Zərdüşt Əlizadə: “Şillə vuranlar gedəcək”

28 Noyabr 2019 - 14:51
91 oxunma

“Milli Məclisin buraxılması qərarından sonra erkən seçkilər keçirilə bilər”.

Turkustan.info xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə deyib.

O, parlamentin heyətinin dəyişəcəyini istisna etməyib.

“Bir müddətdir şərti çevrədə belə ehtimallar səsləndirilirdi. Çox güman ki, köhnə qvardiyadan sillə vuranlar, heç nədən başı çıxmayanlar gedəcək, yerlərinə isə daha gənc və savadlı adamlar gələcək”, – deyə politoloq bildirib.

Qeyd edək ki, bir qədər öncə YAP-ın Siyasi Şurasının təcili iclasında Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edilib. Qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb. (qaynarinfo)

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"