Bakıda yol polisi ilə sürücü arasında baş verən mübahisə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılır.
Bu barədə “Yeni Sabah”a idarənin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib. O əlavə edib ki, araşdırmanən nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.
“Yeni Sabah” xatırladır ki, sosial şəbbəkələrdə yol polisi ilə sürücü arasında mübahisəni əks etdirən video yayılıb. Sürücü ona cərimə yazan yol polisinin ailəsini, uşağını uca səslə söyməyə başlayıb.