• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Cümə axşamı, 25 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə SEÇMƏ

Zərdüşt Əlizadədən deputat qardaşının fikirlərinə reaksiya – “Çalışıram unudum ki…”

2019-01-15
in SEÇMƏ
0
Zərdüşt Əlizadədən deputat qardaşının fikirlərinə reaksiya – “Çalışıram unudum ki…”
0
Paylaşılıb
6
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Politoloq, şərqşünas Zərdüşt Əlizadə Teleqraf.com-a müsahibə verib.

Bənzər Yazılar

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

Cəbrayılda mülki şəxs minaya düşdü

“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

“AzPolitika.info” həmin müsahibəni təqdim edir:

– Zərdüşt bəy, ABŞ Prezidenti Donald Tramp “Tvitter” hesabında kürdlərə hücum edəcəyi təqdirdə Türkiyəni iqtisadi baxımdan çökdürəcəklərini bildirib. Bu fikrə münasibətinizi bilmək istərdik…

– Sözdür deyir… Necə çökdürə biləcək? Türkiyə onun müttəfiqidir. Rusiyaya sanksiya tətbiq edir, Türkiyəyə də sanksiya tətbiq edəcək?! Onsuz da hamı onun əlindən boğaza yığılıb. Avropa, Çin onun əlindən yığıb, öz qonşuları – Meksikanı, Kanadanı zorla yeni ticarət müqaviləsi bağlamağa məcbur etdi. Yəni, Tramp qurulmuş mövcud beynəlxalq nizama müharibə elan edib. Türkiyə də bu nizamın tərkib hissəsidir.

Türkiyə Yaxın Şərqdə Amerikanın İsraildən sonra ən vacib müttəfiqidir. Nə edəcək ona? Mənə çox maraqlıdır… Müharibə elan etməyəcək ki?! Özü də başa düşmür ki, əgər onun ən güclü müttəfiqinin iqtisadiyyatı dağılacaqsa, bu, Amerikanın özünün də iqtisadiyyatının zəifləməsi deməkdir. Onun da iqtisadiyyatı zəifləyib. Müttəfiqinin iqtisadiyyatının zəifləməsi məgər ona xeyirdir? O dəqiqə görünür ki, bu adam iqtisadçı deyil. Özünü lotu kimi aparan biznesmendir.

Düşünürəm ki, Türkiyədə Trampın qiymətini çox gözəl bilirlər. Bilirlər ki, onun Yaxın Şərqdəki mövqeyi iki amillə bağlıdır. Birinci amil İsraillə yaxın münasibətləri, faktiki olaraq Amerikanın İsraildən, Amerika siyasətinin İsrail siyasətindən asılılığıdir. İkincisi, kürd amilinə istinad etməsidir. Kürd amili də artıq Suriyada qurulur. Kürdlərin əvvəlki istəkləri – dövlət quracaqları, silahlı qüvvə saxlayacaqları, Amerikanın müttəfiqi olacaqları ideyası artıq işləmir. Amerika Suriyanı faktiki olaraq kürdlərə təhvil verdi. Amma şərt qoyub ki, sən Türkiyəni vurma, dağıtma. Bununla da üzünün suyunu, hörmətini saxlamaq istəyir. O hörmət də alınmır.

Türkiyənin qətiyyəti sarsılmazdır. Yaxın Şərqdə kürd milli dövlətinin yaranmasına imkan verməyəcək. Çünki bilir ki, bu milli dövlətin ərazisinin böyük hissəsi Türkiyənin ərazisi hesabına yaranacaq. Qalan ərazilər də İraqın, Suriyanın və İranın ərazisi hesabına olacaq.

– Qeyd etdiniz ki, Türkiyə ABŞ-ın müttəfiqidir. Ancaq görünür, Tramp belə düşünmür…

– Amerika dövləti təkcə Trampdan ibarət deyil. Amerika dövləti ilk növbədə Konqresdir, xalqın seçdiyi nümayəndələrdir. Amerikada pulu Konqres verir. Pul siyasətdə hər şeydir.

İkincisi, xarici siyasətin əsas cizgilərini Konqres müəyyənləşdirir. Konqres müharibə elan edir, müharibəni dayandırır, sülh bağlayır. Yəni, parlament Amerikada, bəli, 3 hakimiyyət qolundan ən mühümüdür. Buna heç kim şübhə edə bilməz. Tramp da çox mühüm insandır. Amma çox nahaq yerə deyirlər ki, Amerikanın prezidenti dünyanın ən qüdrətli adamıdır. Xeyr. Amerikada ən qüdrətli qüvvə Konqresdir.

Konqres də indi yavaş-yavaş Trampı çərçivəyə salır. O, çox vədlər vermişdi. Təbii ki, onun arxasında böyük ictimai qüvvə var. Bununla bərabər mən düşünürəm ki, Trampın Türkiyə barədə mövqeyi düzgün mövqe deyil.

– Bu ictimai qüvvə Amerika xalqıdır?

– Bu ictimai qüvvə Amerikanın ağdərili orta təbəqəsi, iri biznesmenlərdir. Amma ən böyük biznes Konqresin tərəfindədir. Çünki beynəlxalq maliyyə, transmilli şirkətlər qlobal iqtisadiyyatın tərəfdarıdırlar. Onlar istəməzlər ki, yalnız Amerika çərçivəsinə qısılsınlar.

– Ötən ilin noyabrından ABŞ-ın İrana qarşı sanksiyalarının yeni dalğası başlayıb. Bu məsələdə gəlinən hazırkı nöqtəni necə qiymətləndirirsiniz?

– İrandakı dini rejim 1980-ci ildən sanksiyaların altındadır. Demək, 38 ildir sanksiyalarla yaşayır. Nə edəcəklər İrana? SSRİ 70 il sanksiyalarla yaşadı. Dağılanda da sanksiyalara görə deyil, hakimiyyətin xəyanəti, xain Mixail Qorbaçovun, Aleksandr Yakovlevin, Eduard Şevardnadzenin nəticəsində dağıldı. Yəni, əqidəyə, dövlətə dönük çıxan adamlar mülkiyyəti qamarlamaq istədilər və dövləti dağıtdılar.

Bəs İran dövləti nə etdi? İran 38 il ərzində qəşəng sənaye, o cümlədən hərbi sənaye qurdu. İran hazırda qırıcı təyyarə, dron istehsal edir. Bir çox ərzaq məhsulları üzrə özünü 100 faiz təmin edir. Xaricdən asılılığı yoxdur. Əvvəl şiə İranı təcrid olunmuşdusa, fikir verin, indi şiə İraqı var. Yəməndə İranın müttəfiqi olan zeydilər hakimiyyətdədirlər. Suriyada İranın artıq hərbi mövcudluğu var. Bölgədə şiə militanları, şiə milisi yaranıb. Bölgə ölkələrində xalq hərəkatı, Həşdi-şəbi deyilən İranın müttəfiqləri olan silahlı qüvvələr formalaşıb. Yəni, Amerika İraqa girib Səddam Hüseyni devirməklə İran üçün böyük bir sahəni açdı və dedi ki, gəl, burda işlə. İran da işləyir.

İndi nədən inciyirlər? Özləri İranın güclənməsinə şərait yaratdılar. Yəni, Amerika siyasətini həyata keçirənlər strateji düşünə bilmirlər. Başa düşmürlər ki, bu ərazi müsəlmanların torpağıdır. Onlar gəlib burada əbədi ağalıq edə bilməzlər. Onlar isə ağalıq etmək istəyirlər. Hər dəfə kimisə vuranda o biri qüvvə üçün sanki yol açılır. Mən düşünürəm ki, amerikalılar İrana heç nə edə bilməzlər.

Əlbəttə, müəyyən ziyan vururlar. Amma İran dağılsa, daxili səbəblərdən dağıla bilər. Necə ki, SSRİ daxili səbəblərdən dağıldı. İranın indiki vəziyyəti Amerikaya İrana qalib gəlməyə azacıq da ümid vermir. Amma uğursuz hərəkətlər etsələr, uğursuz siyasət yürütsələr, bəli, ola bilər.

– Şərti olaraq “Ərəb NATO-su” adı verilən və ABŞ-ın İranı Yaxın Şərqdən təcrid etmək məqsədilə Körfəz ölkələri, Misir və İordaniya ilə birgə qurmaq istədiyi Yaxın Şərq Strateji İttifaqı planının yenidən müzakirə masasına qaytarıldığına dair informasiya yayılıb. Məlumata görə, Camal Qaşıqçı cinayətindən sonra gündəmdən çıxan ideya son günlər ABŞ dövlət rəsmilərinin Yaxın Şərqə səfəri zamanı müzakirə edilib. Sizin də bu məsələyə dair fikirlərinizi bilmək istərdik…

– Boş söhbətdir. Heç bir “Ərəb NATO-su” yaradılmasından söhbət gedə bilməz. 1950-ci illərin axırlarında “Bağdad paktı”, daha sonra SENTO, SEATO yaratmışdılar. NATO-dan başqa hər hansı hərbi-siyasi blok səmərəli deyil. İndi NATO özü də dərin böhran içindədir. Yaransa belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi bir şey olacaq.

Səudiyyə pul, Misir əsgər verir. Ancaq ortada effektiv iş yoxdur. Amerika özündən asılı ölkələrdə paktlar yaratmaq istəyir. Vaxtilə bizim də iştirakımızla MDB daxilində GUÖAM yaradırdı. O qurumun axırı nə oldu? Özbəkistan qurumdan çıxdı. İndi də GUAM-ın fəaliyyəti hiss olunmur. Odur ki, hələlik bir güclü blok var – NATO bloku. O səmərəli blokdur, işləyir, çalışır, vuruşur. Gedib bombalayır, işğal edir və sair.

– Zərdüşt bəy, qardaşınız, deputat Araz Əlizadənin açıqlamalarına və cəmiyyətin ona olan təpkisinə münasibətiniz necədir?

– Bizim cəmiyyətin ümumi mədəniyyəti orta əsr əxlaqına söykənir. Yəni, mən sizinlə hansısa məsələni müzakirə edirəm. Fikirlərimiz tərs gəlir. O saat orta əsr əxlaqına görə nə edirlər? Nəsil yada düşür. Ata-ana, bacı… Ağız, üz, kəmərdən aşağı hamısı…

İstər Araz Əlizadə, istərsə də ona öz aləmlərində guya cavab verənlər hamısı orta əsr vəhşi mədəniyyətsizliyinin nümunəsidir. Yəni, bunlar səviyyəsizliyi, vəhşiliyi, mədəniyyətsizliyi göstərən əlamətlərdir.

– Araz Əlizadənin etiraza səbəb olan sonuncu fikri Mehman Hüseynovun anası ilə bağlı oldu. Siz Araz Əlizadənin Mehman Hüseynovun anası – həyatda olmayan bir qadın haqqında dediyi fikirlərə necə baxırsınız?

– Mən onu oxumamışam. Mən ümumiyyətlə internetdə Azərbaycan seqmentinə – “Feysbuk”una, videolara baxmıram. Qanımı qaraltmaq istəmirəm. Çünki səviyyə aşağıdır. Hədsiz dərəcədə barbardır. Oradakı siyasi mülahizələri görəndə məni gic gülmək tutur. Yəni, o qədər məntiqsiz, o qədər savadsızdırlar ki…

O biri tərəfdən də əxlaqa möhtacdırlar. Nə vaxtsa ağlabatan nəsə yazanda mən reaksiya verirəm.

Mehman Hüseynov məsələsinə gəldikdə, mən hesab edirəm ki, o, vaxtında buraxılsa, Avropaya çıxıb gedəcək. Onun istəyi budur. Gedib qardaşı kimi Avropada yaşayacaq. İndidən deyirəm ki, Mehman Hüseynov çıxan kimi xaricə gedəcək. Xaricə getmək istəyən o qədər azərbaycanlı var ki… Onlardan biri də Mehman Hüseynovdur.

– Zərdüşt bəy, Araz Əlizadə barədə öz fikrini ifadə edənlərin səviyyəsiz, barbar olduğunu bildirdiniz. Ancaq məsələ ondadır ki, Araz bəy özü söylədiyi fikirlərlə təhqirlərə, söyüşlərə rəvac verir…

– Mən dedim, hamı, kim ki məsələnin özü barədə danışmır, qohumlara – ataya, anaya, bacıya, arvada və sair keçirsə, onlar böyük səhv edir, xəta edirlər.

– Siz son vaxtlar tendensiyaya çevrilən bu halla bağlı qardaşınıza irad tutmusunuzmu?

– Mən ümumi şəkildə dedim. Mən ümumiyyətlə çalışıram ki, ona toxunmayım. 2000-ci ildən bəri mənim onunla heç bir əlaqəm yoxdur. Heç bir. Nə salam-əleykümüm, nə bir görüşüm var. Çalışıram unudum ki, belə bir vücud var. Vəssalam.

Eynilə onun kimi Azərbaycan siyasətində bir çox adamlar var ki, mən onları heç düşünmürəm, yada da salmaq istəmirəm. Nəsə deyəndə mənə zəng edirlər ki, filankəs sənin haqqında filan şey dedi. Dedim, əcəb eləyib. Deyib, deyib də. Demokratiyadır, desin. Mən fikir vermirəm. Mənim öz həyatım, öz dünyam, öz ətrafım var. Onlarla oturub dururam. Kənar adamlar mənim vecimə deyil. Vəssalam.

O ki qaldı onun hərəkətləri ilə mənim valideynlərimi də söydürməsinə… Bu da onun öz işidir. Nə edim, gedib hamının ağzını yuma bilmərəm ki?! Odur ki, mənə dözmək və fikir verməmək qalır.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Etik qaydaları pozan aparıcıların adları açıqlandı - SİYAHI

Sonrakı yazı

TEZ-TEZ DƏRSDƏN QALAN, 12 YAŞINDA SİYASƏTƏ ATILAN ANCEY DUDA…- Polşa skautlarının lideri necə prezident oldu?

Sonrakı yazı
TEZ-TEZ DƏRSDƏN QALAN, 12 YAŞINDA SİYASƏTƏ ATILAN ANCEY DUDA…- Polşa skautlarının lideri necə prezident oldu?

TEZ-TEZ DƏRSDƏN QALAN, 12 YAŞINDA SİYASƏTƏ ATILAN ANCEY DUDA…- Polşa skautlarının lideri necə prezident oldu?

Azərbaycanda 1 vəkilin fəaliyyətinə xitam verildi –4 vəkilə isə xəbərdarlıq olundu

Azərbaycanda 1 vəkilin fəaliyyətinə xitam verildi –4 vəkilə isə xəbərdarlıq olundu

ABŞ KÜRD SİLAHLILARINA HAMİ AXTARIŞINDA –Vaşinqtonla Ankara arasında “bazarlıq dövrü” başlayır – TƏHLİL

ABŞ KÜRD SİLAHLILARINA HAMİ AXTARIŞINDA –Vaşinqtonla Ankara arasında "bazarlıq dövrü" başlayır - TƏHLİL

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

2021-02-25
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
İrəvan qarışdı: Qırıcılar havaya qaldırıldı – Video

İrəvan qarışdı: Qırıcılar havaya qaldırıldı – Video

2021-02-25
Cəbrayılda mülki şəxs minaya düşdü

Cəbrayılda mülki şəxs minaya düşdü

2021-02-25
Beş ilə 11 mindən çox şəhid ailəsi və müharibə əlili evlə təmin ediləcək

Beş ilə 11 mindən çox şəhid ailəsi və müharibə əlili evlə təmin ediləcək

2021-02-25
Türkiyəli həkimlər 3 günə 150-dən çox qazini müayinə ediblər

Türkiyəli həkimlər 3 günə 150-dən çox qazini müayinə ediblər

2021-02-25
Ledi Qaqa yeni görünüşdə – Fotolar

Ledi Qaqa yeni görünüşdə – Fotolar

2021-02-25
MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

2021-02-25
Paşinyan: “Çevrilişin qarşısı alındı”

Paşinyan: “Çevrilişin qarşısı alındı”

2021-02-25
İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşdü

İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşdü

2021-02-25
“Tökdüyümüz qan kifayətdir” – Arayik

“Tökdüyümüz qan kifayətdir” – Arayik

2021-02-25
Kremldən Paşinyana reaksiya – “İsgəndər” qalmaqalı…

Kremldən Paşinyana reaksiya – “İsgəndər” qalmaqalı…

2021-02-25
“Vaxt itirmədən Laçın dəhlizini götürməliyik” – İrəvanda gərginlik

“Vaxt itirmədən Laçın dəhlizini götürməliyik” – İrəvanda gərginlik

2021-02-25
İşsizlik statistikası saxtalaşdırılır – Alim

İşsizlik statistikası saxtalaşdırılır – Alim

2021-02-25
Bərdədəki həbslərlə bağlı rəsmi açıqlama

Bərdədəki həbslərlə bağlı rəsmi açıqlama

2021-02-25
“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

2021-02-25
Eldar Əzizovun qul əməyi: küçələri belə təmizlədir – Foto

Eldar Əzizovun qul əməyi: küçələri belə təmizlədir – Foto

2021-02-25
Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırdı

Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırdı

2021-02-25
Qalmaqal: Harutyunyan Xankəndi ermənilərinə əxlaqsız dedi

Qalmaqal: Harutyunyan Xankəndi ermənilərinə əxlaqsız dedi

2021-02-25
Dünyada COVID-19-dan ölənlərin sayı 2.5 milyonu ötdü

Dünyada COVID-19-dan ölənlərin sayı 2.5 milyonu ötdü

2021-02-25

Seçmə

  • Bütün
  • SEÇMƏ
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı
Manşet

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
Cəbrayılda mülki şəxs minaya düşdü
SEÇMƏ

Cəbrayılda mülki şəxs minaya düşdü

2021-02-25
“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi
SEÇMƏ

“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

2021-02-25
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi
Rəsmi

DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi

2021-02-25
Abşeron icra başçısının bacısı oğlu həbs edildi
Kriminal

Abşeron icra başçısının bacısı oğlu həbs edildi

2021-02-24
Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video
SEÇMƏ

Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video

2021-02-23
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

2021-02-25
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.