12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YENİ KONQRES TRAMPA NƏ KİMİ “SÜRPRİZLƏR” EDƏCƏK? –Demokratlar Partiyası həlledici komitələri ələ keçirib (SİYAHI)

14 Noyabr 2018, 11:16
Manşet
A A
YENİ KONQRES TRAMPA NƏ KİMİ “SÜRPRİZLƏR” EDƏCƏK? –Demokratlar Partiyası həlledici komitələri ələ keçirib (SİYAHI)

Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

ABŞ-ın siyasi sistemində Prezident, təbii ki, çox güclüdür, lakin Konqresi, xüsusilə də onun bəzi komissiyalarını yanına ala bilməzsə, o gücünü xeyli itirər. Hətta Konqres istəsə, bəzi hallarda Prezidentə o gücdən istifadə etməyə imkan verməyə də bilər.

Aralıq seçkilərdən öncə Konqresin hər iki palatasında da, yəni həm Nümayəndələr Palatasında, həm də Senatda Respublikaçılar Partiyası hakim mövqedə idi. Beləliklə, bütün komitələrə Trampın partiyası nəzarət edirdi.

Ancaq aralıq seçkilərdən sonra bu mənzərə dəyişdi. İndi Nümayəndələr Palatasında Demokrat Partiyası hakim mövqedədir, yəni Nümayəndələr Palatasının bütün əsas komitələrinin rəhbərliyi Demokrat Partiyasına keçib.

 

Bəli, xarici siyasətdə bəzi dəyişikliklər olacaq

 

Seçki nəticələri gəlməyə başladıqdan bu yana hamının ağlında belə bir sual yaranıb: Görəsən, bu yeni durum ABŞ-ın Türkiyəyə və regionumuza yönəlik siyasətinə təsir edəcəkmi?

Həlledici sual budur. Mən həmən cavab verim: bəli, ABŞ-ın regionumuza yönəlik siyasətində bəzi dəyişikliklər görməyə başlayacağımız qətidir.

Demokrat Partiyası ələ keçirməyə başladığı həlledici komitələrdən və Konqresin qanunvericilik gücündən istifadə edərək, buna nail olacaq.

Gəlin, indi də bunun praktikada hansı mənaya gələcəyinə bir-bir baxaq:

1. Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri bugünədək respublikaçı Ed Roys idi. O, indi təqaüdə çıxmağa hazırlaşır. Respublikaçılar Partiyasının Türkiyə əleyhinə çıxışlar etməsi və Misir prezidenti Sisini müdafiə etməsilə tanınan nümayəndəsi Dana Rorabaksersə aralıq seçkilərdə uduzdu. Beləliklə, bu həlledici komitədə Respublikaçılar Partiyasının çox sayda təcrübəli üzvü qalmayıb. Onların yerini həmin partiyadan olan Kris Smit doldurmağa çalışacaq.

Eliot Enqel

Bu komitənin yeni sədri Demokrat Partiyasının Nyu-Yorkdan olan millət vəkili Eliot Enqel olacaq. Enqel, Trampın Orta Şərq siyasətinə daha ciddi nəzarət olunmasının lazım olduğunu düşünür. Xüsusilə də, Səudiyyə Ərəbistanı ilə qurulan əlaqələrin təcili olaraq araşdırılmasının vacib olduğunu söyləyir.

Enqel, ABŞ-ın İranla imzalanmış nüvə sazişindən çıxmasına da qarşıdır və komitə sədri olaraq bu məsələləri gündəliyə gətirərək, iqtidarı öz siyasətində bəzi dəyişikliklər etməyə məcbur edə biləcək.

Adam Smit

2. Nümayəndələr Palatasının Hərbi işlər komitəsinin yeni sədri olan demokrat Adam Smit, ABŞ-ın xaricdə çox hərbi əməliyyat aparmasına qarşıdır. Amerikanın Yəməndə Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etməsini də sərt tənqid edir. Suriyada İrana qarşı ABŞ-ın hərbi gücündən istifadə edilməsinin düşünülməsini də istəmir.

Nita Louey

3. Nümayəndələr Palatasının Maliyyələşdirmə komitəsinin yeni sədri demokrat Nita Louey Tramp administrasiyasının ABŞ-ın Suriya və Fələstinə etməkdə olduğu humanitar yardımı kəsməklə bağlı qərarını dəyişdirmək məsələsində qərarlıdır. Yeni komitə sədri 200 milyon dollarlıq ödəniş haqqında təkrarən qərar çıxarmaq istəyəcək.

Elijah Kaminqs

4. Nümayəndələr Palatasının Nəzarət komitəsinə – əsas vəzifəsi hakimiyyətin bütün qurumlarına siyasi baxımdan nəzarət etmək olan bu çox güclü komitəyə rəhbərlik də demokratlara keçir. Bu komitədən razılıq almadan, iqtidarın bəzi irqçi ritorikalarını davam etdirə bilməsi mümkün deyil. Bu razılığı da artıq ala bilməyəcəkləri qətidir. Üstəlik, yeni komitə sədri Elijah Kaminqs adlı Afrika əsilli demokrat amerikalıdır.

5. Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin yeni sədri qatı Tramp əleyhdarı bir siyasətçi olan demokrat David Nunesdir. Bu səbəblə, yeni dövrdə bu komitənin çox aktiv olması və Trampla bağlı bir çox yeni təhqiqat başlatması gözlənilməlidir.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Daşkəsəndə dəhşətli faciə –Yanğında 5 nəfər həlak oldu, onların 4 -ü uşaqdır

Sonrakı yazı

Bu gecə atəşkəs 29 dəfə pozulub

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.