03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yeni nazirin bir ili: “Problem artdı, naşı komanda formalaşdı”

23 Aprel 2019, 20:13
Gündəm
A A
Yeni nazirin bir ili: “Problem artdı, naşı komanda formalaşdı”

Təhsil eksperti Kamran Əsədov “Ceyhun Bayramovun ili çıxdı” başlıqlı paylaşım edib.

“Reportyor.info” xəbər verir ki, ekspert Ceyhun Bayramovun bir il əvvəl Təhsil naziri təyin edildiyini vurğulayıb.

“Bəli, 1 il bundan əvvəl Ceyhun Bayramov Təhsil naziri təyin olundu. Onun təhsil naziri olması ictimai razılığın nəticəsi idi. Ondan təhsildəki problemlərin həlli gözlənilirdi və böyük ümidlər var idi.

Amma bir il ərzində nəinki təhsildə problemlər həll oldu, əksinə, daha da çoxaldı, təhsilə ictimai etibar və etimad ciddi şəkildə aşağı düşdü. 

Səbəb əlbəttə ki, təhsil nazirinin yanlış, naşı komandası oldu.

Ümumiyyətlə, 1 il ərzində təhsil nazirliyinin həyata keçirdiyi heç bir kadr islahatını uğurlu hesab etmirəm.

Bir il əvvəl gözləyirdim ki, Ceyhun Bayramov təhsildə yığılıb qalmış əsas problemləri həll edəcək:

– Diplomların tanınması ilə bağlı olan qanunsuzluq hələdə davam edir;

– Təhsil naziri əlçatan deyil, vətəndaş, müəllim öz problemini deyə bilmir;

– Təhsil nazirliyi daxil olan şikayət və müraciətlərə baxmır;

– Müəllimlərin və gənc tədqiqatçıların sosial müdafiəsi üçün heç bir addım atılmır;

– Məktəblər ictimaiyyətə bağlıdır və baş verən xoşagəlməz hadisələr gizlədilir, həll olmur;

– Ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul qaydaları hələdə məlum deyil. Yəni kollec məzunlarının imtahansız ali məktəblərə qəbulu hələ də açıqdır;

– Universitetlərdə hazırlıq qrupları ilə bağlı məsələ həll olunmayıb;

– Diplomları dövlət nümunəli olmayan müəllimlərin əmək haqqı və ya onların fəaliyəti ilə bağlı problemlər davam edir;

– Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ilə bağlı nazirliyin heç bir tədqiqatı və münasibəti yoxdur.

Nazir bir il ərzində hansısa öncədən hazırlanmış ssenari istisna olmaqla, birbaşa nə universitetdə, nə də orta məktəblərdə tədris prosesində iştirak etməyib.

Bu siyahını minə qədər uzatmaq olar.

Təhsildə hazırda həyata keçirilən islahatlar da əvvəlki illərdə əsası qoyulanlardır ki, indi də davam edir.

Nə müəllimlərin, direktorların işə qəbulu, nə elektron qaydada tələbə köçürülməsi, nə də birinci sinfə qəbul onun fəaliyyətinin nəticəsi deyil. Müəllimlərin imtahan ilə işə qəbulu hələ 2009-cu cu  ildə Misir Mərdanov təhsil naziri olanda başlamışdı.

Ən maraqlısı da odur ki, Ceyhun Bayramov Təhsil naziri olduğu 1 il ərzində onun rəsmi qəzet və jurnallarda təhsilə aid heç bir məqaləsi dərc edilməyib.

Halbuki bu bir il ərzində Prezident İlham Əliyev tərəfindən təhsil sistemində çox ciddi islahatlar, qərar və sərəncamlar qəbul edilib.

Bu müddət ərzində hörmətli nazirin tədbirlərdə çıxışları da demək olar ki, eyniyyət təşkil edib və demək olar ki, təkrar olub. 

Mikayıl Cabbarov təhsil naziri olanda tənqidlərə açıq idi. İndi isə təhsil nazirliyi bütün heyəti və resursları ilə bunu edənə qarşı bütün vasitələrlə mübarizə aparır.

Ümid edirəm ki, saydığım və saymadığım ciddi problemlərin növbəti il ərzində aradan qaldırılması istiqamətində addımlar atılacaq”.

Əvvəlki yazı

Biləsuvar Rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı olub

Sonrakı yazı

HEYDƏROVLARIN BANKI “BÜDRƏDİ” – “Gilan”dan ayrılan kimi…

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.