12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zərdüşt Əlizadə: “İsa Qəmbər getdi, nəsə dəyişdi?”

05 Dekabr 2019, 11:38
Siyasət, Seçmə
A A
Zərdüşt Əlizadə: “İsa Qəmbər getdi, nəsə dəyişdi?”

“Ölkədə aparılan islahatlardan çox da böyük gözləntim yoxdur. Müəyyən kadr dəyişikliyi baş verir. Ramiz Mehdiyevi çıxarırlar və yerinə gənc bir şəxsi təyin edirlər. Mahiyyət dəyişmir. Məsələn, Müsavatın başqanı İsa Qəmbər getdi, Arif Hacılı gəldi. Nəsə dəyişdimi? Odur ki, bu məsələlər mənim üçün maraqlı deyil”.

Bunları “AzPolitika.info”-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, qeyd edib ki, Azərbaycanın ənənəvi müxalifətinin də potensialı yoxdur: “Guruldayırlar, amma yağmırlar. Məsələn, Milli Şuranın son qərarlarına baxdım. Hamısı “malı”, “məli” ilə bitən sözlərdir. Yəni hökumət seçkini demokratik keçirməlidir, seçkini demokratikləşdirməlidir, vətəndaşların özünü ifadə etməsinə şərait yaratmalıdır. Mən də sual edirəm ki, niyə etməlidir? “Malı”, “məli” hökumətin nəyinə lazımdır? “O olmasın, bu olsun” filmindəki “Ey, kimsən orda, aç qapını, aç qapını gəlib səni öldürüm” mahnısı qədər gülməli və mənasızdır. Lakin musiqili komediyada bu yarayır, amma siyasətdə yaramır.

Sən müxalifətsən, gərək gücün, xalq arasında hörmətin olsun. Amma sən deyirsən ki, bunları edin, seçkidə iştirak edək. Yapışmısan ki, hökumət bunu etməlidir. Hökumət maksimum neyləyə bilər?

Necə ki, 1993-cü ildən sonra 1995-ci il seçkilərində Elçibəyin xahişi ilə Mirmahmud Fəttayevə, Əli Kərimliyə mandat vermişdilər, indi də mandat verə bilər. Amma bu mandatı o zaman verirlər ki, siz onların siyasi xəttini və davranışı gözləyəsiniz.

Əgər bunu etməyib, hoppanıb düşürsünüzsə, elə o tərəfdə növbəyə durublar da. Ümid Partiyası, Sosial Demokrat Partiyası s. Üstəlik, siz inandırsanız ki, əgər biz boykot etsək, bu seçkilər qeyri-legitim hesab olunacaq…

Amma əslində bu da boş söhbətdir. Siz özünüz müxalifət sıralarına o qədər adam salmısınız ki, onlar artıq müxalifət adını qazanıb və ondan hökumət yeri gəldikdə istifadə edir, ortaya çıxarıb deyir ki, bu müxalifətdir. Odur ki, bu cür əqidəsiz, məsləksiz və nəzəriyyəsiz müxalifət heç nəyə yaramır. Və heç nə də edə bilməyəcək. Gücü, pulu, tərəfdarı, strukturları da yoxdur”.

Zərdüşt Əlizadə sual da edib: “Nəzəri baxımdan sabah hakimiyyət seçki komissiyasını paritet əsaslarla formalaşdırmaq niyyətinə düşərsə, müxalifət partiyaları bu qədər seçki komissiyaları üçün savadlı və əqidəli üzv tapacaqmı? Mən sonuncu dəfə 2005-ci ildə seçkilərdə müşahidəçi kimi iştirak etmişəm. Onda Səbail Seçki Dairəsində rəhmətlik Həsən Kərimov namizəd idi. Onun nümayəndəsi məntəqə komissiyasında əyləşmişdi və şıdırğı karusel gedirdi. Bu cavan oğlan da əyləşmişdi və heç nədən başı çıxmırdı. Gəlib dedim ki, ay cavan oğlan, sən burada neyləyirsən? Heç seçki mexanizmindən xəbəri yox idi. Tez zəng etdirib Həsən Kərimovu məntəqəyə dəvət etdim. Komissiya sədri də cuşa gəlib üstümə çəmkirdi ki, siz neyləyirsiniz, istəyirsiniz yenə bunlar gəlsin? Belə bir şey oldu. Onlar inadcıl və davamlı iş görmək imkanında deyillər. Əhali ilə işləməyi bacarmırlar, müasir texnologiyalarla işləmirlər”.

Zərdüşt Əlizadənin fikrincə, bu müxalifətin niyyəti cəmiyyəti dəyişmək deyil: “Sadəcə olaraq, bu hakimiyyət zümrəsini kənarlaşdırıb, özləri oturmaq istəyirlər. Amma idarə edəcəkləri sistemin indiki kimi qalmasını istəyirlər. Necə ki, gəlib bir il oturdular və şəxslərdən başqa heç nə dəyişmədi. Sonra da ağaları gəlib hamısını qovaladı. Müxalifətin əsas günahı ümidlərin puça çıxarılmasıdır. İndi xilas üçün uzun yol gedilməli, xalq arasında yenidən ciddi iş aparılmalı, strukturlar yaradılmalı, xalqa aşılanmalıdır ki, gündəlik siyasi iş nədən ibarətdir. Çıxıb mitinqlərdə “istefa” deməklə heç nə həll edilmir”.

Əvvəlki yazı

Araz Əlizadə: “Hadı Rəcəbli ən kasıbıdır”

Sonrakı yazı

Səfirdən sabiq nazirə oğurluq ittihamı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.