• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Bazar, 28 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə SEÇMƏ

YENİ NAZİRƏ QARŞI İLK CİDDİ İTTİHAM – Dövlətin milyonları necə göyə sovrulur?

2018-12-21
in SEÇMƏ
0
YENİ NAZİRƏ QARŞI İLK CİDDİ İTTİHAM –  Dövlətin milyonları necə göyə sovrulur?
167
Paylaşılıb
23
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Nazirlik dövlətin mühüm layihəsini 1 aylıq MMC-lərə tapşırıb

Bənzər Yazılar

“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

Qoca qoyunları, qısır heyvanları vətəndaşa “Aqri Kon” MMC və “Bis Co” MMC-lər verir – dövlətin puluna niyə şil-şikəst heyvanlar alınır?

Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramının icrası ilə bağlı bəzi regionlarda ciddi narazılıqlar var. Proqram çərçivəsində dövlətin adından vətəndaşlara qısır mal-qara, süddən yanıq, qoca-qotur qoyunlar verilir. Kasıb vətəndaşlar akta imza edib dövlətin verdiyi mal-qaranı, qoyunları qəbul etsələr də, proqramda nəzərdə tutulduğu kimi özlərinin dolanışığını təmin edə bilməyəcəklərini deyirlər. Səbəb isə onlara təqdim olunan heyvanların kökəlməyə, artmağa yararsız olmasıdır. 

“Yeni Müsavat”ın 19 noyabr tarixli sayında “Məşğulluq Mərkəzinin qoyunlu oyunları – film kimi fırıldaq” sərlövhəli yazıda Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun şikayətini dərc etmişdik. Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadırlar və  nazirdən kömək istəmişdi. Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi. Oxşar problem Şəkidə də yaşanır. Bu haqda isə ötən sayımızda qeyd etdiyimiz kimi, iphekçi.info saytı xəbər yayıb. (http://musavat.com/news/qoca-qoyunlar-xeste-inekler-dovletin-qiymetli-layihesi-niye-naraziliq-yaradib_578964.html  ). Sayt “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib.

Həmin yazıda qeyd olunur ki, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində olub. Lakin heyvanların verilməsi zamanı məlum olub ki, vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, süddən yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil. Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 3-4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək.

İlgili resim

Nazirlik podratçıların adını niyə gizli saxlayır?

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblının münasibətini öyrənib.

Mətbuat katibi həmin qoyunların haradan, hansı qiymətə, hansı podratçı şirkət tərəfindən alınması haqda suallara konkret cavab verməyib. Bildirib ki, bu xərclər üçün dövlət büdcəsindən ƏƏSMN-nə 35 milyon manat ayrılıb. Deyib ki, işdə olmadığından həmin podratçı şirkətlərin adını deyə bilmir. Növbəti gün – dekabrın 20-də isə mətbuat katibi zənglərimizi cavabsız qoyub. Yeri gəlmişkən qeyd edək ki, həmin podratçı şirkətlərlə bağlı məlumatlara ümumdünya elektron torunda da məlumatlara rast gəlinmir. Niyə şəffaf olması vacib olan bir məsələdə bunca məxfiçilik var?

Mətbuat katibinin adını konkret deməkdən yayındığı və dövlətin olduqca vacib layihəni gözdən salan hansı podratçı şirkətlərdir?

İyunda “anadan” olan MMC-lər avqustda dövlətin 20 milyon manatına necə sahib çıxıb? 

Astna.biz saytı bu mövzuda araşdırma aparıb. Həmin araşdırmadan belə aydın olur ki, dövlətin pulu hesabına vətəndaşlara verilən qoyun və mal-qaranı podratçı –  “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu təmin edir. Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib! Seçim aparılarkən hansı şərtlərin əsas götürüldüyü də ayrıca araşdırma mövzusudur.

Proqramın məqsədi ilə reallıq arasında – qotur, dişsiz, qısır heyvanları alan kimlərdir?

Dövlətin vətəndaşı ələbaxımlılıqdan çıxarmalı olan proqramı bəzi hallarda əks effekt verməsi – işsiz vətəndaşlara dişsiz, qotur, qısır, süd yanığı heyvanlar verilməsinə görədir. 1 aylıq MMC-lər vətəndaşları gələcəkdə borc bataqlığına atılmalarına zəmin yaradır. Proqramın məqsədi isə vətəndaşı ayağa qaldırmaq, öz biznesini qurmaq üçün ona dövlətin dəstəyini təqdim etməkdən ibarətdir. Belə bir halda 1 aylıq MMC-lərin hansı meyarlara əsasən ölkə başçısının təşəbbüsü ilə icrasına başladılan proqramda iştiraka buraxılmaları anlaşılan deyil.

ƏƏSMN ile ilgili görsel sonucu

ƏƏSMN sorğuya cavabı isə belədir

Astna.biz-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yolladığı sorğunun cavabını ixtisarla təqdim edirik. Sitat: “ƏƏSMN 2016-cı ildən başlayaraq yoxsul ailələrin yardımdan asılılığını ortadan qaldırmaq üçün özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına başlayıb. Həmin il proqramın icrasına 6 milyon manat ayrılmışdı və ondan 8 minə yaxın insanın faydalanacağı elan olunmuşdu. Bu il özünəməşğulluq sisteminin genişləndirilməsinə büdcədən 35,6 milyon manat ayrılmışdı”.

Dövlət satınalmaları registrində açıqlanmış məlumata görə, nazirliyin Dövlət Məşğulluq Xidməti özünəməşğulluq tədbirlərinin icrası üçün iyul və avqust aylarında ümumi dəyəri 30,3 milyon manat olan 3 müqavilə imzalayıb. Müqavilələr satınalma müsabiqəsi keçirilmədən birbaşa bağlanıb. Təəccüb doğuran odur ki, işlərin icrasına cəlb olunan iki lider şirkət “Az Nest” MMC və “Aqri Kon” MMC müqavilənin bağlanmasına 1-2 ay qalmış yaradılıb.

Nazirlik şübhəli məqama aydınlıq gətirməkdən niyə yayınır?

Nazirlik müqavilələrə dair informasiya sorğusuna cavabda bu şübhəli məqama aydınlıq gətirməyib.

Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan vəsait isə belədir:

– iş və xidmətlər, eləcə də istehsalat mallarının təqdim olunmasına görə “Az Nest” MMC və “SRS Consulting” şirkəti (ABŞ) konsorsiumuna 9 milyon 894 min 357,82 manat;

– kənd təsərrüfatı malları ilə təminata görə “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumuna 19 milyon 225 min 246 manat.

Nazirliyə ünvanlaşmış sorğuya digər cavabları təqdim edirik:

– “Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan “iş və xidmətlər, eləcə də istehsalat malları”, eləcə də “kənd təsərrüfatı malları” dedikdə konkret hallar üzrə nə nəzərdə tutulur?

– Burada proqrama cəlb olunan insanların potensiallarına uyğun olaraq öz məşğulluqlarını qurmaq üçün seçdikləri iqtisadi fəaliyyət növləri üzrə işlər və xidmətlər, istehsalat malları nəzərdə tutulur. Kənd təsərrüfatı malları isə özünəməşğulluq proqramı çərçivəsində ayrı-ayrı kənd təsərrüfatı sahələri üzrə kiçik təsərrüfatlarını yaratmaq istəyən insanlar üçün nəzərdə tutulan mallardır. Buraya əsasən iri və xırda buynuzlu mal-qara, arıçılıq üçün arı ailələri və s. aiddir.

-“Az Nest” MMC və “SRS Consulting” MMC konsorsiumu” və “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu”nun iştirakı ilə bağlanmış satınalma müqavilələri üzrə neçə ailənin özünəməşğulluğu təmin olunacaq?

– Ümumilikdə, bu il proqram çərçivəsində 7 minədək şəxsin kiçik ailə biznesinin aktivləri (mal və materiallar) alınıb verilməklə dəstəklənməsi planlaşdırılıb. Proqrama cəlb olunmaq üçün müraciət edən və müvafiq potensialları olan şəxslər ilk növbədə biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara malik olmaları üçün onlar Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən kurslara cəlb edilir. Kursları bitirənlərdən biznes-planları uğurlu hesab edilənlərin aktivlərlə təminatı həyata keçirilir. Artıq 6,5 mindən çox şəxsin biznes planı qiymətləndirmə zamanı uğurlu hesab edilib və qiymətləndirmə prosesi davam etdirilir. Eyni zamanda bölgələrdəki proqram iştirakçılarının özünüməşğulluqlarını qurmaq üçün mal və materiallarla təmin edilməsi prosesi də gedir.

Bu prosesə ilk növbədə Cəbrayıl və Füzuli rayonları üzrə proqram iştirakçılarına aktivlərin verilməsi ilə başlanılıb.Cəbrayılın Cocuq Mərcanlı kəndində 25 ailə kiçik təsərrüfatlarını qurmaq üçün mal-qara ilə təmin olunub. Hazırda digər bölgələrdə də aktivlərlə təminat həyata keçirilir.

Proqrama cəlbetmə zamanı həssas qruplardan olan ailələrə üstünlük verilir. Məsələn, proqram iştirakçılarından 1000 nəfərdən çoxunu əlilliyi olan şəxslər, 1255 nəfərini məcburi köçkünlər, 158 nəfərini şəhid ailələrindən olanlar, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 388 nəfərini sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, 65 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar və s. təşkil edir. Həmçinin proqramda iştirak edənlərdən 1026 nəfəri gənclərdir.

Eyni zamanda, dövlət uşaq müəssisələrinin məzunları olan, valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin edildikləri “Məzun evi”ndən də gənclərin bu proqrama cəlb edilməsi təmin olunub.

– Yuxarıda qeyd olunan 3 satınalmanın həyata keçirilməsi məqsədilə satınalma müsabiqəsi təşkil olunmuşdumu? Əgər birbaşa müqavilə üzrə satınalma proseduru təşkil olunubsa, konsorsium üzvləri eyni gündə, 2018-ci ilin iyun ayının 26-də yaradılmış “Aqri Kon” MMC və “Az Nest” MMC ilə müqavilələrin bağlanması necə izah oluna bilər? Onların özlərinin (yaxud aid olduqları şirkətlər qrupunun), yaxud konsorsiumların digər tərəfləri kimi biznes təcrübələri, o cümlədən müvafiq sahə üzrə bacarıqları mövcuddur?

– Məşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması məqsədi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun 21-ci maddəsinin müddəaları nəzərə alınmaqla və həmin qanunun 17.3-cü maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu arasında 3 avqust 2018-ci il tarixli birbaşa müqavilələr bağlanıb.

– İndiyədək özünəməşğulluq tədbirlərinə nazirlik tərəfindən Bakı şəhəri və ümumən regionlar üzrə neçə ailə cəlb olunub? Bu tədbirlərin icrasına nə qədər vəsait sərf olunub və ilkin nəticələr nədir?

– Proqramın əhatə etdiyi şəxslərin sayı 1200-dən cari ildə 7 minədək artırılır. Proqrama cəlb olunan və aktivlərlə təmin edilmiş şəxslər uğurlu şəkildə öz kiçik ailə təsərrüfatlarını yaradaraq genişləndirməyə səy göstərirlər. Bu da proqramın icrası sahəsində ilkin nəticələrin müsbət olduğunu deməyə əsas verir. Əsas məqsəd aztəminatlı ailələrin, sosial cəhətdən həssas qrupların özünüməşğulluq proqramı vasitəsilə dövlət sosial yardım proqramından asılılığını aradan qaldırmaq, onların kiçik sahibkarlığa çıxışına imkan yaratmaqdır.

Belə. Göründüyü kimi, kifayət qədər büdcə vəsaitlərinin sərf olunmasına rəğmən, özünəməşğulluq proqramının icrasına az sayda ailələr qoşula bilir. Onların kiçik biznesinin uğurlu olub-olmayacağını isə zaman göstərəcək.

sahilbabyev_7751542017922AzPolitika.info  onu da qeyd edir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə bu ilin aprel ayında Sahil Babayev təyin edilib. Bu baxımdan yuxarıda qeyd olunanlar birbaşa olmasa da, dolaysıyla S.Babayevə qarşı ilk ciddi ittiham kimi qəbul oluna bilər. Hər halda nazirliyin dövlətin mühüm layihəsini cəmi 1 aylıq MMC-lərə tapşırmasının Sahil Babayevdən xəbərsiz baş verdiyi inandırıcı deyil. 

Paylaş167TweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Prezident İlham Əliyev Bakı neft emalı zavodunda bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılışında iştirak edib - YENİLƏNİB

Sonrakı yazı

Hesablama Palatası daha iki dövlət qurumunun büdcə vəsaitlərindən istifadəsini yoxlayıb

Sonrakı yazı
Hesablama Palatası daha iki dövlət qurumunun büdcə vəsaitlərindən istifadəsini yoxlayıb

Hesablama Palatası daha iki dövlət qurumunun büdcə vəsaitlərindən istifadəsini yoxlayıb

NAZİR RAMİL USUBOVUN 70 İLLİK YUBİLEYİDİR – Təbrik məktubu

NAZİR RAMİL USUBOVUN 70 İLLİK YUBİLEYİDİR - Təbrik məktubu

Apellyasiya instansiyaları və məhkəmə kollegiyalarına təyinatlar olub – SİYAHI

Apellyasiya instansiyaları və məhkəmə kollegiyalarına təyinatlar olub – SİYAHI

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə bağlandı

2021-02-27
Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

2021-02-27
Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış… – Video

Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış… – Video

2021-02-27
Rusiyanın qənimət kimi ələ keçirilən bahalı silahı Türkiyəyə gətirildi

Rusiyanın qənimət kimi ələ keçirilən bahalı silahı Türkiyəyə gətirildi

2021-02-27
Saatlı sakini səhvən özünü öldürdü

Saatlı sakini səhvən özünü öldürdü

2021-02-27
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir

Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir

2021-02-27
Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

2021-02-27
“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

2021-02-27
Qarabağa böyük qayıdış: İşçi Qrup yaradıldı – SİYAHI

Qarabağa böyük qayıdış: İşçi Qrup yaradıldı – SİYAHI

2021-02-27
Türkan Pərviz Bülbülənin ailəsini dağıdıb?

Türkan Pərviz Bülbülənin ailəsini dağıdıb?

2021-02-27
“Milan” Çalhanoğlu ilə müqaviləni uzadır

“Milan” Çalhanoğlu ilə müqaviləni uzadır

2021-02-27
Bayden Səudiyyə kralını hədələdi – Gərginlik

Bayden Səudiyyə kralını hədələdi – Gərginlik

2021-02-27
Ayvazyan: Bakı ilə dialoqdan imtina etmirik

Ayvazyan: Bakı ilə dialoqdan imtina etmirik

2021-02-27
Paşinyanı generalitet əvəzləsə… – Bakıdan sərt xəbərdarlıq

Paşinyanı generalitet əvəzləsə… – Bakıdan sərt xəbərdarlıq

2021-02-27
Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

2021-02-27
İlham Əliyev daha bir rekordu qırdı – Türkiyə mediası

İlham Əliyev daha bir rekordu qırdı – Türkiyə mediası

2021-02-27
Bakıda tramvaylar fəaliyyətə başlayacaq – BNA

Bakıda tramvaylar fəaliyyətə başlayacaq – BNA

2021-02-27
Röya Türkiyədə müalicə olunan qazilərimizi ziyarət etdi – Fotolar

Röya Türkiyədə müalicə olunan qazilərimizi ziyarət etdi – Fotolar

2021-02-27
Əfəndilər kəndindən görüntülər – Video

Əfəndilər kəndindən görüntülər – Video

2021-02-27
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

2021-02-27

Seçmə

  • Bütün
  • SEÇMƏ
“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)
SEÇMƏ

“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

2021-02-27
Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham
SEÇMƏ

Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

2021-02-27
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)
SEÇMƏ

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

2021-02-27
Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu
SEÇMƏ

Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu

2021-02-26
“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist
SEÇMƏ

“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist

2021-02-26
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı
Manşet

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə bağlandı

2021-02-27
Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

2021-02-27
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.