Yol hərəkəti qaydalarını pozan şəxs 120 min avro cərimələndi- Bu ölkədə

12 İyul 2019 - 00:22
133 oxunma

Finlandiyada yol hərəkəti qaydalarını pozan şəxs sürət artımına görə 120 min avro məbləğində cərimə edilib.

“Buffalo Sabres” Amerika xokkey komandasının oyunçusu Rasmus Ristolaynen şəhər hüdudunda yol verilən sürəti aşması səbəbindən cərimə edilib.

24 yaşlı xokkeyçi “Mercedes-Benz G 500” avtomobilində saatda 80 kilometrlə özünün doğma şəhəri – Turku ilə hərəkət edib. Yolun bu hissəsində isə sürət həddi saatda 40 kilometr müəyyən edilib. Bu zaman asayiş keşikçiləri yol verilən limiti iki dəfə aşan qayda pozucusunu görüblər. Bu səbəbdən Rasmus Ristolaynen 120 min avro məbləğində cərimə edilib. Bununla yanaşı, qayda pozuntusunun ciddiliyi nəzərə alınaraq o, yəqin ki, müəyyən müddətə sürücülük hüququndan məhrum ediləcək.

Qeyd edək ki, Finlandiya ölkədə yol hərəkəti qaydaları pozucularına böyük həcmdə cərimələrin yazılması ilə məşhurdur. Bu, onunla bağlıdır ki, ölkədə cərimənin ölçüsü qayda pozucusunun bəyannamədə göstərilən gəlirlərinin həcmindən bilavasitə asılıdır(azərtac).

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"