Yerevan ayağa qalxdı: parlament mühasirədə…

20 Avqust 2019 - 16:17
105 oxunma

Ermənistanda etirazlar səngimir. Narazı kütlə parlamenti mühasirəyə alıb. Etirazçılarla polis arasında qarşıdurma olub, saxlanılanlar var.

Parlamenti mühasirəyə alan əhali Nikol Paşinyan ilə görüşmək istədiklərini bildiriblər. Onlar qeyd ediblər ki, İcevandakı, Gümrüdəki problemlərin nə vaxt həll olunacağını baş nazirdən öyrənmək istəyirlər.

Etirazçıların fikrincə, əvvəl olduğu kimi bu gün də ölkə talanır. Ölkədəki binaların 80 faizi qəzalı vəziyyətdədir. Bu səbəbdən ailələrin böyük əksəriyyəti gecəni küçələrdə keçirir.

Bundan başqa, Ermənistanda işsizlər ordusunun sayı 47 min nəfərdən çoxdur. 50 mindən çox insan ölkəni tərk edib. Aksiya iştirakçıları N.Paşinyana xəbərdarlıq edərək bildiriblər ki, problemlər öz həllini tapmasa parlamentin qarşısında narazı kütlənin sayı artacaq.

Qeyd edək ki, etirazçılar paytaxt Yerevanın əsas yollarını bağlayıblar. Hadisə yerinə daxili qoşun qüvvələri cəlb olunub.

İnsident nəticəsində 30-a yaxın etirazçı saxlanılıb. (AzərTAc)

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"