amma gündəlik ətrafında danış!”

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"